"Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır" - VİDEOREPORTAJ

"Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır" - VİDEOREPORTAJTəbii ki, hər peşənin öz çətinliyi var. Ancaq öz həyatlarını təhlükəyə ataraq digər insanları xilas edəcək qədər çətin və məsuliyyətlisi hər halda yoxdur. Əlbəttə, söhbət yanğınsöndürənlərdən, sözün əsl mənasında, həyatları odun-alovun içində keçənlərdən gedir.

"Report"un əməkdaşı Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon yanğından mühafizə hissəsinə gedib, yanğınsöndürmə işinin təşkili, çağırışa çıxmaq üçün hazırlıqlarla yaxından tanış olub.

Səbail Rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Zaur Əlisgəndərov deyir ki, "101" və "112" qaynar telefon xəttinə daxil olan məlumat ümumi mərkəzə düşür: "Daha sonra aidiyyəti rayonlar üzrə məlumatlar ötürülür. Rabitə məntəqəsinə zəng daxil olur və ünvan yazılır. 45 saniyə ərzində yanğınsöndürən maşınlar və şəxsi heyət həmin ünvana yola düşməyə hazır olur".

"Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır" - VİDEOREPORTAJO, yanğınsöndürənlərin ərazi üzrə ən uzaq məsafəyə 5 dəqiqə ərzində çatmalı olduqlarını qeyd edir: "Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün bölmələr elə tikilib ki, yanğınsöndürən maşınlar həmin bölmənin ən uzaq nöqtəsinə, yanğın yerinə 5 dəqiqəyə qədər çatmalıdır. Tıxaca düşmək ehtimalı olduğuna görə başqa rayonlardan da maşınlar qoşulur - Nərimanov və ya Yasamal xidmətindən ola bilər. Bizim maşınımız yanğın yerinə gecikərsə, digər rayondan qoşulan avtomobil əraziyə daha tez çatacaq. Daha sonra yanğının mürəkkəbliyi nəzərə alınaraq, əlavə qüvvələr cəlb oluna bilər. Ştat sayı hər bir hissə və bölmədə fərqli olur. Bir yanğınsöndürən avtomobildə isə bir manqa olur ki, ora da 6-8 nəfər daxildir".
"Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır" - VİDEOREPORTAJAdətən, insanlar yanğınsöndürən avtomobillərin hadisə yerinə gec çatmalarından şikayətlər edirlər. Z.Əlisgəndərov bunun səbəbini mülki avtomobillərin sürücülər tərəfindən düzgün park olunmasında görür: "Bəzi yerlər var ki, sürücülər avtomobillərini həm sağda, həm də solda saxlayır. Hətta üçüncü cərgəyə də keçmə halları olur. Bu zaman eni 2,5 metr, uzunluğu 10-12 metr olan avtomobillərimizin yollardan keçməsi, hadisə yerinə çatması çətinləşir".

Rəis müavini problemin təkcə magistral yollarda olmadığını bildirir: "Yaşayış binalarının həyətlərində də böyük problemlər olur. Baxırıq ki, bina sakinləri şəxsi avtomobillərini binanın həyətinə park ediblər. Böyük həcmli yanğınsöndürən avtomobilin orada nəinki manevr etməsi, heç məhəlləyə girməsi də mümkün olmur. Aydın məsələdir ki, yanğın işi çox çətindir. Yanğın elə bir fövqəladə haldır ki, ona əvvəlcədən proqnoz vermək mümkün deyil. Bəzən heç bir çağırış olmadığı halda, bəzən isə gündə 4-5 çağırış olur. Elə mürəkkəb yanğınlar olur ki, şəxsi heyət onun saatlarla söndürülməsi üçün var-qüvvəsi ilə çalışır. Amma bilirik ki, bizim işimiz budur və heyət hər zaman belə hala hazırdır. Bu, bizim üçün həm məsuliyyətli, həm də şərəflidir".
"Yanğınsöndürən hadisə yerinə uzaqbaşı 5 dəqiqəyə çatmalıdır" - VİDEOREPORTAJQeyd edək ki, "112" qaynar xəttinə yanğın, partlayış, tikinti və sənaye sahələrində qəzalar, digər təbii və texnogen fövqəladə hallar baş verdikdə və ya yaranma təhlükəsi olduqda müraciət etmək olar. Sutkanın istənilən vaxtı sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur və müvafiq strukturlar xəbərdar edilir.

Vaxtında edilən zənglə baş verə biləcək hər hansı bədbəxt hadisənin qarşısını almaq, qəzaya düçar olan insanları xilas etmək və maddi itkiləri azaltmaq mümkündür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1563   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel