Koronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJ

Koronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJİranda yeni tip koronavirusa yoluxma və ölüm hallarının aşkarlanması ilə əlaqədar Azərbaycanla bu ölkə arasındakı Astara gömrük-sərhəd buraxılış məntəqəsində profilaktik tədbirlər ciddi şəkildə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, koronavirusun Azərbaycan ərazisinə keçməsinin qarşısını almaq məqsədilə gömrük-sərhəd buraxılış məntəqələri Dövlət Gömrük Komitəsi tərəfindən tibbi ləvazimatlarla təmin olunub. Postda xidmət göstərən inspektorlar əlcək və xüsusi tibbi maskalardan istifadə edirlər. Qonşu dövlətə səyahətə gedən vətəndaşlar Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun əməkdaşları tərəfindən maarifləndirilir və Azərbaycan Respublikasının ərazisinə gələn yük-nəqliyyat vasitələrinin sürücüləri və sərnişinlər xüsusi cihazlar vasitəsilə yoxlanılır.

İrandan qayıdan Lənkəran sakini Əli Salayev deyir ki, Astara gömrük-sərhəd buraxılış məntəqəsində ciddi yoxlanışdan sonra İrana keçmişdi: "Bizə İranda koronavirusun yayıldığı barədə məlumat verilmişdi və qonşu ölkədə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilmişdi. Sərhədi səhər keçmişik, indi də qayıdırıq. Qayıdanda da ciddi tibbi yoxlamalar aparıldı. Gömrük işçiləri bizim üçün əlverişli şərait yaradıblar. Bütün sərhəd-keçid məntəqəsində dərmanlama işləri görülür".
Gömrük-sərhəd buraxılış məntəqəsində yoxlamadan keçənlərdən biri də Astara sakini Tofiq Həsənovdur: "İran ərazisinə keçmişdim. Keçərkən mənə tibbi maska taxmağı tövsiyə etdilər və lazım olan ləvazimatlar verildi. Koronavirusa yoluxmamaq üçün İran ərazisində çox diqqətli olmağımız tapşırıldı. İndi isə doğma rayonuma qayıtmışam. Yenə də tibbi yoxlamadan keçdik və şükürlər olsun ki, hər hansı problem olmadı".

Sərnişin-nəqliyyat və piyada xəttində stasionar termovizor qurğuları quraşdırılıb. Həmin termovizor qurğularının yanında müfəttişlər 24 saat fəaliyyət göstərir. Bu aparatlar səyahətçilər arasında hərarət yüksəkliyi görünərsə, dərhal siqnal səsi verir və birbaşa Səhiyyə Nazirliyi, eləcə də təcili tibbi yardım xidmətinə məlumat ötürülür.

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara Gömrük Postunun rəisi Habil Mehdiyev bildirib ki, Çində yeni tip koronavirusun yayılması təsdiqini tapdıqdan sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən dərhal xüsusi sərəncamlarla yerlərə göstəriş verilib və virusun yayılmasının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görülüb. Bu günə kimi 3 İran, 1 Rusiya və 1 Malayziya vətəndaşında yüksək hərarət aşkarlanıb və tibbi yardım xidmətinə təhvil verilib. Onlara rayon xəstəxanasında yoxlanışdan keçdikdən sonra adi soyuqdəymə diaqnozu qoyulub".

Gün ərzində Azərbaycan-İran sərhədindən 8000-ə yaxın insan keçir. Qarşıdan gələn bayram və ziyarət günlərində gömrük-sərhəd buraxılış məntəqəsi gücləndirilmiş iş rejimində çalışacaq.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusa yoluxanların sayı 18 nəfərə çatıb. Artıq dörd nəfər həyatını itirib. Yoluxma halları Tehran, Qum və Ərak şəhərlərində, Gilan vilayətində qeydə alınıb.

Koronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJKoronavirusun ölkə ərazisinə keçməməsi üçün İranla sərhəd buraxılış məntəqəsində hansı tədbirlər görülür? – Astaradan FOTOREPORTAJ


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 11113   Tarix: 22 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Bakıda yeyib-içən dostlar hesabı gözləməmiş qaçdılar - VİDEO

Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb.. . Sonxeber.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən "Pink House" restoranının administratoru Seyran Əsgərov bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapını

23 fevral

Qida zəhərlənməsi baş verdikdə BUNLARI EDİN

Azərbaycanda qida zəhərlənməsi hallarının araşdırılması zamanı çox zaman üzə çıxan fakt bu olur ki, insanlar konservləşdirilmiş, xüsusilə ev şəraitində hazırlanan konservləşdirilmiş məhsullardan zəhərlənirlər.. . Buna dair son qeydə alınan fakt kimi isə İmişlidə bir ailədə baş verən hadisəni göstər

23 fevral

Ölümə gedən velosipedçi belə görüntüləndi - VİDEO

Bakıda sürətli yolda avtobusun arxasıyca olduqca yaxın məsafədə velosiped idarə edən şəxs həyatını təhlükəyə atıb. Sözügedən hadisə izləyicilərdən biri tərəfindən qeydə alınıb. . . Görüntülər sosial şəbəkədə yayımlanaraq qınaq obyektinə çevrilib.. . Həmin görüntüləri təqdim edirik. . .

22 fevral

Sankt-Peterburq – Bakı aviareysi ləğv edilib - FOTO

Bu gün Rusiyanın "Nordavia – Regional Hava Yolları" tərəfindən həyata keçirilməsi nəzərdə tutulan Sankt-Peterburq - Bakı aviareysi ləğv edilib.. . Oxu.Az xəbər verir ki, təyyarə "Pulkovo" aeroportundan saat 11:00-da havaya qalxmalı, saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hav

22 fevral

"Ordumuz bilməlidir ki, onun arxasında böyük Azərbaycan xalqı var"-Elman Məmmədov ehtiyatda olan polkovnikin müraciətindən DANIŞDI

Son günlər erməni KİV-lərində ehtiyatda olan azərbaycanlı polkovnik Qəhrəman Mənsimzadənin videomüraciəti tirajlanır. . . Videomüraciətində ehtiyatda olan polkovnik Azərbaycan ordusu, Müdafiə nazirliyi barədə müxtəlif fikirlər səsləndirib, ittihamlar irəli sürüb. Mövzu ilə bağlı deputat Elman Məmmədo

22 fevral

Azərbaycanın meyiti tapılan hərbçisi ilə vida mərasimi keçirilir - FOTO

Ağcabədi rayonunda Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi başlayıb. . . "Report"un Qarabağ Mərkəzinin məlumatına görə, onu nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya başa çatdığı evinə gətirilib.

22 fevral

Bakıda yoxa çıxan yaşlı qadın tapıldı-Üç gündür küçələrdə yatırmış (VİDEO)

Bir neçə gün öncə yaşlı bir qadının paytaxtda itkin düşməsi ilə bağlı xəbərlər yayıldı.. . Sonxeber.az-ın məlumatına görə, itkin düşdüyü bildirilən Rzayeva Şərqiyyə adlı qadın tapılıb. Belə ki, izləyicilərdən biri ailəsi tərəfindən axtarılan ağbirçək qadını dünən avtobusda görüb və onu dərhal "Qadı

22 fevral

Üç gün ərzində hava necə olacaq? - AÇIQLAMA

Fevralın 24-də ölkə ərazisində cənub-qərb küləyinin güclənməsi müşahidə olunacaq.. . Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.. . Onun sözlərinə görə

22 fevral

Azərbaycanlı teleaparıcı virusa yoluxdu - FOTO

Tanınmış tepeaparıpcı Vüsalə Səid yatağa düşüb.. BAKU.WS xəbər verir ki, İTV-nin "#itvtech" proqramının aparıcısı bu barədə özü məlumat verib:. . "Küsməyin, inciməyin, dostlarım! 2-3 gündür şərəf verib dəvət etdiyiniz tədbirlərə gələ bilməməyimin səbəbi bax budur. Belə foto paylaşmağ

22 fevral