Ekspert: "Azərbaycanın alacağı "M-346" təyyarəsi ən yaxşılardan biri hesab olunur"

Ekspert: "Azərbaycanın alacağı "M-346" təyyarəsi ən yaxşılardan biri hesab olunur""Azərbaycanın İtaliyadan aldığı M-346 təyyarəsinin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır"

Bunu "Mediapost"a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli "M-346" təlim-döyüş təyyarəsi haqqında danışarkən deyib.

O bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri hərbi aviasiya parkının yenilənməsi üçün köklü dəyişikliklər üzərində ciddi addımlar atmaqdadır: "İlk dəfə 2017-ci il mayın 10-da Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliyanın "Leonardo Aircraft" şirkətinin istehsalı olan yeni nəsil reaktiv "M-346" tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib. Azərbaycanlı pilotlar bu təyyarə ilə yaxından tanış olublar və bundan sonra həmin aviasiya vasitəsinin bizim üçün əhəmiyyəti araşdırılıb".
Ekspert: "Azərbaycanın alacağı "M-346" təyyarəsi ən yaxşılardan biri hesab olunur"Hərbi ekspertin sözlərinə görə, ötən üç il ərzində aparılan sınaq-araşdırmalardan sonra bu təyyarənin Azərbaycan üçün rentabelli olması qənaətinə gəlinib. Artıq təyyarənin alınması ilə bağlı yekun addım da atılıb və "M-346" Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya parkında yer alacaq: "Xüsusi qeyd etmək lazımdır ki, "M-346" təlim təyyarəsi öz sinifində ən yaxşılardan biri hesab olunur".

R.Məmmədlinin qənaətinə görə, bu satınalma Azərbaycan HHQ-nin təyyarə parkının qərb texnologiyasına inteqrasiya edəcəyinə bir işarədir: "Artıq belə qənaətə gəlmək olar ki, pilotlarımız Rusiya istehsalı olan döyüş aviasiya vasitələrinə üstünlük verməyəcək və döyüş təyyarə parkımız Sovet-Rusiya asılılığından xilas olacaq".

Məsələnin hərbi-siyasi tərəfinə gəldikdə isə R.Məmmədli bildirib ki, müdafiə sənayesinin sərt qaydalarının tətbiq olunduğu regionda Azərbaycanın NATO-ya üzv ölkə ilə bu səviyyədə satınalma həyata keçirməsi rəsmi Bakının ciddi siyasi iradə nümayiş etdirməsindən irəli gəlir. Bu həm də Ermənistan üçün də bir mesajdır. Avropa şirkətləri ilə iri satınalma layihələri həyata keçirə bilməyən Ermənistan, əlbəttə ki, Azərbaycanın İtaliya ilə "M-346" təyyarələrinin alınmasını sakit qarşılaya bilməyəcək: "Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələri son illərdə hava hücumundan müdafiə və aviasiya sahəsində ciddi addımlar atmaqdadır. Gözləntilər odur ki, Azərbaycan yaxın illərdə döyüş aviasiya parkını müasir texnologiyalar ilə gücləndirəcək və bu da hava məkanında üstünlüyümüzün bərqərar olmasını təmin edəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2289   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

Azərbaycanda qızıl sürətlə bahalaşır - Səbəb NƏDİR

Hazırda ölkə ərazisində qızılın qiyməti rekord həddə çatıb. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib:. O bildirib ki, hazırda dünya bazarında qızılın qiyməti tarixi maksimumu göstərir:. "Azərbaycanda qızılıın qiymətinin artmasının səbəbi bilavasitə dünya bazarında qızılın qiymətini

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Kommunal xidmətlərlə bağlı DƏYİŞİKLİK - QƏRAR

Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçiriləcək və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt veriləcək. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilə

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

29 mart
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

29 mart
.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Məktəbəhazırlıq qruplarında və bəzi siniflərdə şagirdlərin yerdəyişməsi dayandırılacaq - SƏBƏB

Aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılacaq. Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, eyni zamanda, 18 və 19 may tarixlərində ölkə üzrə I

29 mart