"Rəqəmsallaşma ilə neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkündür"

"Rəqəmsallaşma ilə neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkündür"Bu gün Azərbaycanda neft-qaz sənayesində yüksək texnoloji həllərin tətbiqi və bu sektorun rəqəmsallaşması prioritet istiqamətlərdən biridir. Bu sahədə informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dosent Yadigar İmamverdiyev "İKT-nin vəziyyəti, rəqəmsallaşma bu sektora hansı keyfiyyət dəyişiklikləri gətirə bilər" fikrinə münasibət bildirib.

O, SOCAR-ın rəqəmsallaşdırma konsepsiyasına işarə edərək deyib ki, bu gün Azərbaycanda neft-qaz sənayesinin rəqəmsallaşması istiqamətində böyük işlər görülüb: "Beynəlxalq miqyasda informasiya və kommunikasiya texnologiyalarının neft-qaz sənayesində tətbiqi hələ ötən əsrin 60-cı illərinə gedib çıxır. İri kompyüterlərin istehsalı ilə bank, hərbi sektorlar ilə yanaşı, neft-qaz şirkətləri də bu texnologiyaların tətbiqində təşəbbüs göstərməyə başladı. Bu onunla əlaqədar idi ki, neft ehtiyatları getdikcə tükənir, neft çıxarılması isə çətinləşirdi. Bu özünü daha bariz formada hasilatın qurudan dənizə keçməsində göstərdi".

Ekspert bildirib ki, Azərbaycanda rəqəmsal texnologiyaların neft-qaz sənayesində tətbiqi elə həmin dövrlərə təsadüf edir.

"Bu gün ölkəmizə yüksək texnologiyalar həm "Əsrin müqaviləsi"nin iştirakçısı olan şirkətlər vasitəsilə, həm də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) vasitəsilə gətirilir. Buna misal olaraq SOCAR-ın bəzi neft yataqlarında ağıllı neft-mədən konsepsiyasını həyata keçirməsi göstərilə bilər. Burada söhbət real istehsalın virtual analoqundan gedir. Yəni istehsal obyektinin işinin real prosesləri rəqəmsal platformada onlayn rejimdə əks olunur. Son məqsəd isə ondan ibarətdir ki, insansız, məsafədən idarə olunan, qərarlar qəbul etməyə imkan verən texnlogiyaların yeridilməsidir. Yəni həm qərarların qəbulundan, həm də onların icrasının tam avtomatlaşdırılmış sistemlərə keçirilməsindən söhbət gedir. Bu isə öz növbəsində insan faktorunu minumuma endirməklə risklərin azalmasına gətirib çıxarır. Eyni zamanda istehsalın davamlılığı təmin olunur ki, bu da istehsalın həcminin artması ilə nəticələnir. İndi buna demək olar, müəyyən dərəcədə nail olunub", - Y.İmamverdiyev diqqətə çatdırıb.

Onun sözlərinə görə, rəqəmsallaşma sayəsində neftvermə əmsalını 45-50%-ə çatdırmaq mümkün ola bilər: "Bu, neft quyusundakı faktiki ehtiyatın hasilata nisbətini ifadə edən əmsaldır və hazırda bizdə 35% ətrafındadır. Bu əmsalın artırılması istismar olunan quyuların rentabelliyinə birbaşa təsir göstərəcək. Lakin proses təkcə hasilatla yekunlaşmamalıdır və rəqəmsallaşma kəşfiyyatdan tutmuş neftin satışınadək olan bütün həlqələrdə əksini tapmalıdır. SOCAR-ın rəqəmsallaşdırma konsepsiyası yaxın gələcəkdə bunları təmin etməyə imkan verəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1280   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Çoxuşaqlı ailələrə ayrıca müavinət TƏYİN EDİLSİN - TƏKLİF

Dünya praktikasında 3 uşağı olanlar çoxuşaqlı ailələr hesab edilir. Bu baxımdan Azərbaycanda çoxuşaqlı anlayışının 5-dən 3-ə endirilməsi təklif edilir. Artıq məsələ Milli Məclisdə müzakirə olunur və yekun qərarın təsdiqlənməsi gözlənilir. Azərbaycanda kütləvi şəkildə boşanmaların olması, o cümlədən ailələri

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel