Qida zəhərlənməsi baş verdikdə BUNLARI EDİN

Qida zəhərlənməsi baş verdikdə BUNLARI EDİNAzərbaycanda qida zəhərlənməsi hallarının araşdırılması zamanı çox zaman üzə çıxan fakt bu olur ki, insanlar konservləşdirilmiş, xüsusilə ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan zəhərlənirlər.

Buna dair son qeydə alınan fakt kimi isə İmişlidə bir ailədə baş verən hadisəni göstərə bilərik. Ev şəraitində hazırlanan konserv məhsulunu qəbul etdikdən sonra ailənin bir üzvü dünyasını dəyişib, iki nəfər isə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanada müalicə olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, ötən il ərzində 585 nəfərin qida zəhərlənməsi faktı kliniki təsdiqini tapıb. Təsdiq olunmuş qida zəhərlənmələri əsasən məişət zəminində baş verib ki, bu da ümumi halların 87.7 faizini təşkil edib.

Belə halların baş verməməsi üçün dəfələrlə əhaliyə müraciət olunaraq kustar üsulla məhsul hazırlayan zaman həddindən artıq diqqətli olmaları, sanitar-gigiyena qaydalarına əməl etmələri tövsiyə olunsa da, qida zəhərlənməsi, xüsusilə məhz konservləşdirilmiş məhsullardan botulizm halları hələ də baş verir.

Yeri gəlmişkən qeyd edək ki, botulizm xəstəliyi Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinum bakteriyası torpaqda yaşayır. Oradan bu bakteriyalar tərəvəzlərə, meyvələrə və suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər yaxşı təmizlənməsə, yuyulmasa, düzgün sterilizasiya olunmasa və daha sonra uyğun olmayan şəraitdə saxlanılsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər.

AQTA-dan verilən məlumata görə, Clostridium Botulinum bakteriyası havasız mühitdə daha fəal çoxalır və məhz burada botulotoksin ifraz edir: "Havasız konserv bankaları bu bakteriyalar üçün ən "əlverişli" mühitdir. Botulotoksin insan orqanizminə düşdükdə, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, dünyasını dəyişə bilər".

"Sağlamlığın Qorunması" İctimai Birliyinin sədri, həkim-konsultant Yazgül Abdiyeva Trend-ə bildirib ki, qida zəhərlənmələri - tərkibində bioloji və ya qeyri-bioloji toksinlər saxlayan ərzaqların qəbul edilməsi nəticəsində yaranan kəskin haldır (nadir hallarda xroniki ola bilər). Qida intoksikasiyası və ya qida toksikoinfeksiyası da adlandırılan bu halın ən geniş yayılmış formaları patogen mikroorqanizmlərlə və müxtəlif kateqoriyalı kimyəvi maddələrlə olan zəhərlənmələrdir. Bu formalara zəhərli bitki və bəzi heyvanların qida vasitəsi kimi qəbul edilməsi nəticəsində yaranan zəhərlənmələr də aiddir. Ona görə də qida zəhərlənmələri iki qrupa - bakterial və qeyri-bakterial zəhərlənmələrə bölünür. Bakterial qida zəhərlənmələri patogen mikroblar və ya onların toksinləri ilə yoluxmuş qidaların yeyilməsi zamanı baş verir. Qeyri-bakterial qida zəhərlənmələrinə qida vasitəsi kimi istifadə olunan heyvan (xüsusilə, zəhərli balıq məsulları), bitki (məsələn, zəhərli göbələklər) mənşəli qidalarla və ya kimyəvi maddələrlə zəhərlənmələr aiddir.

Qida zəhərlənməsinin əlamətlərindən danışan Y.Abdiyeva qeyd edib ki, zəhərlənmə ümumi intoksikasiya və qastroenterokolit əlamətləri ilə biruzə verir. Qidalanmadan bir neçə saat sonra kəskin surətdə başlayan ürək bulanma, halsızlıq, qarınüstü nahiyədə köpmə və ağrı hiss edilir, çox keçmədən bol qusma baş verir və bu, xəstənin vəziyyətini bir qədər yüngülləşdirir: "Qusma ishal ilə müşayiət olunur. Qarın nahiyəsində sancı şəklində ağrılar baş verə bilər. Çox vaxt temperatur yüksəlir, başağrısı və bütün bədəndə ağrı hiss olunur".

Həkim qeyd edib ki, qida zəhərlənmələri zamanı tibbi yardım 3 mərhələdə aparılır. Birinci mərhələdə zəhəri orqanizmdən mümkün qədər qısa müddətdə çıxarmağa çalışmaq lazımdır. Zəhərlənmədən şübhələndikdə həkimə müraciət edənə qədər su qəbul edərək, qusmağa çalışmaq lazımdır: "Daha yaxşı olar ki, mədə ilıq qaynadılmış su və yaxud da iki faizli çay sodası məhlulu ilə yuyulsun, bağırsaqlar təmizləyici imalə olunsun. Həmçinin xəstəlik müddətində çoxlu miqdarda su içmək məsləhətdir. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq suya bir çay qaşığı xörək duzu, bir çay qaşığı çay sodası və iki xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır. İlk günlərdə qida qəbulu məhdudlaşdırılmalı, asan həzm olunan qidalar az-az və tez-tez yeyilməlidir".

Y.Abdiyeva əlavə edib ki, tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi, qan qarışıq güclü ishal, yüksək qızdırma, uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması zamanı dərhal təcili yardım çağırılmalıdır. Çünki zəhərlənmə inkişaf etdikdə onu ev şəraitində müalicə etmək məsləhət deyil. Bu zaman çox pis ağırlaşmalar baş verə bilər: "Tibbi yardımın ikinci mərhələsində xəstəyə antidot verilməlidir - Antidot qəbul edilmiş zəhərin əksinə təsir göstərən, onun aktivliyini azaldan, onu orqanizmdən çıxaran maddədir. Zəhərlər müxtəlif olduğu kimi, antidotlar da müxtəlifdir. Demək olar ki, bütün qida zəhərlənmələrində istifadə oluna bilən antidot "Aktiv kömür" sayılır. Hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla "Aktiv kömür" dərman vasitəsini əzib, onu 1 stəkan suya qatıb içmək tövsiyə olunur. Çünki "Aktiv kömür" adsorbentdir, mədə-bağırsaq yolunda olan zəhərli maddələri özünə hopdurur, toksinlərin qana keçməsinin və zəhərlənmənin qarşısı alır. Digər antidotlar zəhərə müvafiq olaraq seçilməlidir".

Həkim bildirib ki, tibbi yardımın üçüncü mərhələsində simptomatik müalicə aparılmalıdır. Bu mərhələ birbaşa olaraq zəhərin zədələdiyi orqanın funksiyasının bərpasına yönəldilir.

Onun sözlərinə görə, qida zəhərlənmələrinə vaxtında müdaxilə olunmasa, (xüsusən uşaqlarda, yaşlı şəxslərdə, xroniki xəstəliyi olan insanlarda) ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Qida zəhərlənmələri zamanı ən təhlükəli hallardan biri botulizm hesab olunur. "Clostridium botulinum" adlı bakteriyanın neyrotoksik təsirli toksini olan botulotoksinin törətdiyi zəhərlənmə zamanı insanın sinir sisitemi zədələnir, əzələlər iflic olur və ən təhlükəlisi proqressivləşən kəskin tənəffüs çatışmazlığı yaranır ki, bu da ölümlə nəticələnə bilər. Belə hallarda xəstəyə vaxtında "botulizm əleyhinə zərdab"ın vurulması ağır nəticələrin qarşısını almış olur.

Y.Abdiyeva deyib ki, qida zəhərlənmələrinin qarşısını almaq üçün bəzi tövsiyələrə əməl etmək - son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları, pasterizasiya edilməmiş süd və süd məhsullarından, tamlığı pozulmuş qablaşdırmada olan qidalardan istifadə etməmək, meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra yemək lazımdır. Ət, toyuq, balıq, süd kimi tez xarab olan məhsulları müvafiq müddətdə və temperaturda bişirmək, yeməkləri gündəlik olaraq, bişirmək, bişirilmiş yeməyi bir dəfədən artıq olmayaraq isidib istifadə etmək, yumurtanı bişirmədən öncə yumaq, yeməkləri hazırlayarkən, bişirərkən, süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 7114   Tarix: 23 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Ölümə gedən velosipedçi belə görüntüləndi - VİDEO

Bakıda sürətli yolda avtobusun arxasıyca olduqca yaxın məsafədə velosiped idarə edən şəxs həyatını təhlükəyə atıb. Sözügedən hadisə izləyicilərdən biri tərəfindən qeydə alınıb. . . Görüntülər sosial şəbəkədə yayımlanaraq qınaq obyektinə çevrilib.. . Həmin görüntüləri təqdim edirik. . .

22 fevral

Sankt-Peterburq – Bakı aviareysi ləğv edilib - FOTO

Bu gün Rusiyanın "Nordavia – Regional Hava Yolları" tərəfindən həyata keçirilməsi nəzərdə tutulan Sankt-Peterburq - Bakı aviareysi ləğv edilib.. . Oxu.Az xəbər verir ki, təyyarə "Pulkovo" aeroportundan saat 11:00-da havaya qalxmalı, saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hav

22 fevral

Ekspert: "Azərbaycanın alacağı "M-346" təyyarəsi ən yaxşılardan biri hesab olunur"

"Azərbaycanın İtaliyadan aldığı M-346 təyyarəsinin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır". . Bunu "Mediapost"a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli "M-346" təlim-döyüş təyyarəsi haqqında danışarkən deyib.. . O bildirib ki

22 fevral

Gənc Nərgizin acı taleyi: "Gözüm ondan başqasını görmürdü, amma mən ona pul üçün lazım idim"

"18 yaşımda valideynlərimin sözünə qulaq asmayıb, bir oğlana qoşulub qaçdım. Gözüm ondan başqasını görmürdü. Elə bilirdim ki, o da məni sevir. Ailələrimiz evlənməyimizə razı olmadı. Tək mən yox, o da ailəsinə qarşı çıxdı, evdən getdi. Hansı qız olsa, sevildiyini düşünər. Bakıya gəlib kirayə ev tapdıq

22 fevral

Azərbaycanda yeni virus yayılıb — Əhalinin nəzərinə!

Tovuzun bir neçə kəndində "parotit", yəni el dilində "qulaqdibi" xəstəliyi yayılıb.. . Sonxeber.az baku.ws-ə istinadən xəbər verir ki, xəstəlik dörd aydır davam edir.. . Xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiy

22 fevral

Düşmən dəyirmanına su tökənlər və ya oturduğu ağacı baltalayanlar

Son günlər erməni KİV-lərində ehtiyatda olan azərbaycanlı polkovnik Qəhrəman Mənsimzadənin videomüraciəti tirajlanır. Videomüraciətində ehtiyatda olan polkovnik Azərbaycan ordusu, Müdafiə nazirliyi barədə müxtəlif fikirlər səsləndirib, ittihamlar irəli sürüb.. Bunu isə düşmən mətbuatı fürsət kimi qəbu

22 fevral

Azərbaycanda bu şəxslərin maaşları artacaq

Bu yaxınlarda tibb işçilərinin maaşları ciddi şəkildə artacaq.. . Bunu REAL TV-yə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib.. . O, nəzərdə tutulan artımı icbari tibbi sığortanın tətbiqi ilə əsaslandırıb.

22 fevral

"Alternativ enerji üzrə sənaye müəssisəsi sahibkarların marağında olmalıdır" - MÜSAHİBƏ

Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov "Report"a müsahibə verib: . . - Hazırda Azərbaycanda alternativ enerji istehsalının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan prioritet məsələlər hansılardır?. . - Prezident İlham Əliyevi

21 fevral

Bakıdan Ankaraya 20 saata gedəcək ultra müasir qatarın içindən görüntülər - VİDEO

Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirərək qatar 10 vaqondan ibarətdir.. . Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat daxil olub. . . Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur.

21 fevral