"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏ

"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏEnergetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov "Report"a müsahibə verib:

- Hazırda Azərbaycanda alternativ enerji istehsalının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan prioritet məsələlər hansılardır?

- Prezident İlham Əliyevin "Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" 29 may 2019-cu il tarixli sərəncamı ilə qarşıya iki tapşırıq qoyulmuşdu. Bunlardan biri alternativ enerji mənbələrinin təşviq edilməsi, digəri isə qanun layihəsinin hazırlanması ilə bağlı idi. Artıq həmin qanun layihəsi hazırdır və müxtəlif qurumlarla razılaşdırılır. Bu mərhələ yekunlaşdıqdan sonra sənəd Prezident Administrasiyasına təqdim olunacaq, oradan isə Milli Məclisə göndəriləcək. Bu qanunda alternativ enerji istehsalı ilə bağlı həm böyük, həm də kiçik layihələrin dəstəklənməsi nəzərdə tutulub.
"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏ- Danimarka, Latviya, İspaniya, Almaniya kimi ölkələrdə istehsal edilən alternativ enerjinin böyük hissəsi ev təsərrüfatlarına, kənd yerlərində bağçılığa və digər sahələrə yönəldilir. Azərbaycanda nə üçün bu təcrübədən geniş şəkildə istifadə olunmur?

- Tutaq ki, siz öz şəxsi istehlakınız üçün elektrik enerjisi istehsal etmək istəyirsiniz. Özünüzə məxsus bir ərazidə günəş panelləri quraşdırır və yaxud kiçik su elektrik stansiyası qurursunuz. Bu zaman əgər şəbəkəyə qoşulmamısınızsa, məhdud saatlarda enerji alacaqsınız. Əgər günəş paneli quraşdırmısınızsa, günün təqribən 8 saatını enerji ala biləcəksiniz. Ona görə də biz təklif edirik ki, siz həm də şəbəkəyə qoşulasınız. Bu zaman günəşli saatlarda şəbəkəyə istifadənizdən artıq olan enerjini verirsiniz, günəşli saatlar olmayanda, məsələn, qış aylarında, qar yağanda, hava buludlu olanda, siz şəbəkədən enerji alırsınız. Bütün dünyada bu təcrübədən istifadə olunur. Həmin enerji hesablanır və müəyyən perioddan bir əvəzləşdirilir. Belə ki, 1 aylıq, 3 aylıq və ya illik hesabat dövrü var. Həmin hesabat dövrünün sonunda əgər siz şəbəkədən enerji vermisinizsə, topdansatış tarifi ilə "Azərişıq" ASC-dən pulunuzu alırsınız. Yox, əgər siz şəbəkədən enerji almısınızsa, onda pərakəndə satış tarifi ilə siz "Azərişığ"a pul ödəyirsiniz. Burda əsas məsələ həmin qurğuların quraşdırılmasının çox xərc aparmasıdır. Bundan əlavə, əgər günəş paneli 20 il işləyirsə, akkumlyator 5 il işləyir. Dünya ölkələri ilə müqayisə etsək, bizm tariflər elə də yüksək deyil. Günəş panellərinin quraşdırılması və saxlanılması xərclərini də nəzər alsaq, bizdə şəbəkədən enerji almaq onu quraşdırmaqdan daha sərfəlidir. Şəbəkəyə qoşulmadan kənarda qapalı bir sistem qurmaq baha başa gəlir. Lakin bəzi insanlar buna məcburdur. Çünki bəzi yerlərdə elektrik enerjisi olmur. Tutaq ki, siz yaylaqda qalırsınız, yaxud kənddən uzaqda bir əraziniz var, amma orada elektrik enerjisi yoxdur. Burada siz enerji əldə etmək üçün müəyyən qurğular quraşdırmağa məcbur olursunuz. İnsanlarda alternativ enerji istehsalına maraq yaradılması üçün aktiv istehlakçıların dəstəklənməsi mexanizmi lazımdır. Yəni ikitərəfli sayğac quraşdırılır, həm elektrik enerjisi, həm də alternativ enerjidən istifadə edilir və əvəzləşdirmə mexanizmi tətbiq olunur. Qanun layihəsində bütün bu məsələlər öz əksini tapıb.
"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏÖzəl sektorun alternativ enerji istehsalını artırması üçün hansı addımlar atılmalıdır?

- Bunun üçün konkret iqtisadi əsaslar müəyyənləşdirilməlidir. İndi bizim aldığımız təkliflər mövcud topdansatış tarifləri çərçivəsindədir. Əgər bu gün biz elektrik enerjisi ixrac edə biliriksə, bu o deməkdir ki, aldığımız enerjini də sata bilərik. Bərpa olunan enerji mənbələrindən aldığımız enerjini də istifadə edə bilərik. Amma bunların hamısının iqtisadi əsasları hazırlanmalı, sərfəli olub-olmayacağı dəqiqləşdirilməlidir. Düşünürəm ki, bunu reallaşdırmaq mümkündür. İndiyə qədər gördüyümüz işlərin əksəriyyəti dövlət investisiyası ilə həyata keçirilib. Hazırda iki layihə üzrə müqavilə bağlamışıq ki, bunların hər ikisi özəl sektorun iştirakı ilədir. Dövlət bu layihələrə hər hansı maliyyə dəstəyi göstərməyəcək. Həmin layihələrə bütün investisiya özəl sektor tərəfindən qoyulub.

- Azərbaycan üçün elektrik enerjisi istehsalı sahəsində beynəlxalq reytinq cədvəllərində mövqeyini yüksəltmək nə dərəcədə maraqlıdır?

- Bu məsələ də dövlət tərəfindən daim diqqətdə saxlanılır. Ümumilikdə, biz yalnız hansısa hesabat göstəricilərində irəliləmək üçün deyil, əhalinin yüksək səviyyədə enerji resursları ilə təmin edilməsi üçün çalışırıq. Bizim əsas məqsədimiz budur. Bu məqsəd layiqincə yerinə yetiriləndə biz həmin reytinq cədvəllərində müəyyən nəticələr əldə edə bilirik. Bunun üçün isə həm qanunvericilik aktlarının təkmilləşdirilməsi, həm sahibkarlar üçün əlverişli mühitin yaradılması, həm də əhalinin enerji resurslarına əlçatanlığının təmin edilməsi daim diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər beynəlxalq reytinq cədvəllərində nəticələr əldə etməyə imkan verir.
"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏÖlkəmizdə alternativ enerji üzrə sənaye müəssisələrinin yaradılmasını məqsədəuyğun hesab edirsinizmi?

- Bizdə günəş panellərinin istehsalı zavodu var. Bununla belə, bəzi məsələlər iqtisadi əsaslandırma və təhlil tələb edir. Məsələn, bu gün hər hansı bir yerdə külək durbinləri zavodu qurmaq istəsəniz, təkcə Azərbaycanı nəzərə almamalısınız. Bu, çox böyük vəsait tələb edən sənaye sahəsidir. Siz ətraf bazarları təhlil etməli, gələcəkdə istehsal etdiyiniz külək durbinlərini qonşu ölkələrə ixrac etməyin mümkün olub-olmayacağını bilməlisiniz. Bu sənaye sahəsində innovativ inkişaf və ciddi rəqabət var. Lakin bu sahənin təhlili dövlətdən daha çox sahibkarların marağında olmalıdır. Onlar özləri xüsusi təhlillər aparmalıdır. Sadəcə biz də dövlət tərəfindən həmin sahibkarlara müəyyən tələbat planları təqdim edə bilərik. Sahibkarlar da bunun əsasında istehsal zavodları qurmağın onlar üçün faydalı olub-olmayacağı barədə qərar verə bilərlər. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Dünyanın əksər ölkələrində günəş panellərinin istehsalında yerlilik payı adlanan anlayış var. Bu o deməkdir ki, istehsal müəssisəsi bir ölkədə fəaliyyət göstərir, lakin həmin qurğuların müəyyən hissələri xarici ölkələrdə istehsal olunur və gətirilib həmin ölkədə quraşdırılır. Az sayda ölkə var ki, onların istehsal etdikləri günəş panelləri tamamilə yerli məhsuldur. Onlar da qarşılarına böyük hədəflər qoymuş ölkələrdir. Biz isə hələlik böyük bazarlar tapmalı, daha sonra o bazarlarda rəqabətə davam gətirməliyik. Azərbaycanda günəş kollektorlarının və bəzi digər qurğuların istehsalı mümkündür. Biz də nazirlik olaraq hər zaman bu istiqamətdə sahibkarlara dəstək verməyə hazırıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4575   Tarix: 21 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Polisdən ƏMƏLİYYAT: 51 kiloqram narkotik aşkarlandı - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Astara rayon sakini 1993-cü il təvəllüdlü İbrahim Ağayev saxlanılıb

23 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

"Azərbaycan Rusiya arasında əməkdaşlıq və dostluq əlaqələrin möhkəmlənməsi regiona davamlı təhlükəsizlik gətirir" - DEPUTAT

"22 aprel 2024-cü ildə Prezident İlham Əliyevin Rusiyanın dəvəti ilə Moskvaya səfər etməsi ölkələrimiz arası münasibətlərin inkişafında yeni bir səhifə açacaqdır". Bunu -a danışan deputat Azər Badamov bildirib. Deputat qeyd edib ki, dövlət başçımızın işgüzar səfəri çərçivəsində ölkələr aras

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel