Koronavirusa qarşı Bakı Metropoliteni hansı tədbirləri görür?-RƏSMİ AÇIQLAMA

Koronavirusa qarşı Bakı Metropoliteni hansı tədbirləri görür?-RƏSMİ AÇIQLAMAXəbər verdiyimiz kimi Çinin Vuhan şəhərindən başlayan yeni koronavirus dünyanın bir çox ölkəsində yayılmağa davam edir. Artıq bir neçə gündür ki, KİV-də Azərbaycanla qonşu olan İran İslam Respublikasında da koronavirusun sürətlə yayıldığı məlumatları qeyd olunub. Azərbaycan ilə İran arasında gediş-gəlişin çox olduğunu, koronavirusun ölkəmizə gəlmə ehtimalını nəzərə alaraq, əhalinin gündəlik olaraq ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri olan Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Bəxtiyar Məmmədov Sonxeber.az-a açıqlamasında bildirib ki, artıq ötən həftənin 5-ci günündən başlayaraq profilaktik tədbirlərə başlanılıb:
"Bunu üç aspektdən qiymətləndirmək olar. Birinci, tam olaraq bütün qatarlar dezinfeksiya olunacaq. İkinci məqam stansiyalarda olan platforma, stansiya yolu, xidmət otaqları, yəni ümumiyyətlə aidiyyatı olan bütün sahələrin hamısı dezinfeksiya olacaq. Bu işlər ay ərzində iki dəfə yerinə yetiriləcək. Ay ərzində iki dəfə olmaqla həm qatarlar, həm də stansiyalar koronavirusa qarşı profilaktik tədbirlər məqsədi ilə dezinfeksiya olunacaq. Amma bundan əlavə, gün ərzində bir neçə dəfə olmaq şərti ilə dezinfeksiya mütəxəssisləri ilə metropolitenin stansiyaları, xüsusilə də əl ilə təmas olan sahələr sürahilər, oturacaqlar, tutacaqların hamısı dezinfeksiya mütəxəssisləri tərəfindən silinib təmizlənəcək. Onu da qeyd edək ki, dezinfeksiya mütəxəsisləri tərəfindən aparılan təmizlik işləri insan orqanizmi üçün təhlükəsiz və zərərsizdir. Sərnişinlərimiz bundan əmin ola bilərlər ki, dezinfeksiya mütəxəsisləri tərəfindən aparılan təmizlik işlərinin sağlamlığa heç bir ziyanı yoxdur. Ümumiyyətlə, dezinfeksiya işləri stansiya və qatarlarada aparılacaq həmin pereparatlarların istifadə qaydalarına uyğun olaraq, eyni zamanda orada hansı ardıcıllıq və yaxud hansı qaydalar gözlənilməlidir, bunlara tam əməl olunmaqla artıq başlayıb və müntəzəm olaraq da davam etdiriləcək".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2293   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyat

29 mart
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəy

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ

Paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib. Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətind

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

"Avromed"ə məxsus "Vita aptek"də 17 manatlıq dərman 37 manata satılır - FOTOFAKT

Mərdəkandakı "Vita Aptek"də 17 manatlıq dərman 37 manata satılır. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə tanınmış teleaparıcı Zamirə Dadaşova bildirib. O, "Truxal" adlı dərmanın Mərdəkanda yerləşən "Vita Aptek"dən 37 manata alındığını sübut edən fotolar paylaşıb. Aparıc

29 mart
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" Qanuna dəyişiklikd

29 mart
.

Azərbaycanda bu kişilər pensiya 5 il tez çıxacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

29 mart