"Sosial şəbəkələrdə açar sözlər vasitəsilə müəyyən məlumatlar idarəçilərə göndərilir"-Mütəxəssis rəyi

"Sosial şəbəkələrdə açar sözlər vasitəsilə müəyyən məlumatlar idarəçilərə göndərilir"-Mütəxəssis rəyiABŞ kəşfiyyat rəsmiləri Konqresə Rusiya kəşfiyyatının Donald Trampın yenidən seçilməsi üçün 2020-ci il prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı xəbərdarlıq edib.
Bu barədə "New York Times" hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Prezident Tramp isə demokratların bu faktdan seçkilərdə ona qarşı istifadə olunacağından narahatdır.
Qeyd etmək lazımdır ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində də Rusiyanın Trampın seçilməsi üçün müdaxilə etdiyi ilə bağlı iddialar ortaya atılmışdı.
Bu iddiaların yenidən gündəmə gəlməsi gözlənilməz olmasa da, mühüm bir məsələni yada salır. Dünyanın ən inkişaf etmiş və güclü kəşfiyyat, texnologiyalara sahib olan ölkəsi ABŞ-da əgər seçkilərə hansısa kənar ölkə müdaxilə edə bilirsə, bu risk digər ölkələr üçün daha böyükdür.

Mövzu ilə bağlı Sonxeber.az-a İT mütəxəssisi Kamil Məmmədov açıqlama verib. O, bildirib ki, məsələyə sırf İT sferasından baxası olsaq, burada izahı çətin olan mövzu ortalığa çıxmır:
"Çünki seçkilərdə İT fəaliyyətləri dünya praktikasında çox istifadə olunan bir yol deyil. Ümumiyyətlə Amerika ve Rusiya kimi ölkələrin xüsusi əhəmiyyət kəsb edən qurumlarında internet həmin qurumlardan demək olar ki, ayrılır. Mən inanmıram ki, seçkilərdə bu və ya digər şəkildə İT-nin xidmətindən istifadə edib seçkilərə müdaxilə olunsun. İnsanın ağlına ancaq orada qarşı tərəfə xidmət aparan yerli ve ya xarici insanların, yəni casusların iştirakı gəlir. Çünki Amerikada seşki bir neçə mərhələdən ibarət olur. İT işlərinin buraya nə qədər sirayət edəcəyini demək işin içində olmadan mümkün deyil. İT istifadə olunaraq müdaxilə edilə biləcək yeganə məqam ve ya məkan sosial mediadır. Burda xüsusi ayrılmış professional insanlar istəmədikləri namizəd haqqında geniş kütləyə dezinformasiya yaya bilər. Bundan o yana keçən bir yol düşünmək məncə sadəlövlük olardı. Hər hansı bir namizədin şəxsi seçki platformasına aid olan materialları, internetə açıq olan bir kompüterdə xakerlər üçün əl çatan olarsa, bu xakerlərin deyil, həmin insanın və onun komandasının səhvidir. Gizli dövlət servislərinin burada maksimum nəzərə alacaqları yer orasıdır ki, həmin ərəfədə ölkədə yayılan məlumatların haradan (mənbə olaraq) gəldiyini təyin etmək və cəmiyyəti bununla bağlı bilgiləndirməkdir. Buna qısa olaraq ümumi şəbəkəyə nəzarət də deyə bilərik. Şəbəkələrdə xüsusi filtr sistemleri var ki, onlar internetdə açar sözlər olaraq qeyd edilən hər bir informasiyanın xəbərdarlığını artıq sistemə nəzarət edən idarəçi ve mühəndislərə bildirir. Bu istiqamətdə araşdırmalar başlayır və nəticə onların istədiyi kimi olmursa, həmin mətnə qarşı qanunvericiliyə uyğun tədbirlər görülür".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5251   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Kart hesabı paylaşıb pul yığanlara necə İNANAQ? - VİDEO

Külli miqdarda pula ehtiyacı olan şəxslərə kömək etmək ehtiyacı olanda ağla gələn ilk vasitə kart hesabı açaraq vəsait üçün pul toplamaq olur. Hətta demək olar ki, hər günümüzü telefona gələn yardım xahişləri ilə açırıq. Amma tez-tez rastlaşdığımız bu mənzərəyə görə, xeyirxahlığımızın qurbanı ola bilərik

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel