Düşmən dəyirmanına su tökənlər və ya oturduğu ağacı baltalayanlar

Düşmən dəyirmanına su tökənlər və ya oturduğu ağacı baltalayanlarSon günlər erməni KİV-lərində ehtiyatda olan azərbaycanlı polkovnik Qəhrəman Mənsimzadənin videomüraciəti tirajlanır. Videomüraciətində ehtiyatda olan polkovnik Azərbaycan ordusu, Müdafiə nazirliyi barədə müxtəlif fikirlər səsləndirib, ittihamlar irəli sürüb.
Bunu isə düşmən mətbuatı fürsət kimi qəbul edərək, əllərində bayraq ediblər və informasiya savaşına başlayıblar. Uzun illər hərbi forma geyən, düşmən barədə bizdən çox məlumatı olan bir şəxsin belə bir addımı, addımının nəticələrini əvvəldən görərək belə bir işə imza atması hələ də qaranlıq qalıb.
Əzizlərim, unutmayaq ki, biz ermənilərlə təkcə səngərdə üz-üzə dayanmamışıq. Biz ermənilərlə həm siyasi arenada, həm mətbuatda, həm mədəniyyət sahəsində, həm də bir çox sahədə üz-üzə dayanmışıq. Ölkə daxilində baş verən istənilən neqativ hal düşmən tərəfi sevindirir, adi bir xəbəri də tirajlayaraq toy-bayram edirlər.
Belə bir informasiya savaşı gedən dövrdə erməni dəyirmanına su tökmək nə dərəcədə doğrudur? Ölkə rəhbəri Münhen şəhərində Paşinyana tarix dərsi verir, məntiq və zəkası ilə darmadağın edir, biz nə edirik?
Nə vaxta qədər vəzifədən çıxan, işdən çıxarılanlar erməni dəyirmanına su tökməyə davam edəcəklər? Niyə bu insanlar bir dəfə özlərinə sual vermirlər ki, mənim tirajladığım ittihamları düşmən mediası sevə-sevə manşetlərə çıxaracaq, Azərbaycan əleyhinə istifadə edəcək, müxtəlif dillərə tərcümə edib xarici KİV-lərə ötürəcək, "baxın, Azərbaycan Ordusu bu gündədir, Azərbaycan Müdafiə nazirliyi bu vəziyyətdədir" deyərək ənənəvi erməni şivənliyi qoparacaqlar.
Yenə yuxarıdakı fikrimə qayıdıram, ölkə başçısı müxtəlif arenalarda erməniləri mat vəziyyətinə qoyur, savadsız, məntiqsiz olduqlarını üzlərinə vurur, tarixi faktları bir-bir sadalayır, ermənilərin işğalçı olduqlarını öz dilləri ilə sübuta yetirir. Belə bir durumda, belə xəbərlərin tirajlanması nə dərəcədə doğrudur? Belə bir durumda, belə xəbərlərin KİV-lərə ayaq açması hansı məqsədlərdən xəbər verir?
Gəlin, bir anlıq düşünək, reallıq hissimizi itirməyək. Azərbaycan Ordusu və Azərbaycan Əsgəri müqəddəsdir! Onu qorumaq, ona hörmət etmək, tərəfini tutmaq, əl içində gəzdirmək hər birimizin borcudur!
Ey Qəhrəman kimilər, siz isti kabinetlərinizdə, isti evlərinizdə yatanda, klaviatura arxasına keçib ittihamlar səsləndirəndə, məhz Azərbaycan Əsgəri səngərdə 24 saat gözünü qırpmadan düşmənlə üz-üzə dayanır! Sizin kimi insanların çamur atdığı Azərbaycan Əsgəri, Azərbaycan Ordusunun nümayəndələri canından-qanından keçir! Nəşi Bayrağımıza bükülərək torpağa tapşırılır! Bir anlıq reallıq hissinə qayıdın, bunları düşünün!
Bəsdir, erməni dəyirmanına su tökdüyünüz!!!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2434   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel