Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər - VİDEO

Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər - VİDEOBakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirərək qatar 10 vaqondan ibarətdir.

Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat daxil olub.

Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur.

Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Vaqonlardan 6-sı ikinci sinif, onlardan biri xüsusilə əlil arabası ilə olan vətəndaşlar üçün nəzərdə tutulub. Daha iki vaqonun isə biri birinci sinif, digəri qarışıq, yəni birinci və ikinci siniflərdən ibarətdir.

Qeyd edək ki, ikinci sinif kupelərdə ənənəvi qaydada oturacaqlar və yataq var. Vaqonlar xüsusi idarəetme sistemi ile təchiz olunub. Bu sistem vasitəsilə sərnişinlər otaqda havalandırma dərəcəsini tənzimləyə, həmçinin bələdçi otağı ilə əlaqə saxlaya bilərlər. Bu zaman giriş qapısının üstündə qırmızı işıq yanır və bələdçi sizə yaxınlaşır.Vaqonda quraşdırılan monitorda müxtəlif filmlərə baxmaq və xəbərlərlə tanış olmaq mümkündür.

Bundan əlavə sərnişinlər istənilən zövqə uyğun musiqi dinləyə bilərlər. Kupenin qapısının yuxarı hissəsindəki işarələrdən sanitar qovşağının boş və ya dolu olduğunu görmək, kupenin işığını yandırıb-söndürmək mümkündür. Hər kupedə sərnişin sayına uyğun xüsusi seyf var. Seyfin, elece de kupenin qapısı xüsusi kart vasitəsilə açılır.

Birinci sinif 4 nəfərlik kupelərin ayrıca sanitar qovşağı var. Həmçinin birinci sinif vaqonlarda 4 nəfərlik kupelərin arasında açılıb-bağlana bilən arakəsmə də var ki, ailələr iki kupeni götürüb rahatlıqla qala bilərlər. Bu kupelərdə duş kabinəsi də quraşdırılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8061   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel