"Ölüf, ölüf, derəm saa" deyən kişi danışdı - VİDEO

"Ölüf, ölüf, derəm saa" deyən kişi danışdı - VİDEO"Yeddi il əvvəl boşandığım həyat yoldaşımın seçkidə iştirak haqqında bildirişini evimizə göndəriblər. Qardaşımın üç il əvvəl boşandığı qadın isə bir ay əvvəl Bakıda ölüb. Onun adına bildirişi də bizə gətiriblər".

Bunu Modern.az-a sosial şəbəkələrdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilər günü "Ölüf-ölüf derəm saa... qavır daşı da var..." ifadələri ilə məşhurlaşan Qazax rayon sakini Xanlar Lalayev deyib.

O qeyd edib ki, evinə özünün, yeddi il əvvəl boşandığı həyat yoldaşının, qardaşının və onun da üç il əvvəl ayrıldığı keçmiş həyat yoldaşının adına çağırış vərəqəsi göndərilib:

"Qardaşım 20 ildir Bakıda, Binəqədi rayonunda yaşayır. Onun keçmiş həyat yoldaşı Gülnar isə ölüb. Boşanmış, üstəlik, ölmüş adamın adına bizim evimizə bildiriş göndərirlər. Belə şey olar?"

Qazax sakini əminliklə bildirib ki, videoda adını çəkdiyi qadının ölmədiyi barədə iddialar yalandır:

"Mən diri adama necə ölü deyə bilərəm? Onun adını siyahıya salmaq düzgün deyil. Mənim oğlumun 19 yaşı var. Mənimlə birlikdə Qazaxda yaşayır. Heç onun adına bildiriş göndərməyiblər. Bu necə işdir ki, ölü adamı çağırırlar, 19 yaşlı gənci seçkiyə çağırmırlar?

Mən o bildirişləri qaytarıb, məntəqə üzvlərinə qadının öldüyünü dedim. Mənə dedilər ki, sizin üçün ölüb. Belə gülünc fikir olar? Mən sağ adama niyə ölüb deyim? O qadının məzarı Qazax rayon Daş Salahlı kəndindədir. O kənddə basdırılıb".

Daş Salahlı kənd sakinləri də Modern.az-a vəfat etmiş Gülnar Əliyevanın kənd qəbiristanlığında dəfn olunduğunu bildiriblər.

Qeyd edək ki, sözügedən video 107 saylı seçki dairəsinin Qazax şəhəri N.Nərimanov qəsəbəsi 5 saylı orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində qeydə alınıb.

Xatırladaq ki, ötən gün Mərkəzi Seçki Komissiyasının iclasında sözügedən video müzakirə olunub. Komissiya üzvü Bəxşeyiş Əsgərov videoda qadının öldüyü ifadəsinin məcazi mənada səsləndirildiyini deyib. O qeyd edib ki, bir neçə mənbədən həmin qadının həyatda olduğu dəqiqləşdirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2871   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

"Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir" : Paşinyan yenə nə danışır? - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşü zamanı bir sıra məsələlər haqqında danışıb. Baş nazir deyib ki, Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmalı deyil, əksinə, sakinləri sevindirməlidir. Eyni zamanda Paşinyan qeyd edib ki, bundan başq

18 aprel
.

"Yusi Ko" MMC BDU-nu məhkəməyə verdi

Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb. xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib. Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan "Yusi Ko" MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrl

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödənilməsinin yubanması iddiaları ilə bağlı açıqlama yayıb. Qafqazinfo-ya istinadən xəbər verir ki, fondun mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarını

18 aprel