"İtaliya prezidenti Azərbaycanı strateji tərəfdaşı elan etdi və Qarabağ probleminin həllini açıq şəkildə dəstəklədi"- RƏY

"İtaliya prezidenti Azərbaycanı strateji tərəfdaşı elan etdi və Qarabağ probleminin həllini açıq şəkildə dəstəklədi"- RƏYBildirilir ki, Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibə verib. O müsahibəsində "ekspertlərin dar çərçivədə Qarabağ məsələsinin incəlikləri ilə tanış olduğu vaxtlar keçmişdə qaldı"- deyib. Həmçinin "mühüm məqamın yarandığını - Qarabağ məsələsində yeni danışıqlar məzmununun formalaşdığını" qeyd edərək, onu "Münhen prinsipləri" adlandırıb.

Məlumdur ki, Qarabağ münaqişəsinin nizamlanması hələ də ATƏT-in Minsk Qrupunun himayəsindədir və Paşinyanın Münhen görüşündən sonra aldığı sillə hələ də təsirini göstərməkdədir.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Qabil Hüseynli Paşinyanın özünü və hərəkətlərini anormal olaraq dəyərləndirib:

"Mən burada konseptual heç nə görmürəm. Yəni, Paşinyan anormal bir insandır. O gündə ağlına gələn bir sözü işlədir. Bu məsələdə dünya dövlətləri, BMT-nin qətnamələri, ATƏT-in Minsk qrupunun yanaşması var. Paşınyanın dedikləri ilə heç nə mümkün olmayacaq və nəhayət o, danışıqlar prosesinə əngəllər yaradacaq. Bu zaman isə müharibə variantı rellaşacaq".

Politoloq vurğuladığı məqamların reallaşacağını qeyd edərkən Ermənistanın müharibəyə gücünün yetməyəcəyini də vurğulayıb:

"Ermənistan müharibəyə hazır deyil. Məsələnin həlli ilə bağlı isə dünyanın mövqeyində çox ciddi dəyişikliklər yaranıb. Yəni, Avropa Birliyi, Avropa Şurası, BMT, ayrı- ayrı ölkələr problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyi tələb edirlər. Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada rəsmi səfərdədir. İtaliya prezidenti Azərbaycanı özünün strateji tərəfdaşı elan etdi. Bu, çox böyük uğurdur. İtaliya prezidenti Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çəçivəsində öz həllini tapmalı olduğunu açıq sürətdə bildirdi. Bunu Almaniya, hətta ermənilərə yaxın olan fransızlar da belə deyir. Avropa Parlamenti bu barədə bir neçə dəfə bəyanat yayıb. Avropa Şurası bu fikri çoxdan təsdiqləyib. NATO-nun Zirvə toplantılarında Dağlıq Qarabağa dair ayrıca bəyanatlar qəbul edilib. Həmin bəyanatlar da Postsovet məkanındakı bütün münaqişələrin, o cümlədən də Dağlıq Qarabağın ərazi bütövlüyü çərçivəsində həll etməyi tələb edir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5089   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərəb ölkələrini sel basdı

Güclü leysan yağışları Körfəz ölkələri - Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanında ciddi fəsadlara yol açıb. "Qafqazinfo" "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, hava şəraiti səbəbindən təyyarə reysləri təxirə salınıb. Məlumata görə, Dubay şəhərind

16 aprel
.

Ən çox balı onlar topladı - Siyahı

Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb. həmin siyahını təqdim edir:. 1. Məhərrəmzadə İlahə Rəşad qızı (Tovuz rayonu, M.Ələkbərov adına şəhər orta məktəbi) . 2. Ələsgərov Amil Tofiq oğlu (Sumqayıt şəhəri,

16 aprel
.

Mələkxanım Eyubovanın qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub. xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib. Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosia

16 aprel
.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb. "Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib

16 aprel
.

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var". Axşam.az xəbər verir ki, bu sözlər

16 aprel
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16 aprel
.

"Sədərək Yusif"in oğlu yenə GÜNDƏM OLDU

"Sədərək" ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəyli torpaq mübahisələri ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə şikayət edib. -ın "Unikal"a istinadən məlumatına görə

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

Gəncədə 37 yaşlı kişi itkin düşdü

Gəncədə 37 yaşlı kişi itkin düşüb. xəbər verir ki, bu barədə APA-ya onun ailə üzləri məlumat verib. Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusda

16 aprel