Baş infeksionistdən ƏHALİYƏ MÜRACİƏT: İrana getməyin

Baş infeksionistdən ƏHALİYƏ MÜRACİƏT: İrana getməyinAzərbaycanın baş infeksionisti Cəlal İsayev İranda koronavirusun yayılması, bu xəstəlikdən hətta ölüm hallarının baş verməsini nəzərə alaraq, həmin ölkəyə getmək istəyən Azərbaycan vətəndaşlarına bəzi tövsiyələrini verib.

C.İsayev bildirib ki, İranla Azərbaycan arasında gediş-gəliş çox olduğu üçün mühüm tədbirlərin görülməsi zəruridir:

"Azərbaycanda koronavirus indiyədək aşkarlanmasa da, İranla bağlı vəziyyət ciddidir. İnsanlar çalışsınlar ki, vacib işləri yoxdursa, İrana getməsinlər. İrana getdikləri zaman da çox diqqətli olmalıdırlar".

Baş infeksionist əlavə edib ki, İrana getməyə məcbur olan Azərbaycan vətəndaşları orada insanların kütləvi toplaşdığı yerlərdən uzaq dayansınlar, yoluxmadan qorunmaq üçün maskadan, qablaşdırmış sudan istifadə etsinlər, qidalanma zamanı yaxşı bişmiş ət və ərzaqlara üstünlük versinlər, mütəmadi olaraq əllərini yusunlar:

"Əgər insanlar özlərində hər hansı şübhəli əlamət hiss edərlərsə, təcili olaraq, həkimə müraciət etsinlər. İrandan gələn insanlar termal aparatlar vasitəsilə yoxlanılır. Amma tövsiyə edərdik ki, insanlar özləri də yoxlanılma prosesində maraqlı olsunlar. Müşahidə altına götürülmə lazım olduğu zaman bundan imtina etməsinlər. Bu, onların həm özləri, həm də yaxınlığındakı qohum-əqrabalarının sağlamlığı üçün vacibdir. Sadaladığım tədbirlər görülərsə, xəstəliyin Azərbaycana keçməsinin qarşısı alınar".

C.İsayev qeyd edib ki, adətən, xəstəliyin yayıldığı ərazidən ölkəmizə gələnlər 14 gün ərzində xəstəxanada müşahidə altında saxlanılır.

Hazırda Azərbaycanda koronavirusa qarşı gücləndirilmiş şəkildə tədbirlərin həyata keçirlldiyini deyən C.İsayev vətəndaşları da bu tədbirlərin həyata keçirilməsində aktiv və maraqlı olmağa çağırıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda indiyədək yeni koronavirusa 43 nəfərin yoluxduğunu və 8 nəfərin öldüyünü təsdiqləyib. (trend)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3788   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel