"Koronavirusdan qorunmaq üçün nələrə diqqət etməliyik?"-Baş infeksionistlə MÜSAHİBƏ

"Koronavirusdan qorunmaq üçün nələrə diqqət etməliyik?"-Baş infeksionistlə MÜSAHİBƏAzərbaycanın baş infeksionisti Cəlal İsayevin koronavirusun yayılması ilə bağlı Sonxeber.az-a müsahibəsi:

-Dünyanı cənginə almış təhlükəli koronavirus xəstəliyi ilə əlaqədar İranda 12 nəfərin öldüyü, 47 nəfərin də infeksiyaya yoluxduğu bildirilir. İran İslam Respublikasının məsafə baxımından yaxılığını nəzərə alsaq, xəstəlik ölkəmiz üçün nə qədər təhlükə doğurur?

-İranda belə xəstəliyin yayılması təbii ki, bizim ölkəmiz üçün xoş xəbər deyil. Çünki, həmin ölkə ilə bizim əlaqələrimiz var. Bunu nəzərə alsaq, Azərbaycanda xəstəliyin yayılma ehtimalı yox deyil. Bununla bağlı tədbirlər sistemi işlənib hazırlanır. Bilirsiniz ki, İran İslam Respubllikası ilə sərhəddə yerləşən Biləsuvar sərhəd-keçid məntəqəsi bağlanıb. Astara sərhəd-keçid məntəqəsində də insanların gediş- gəlişinə məhdudiyyətlər qoyulub. Gömrük Komitəsi, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, yəni Təbib gücləndirilmiş iş rejimində səhiyyə tədbirləri aparır. Hər halda insanlara məsləhətim budur ki, xəstəliyin yayılma dövründə İrana getməkdən çəkinsinlər. Yaxşı olar ki, getməsinlər. Əgər getməyə məcburdurlarsa, qidalanmalarına fikir versinlər. Sanitar- texniki qaydalardan keçməyən ərzaqlardan istifadə etməsinlər.

- Koronavirusun yayıldığı ölkə, yəni Çində maskalar fəqrlidir. Hazırda profilaktik tədbir kimi həmin maskalardan istifadə edilir. Bizdə hansı maskalarda istifadə edilməlidir?

- Adi maskalardan da istifadə etmək olar. Həmin maska olsun, ya adi maska, elə də fərq etmir. Həmin maska yoxdursa, adi maskadan istifadə etmək olar.

-Belə maskalar xəstəliyin qarşısını almaq üçün nə dərəcədə effektlidir?

- Əlbəttə müəyyən qədər effekt var. Yaxşı olar ki, elə maskaları xəstələr istifadə etsinlər. Çünki, bizim ölkəmizdə hələki belə xəstəlik hadisəsi qeydə alınmayıb.

- Hazırda Azərbaycan səhiyyəsində xəstəlik əleyhinə profilaktik tədbir kimi hansı dərmanlar mövcuddur və tədbirlər görülür?

-Virus əleyhinə profilaktik tədbir kimi istifadə edilən dərman yoxdur. Sadəcə orqanizmin müqavimətinin yüksəldilməsinə yönəlmiş tədbirlərin görülməsi lazımdır. İnsanlar normal qidalanmalı, zərərli adətlərdən çəkinməli, yorulmamalıdırlar. Orqanizmin zəifləməməsi üçün gərgin işlərdən qaçınılmalıdır. Yaxşı olar ki, İrana gedən insanlar su içmək istədikdə qablaşdırılmış sudan istifadə etsinlər, insanların çox toplaşdığı yerlərdə olmasınlar. Xəstə insanlarla təmasdan qaçsınlar. Əllərini tez- tez yumaqla müntəzəm gigiyena qaydalarına riayət etsinlər.

- Şəxs əgər belə bir halla qarşılaşarsa, ilkin tibbi yardım kimi necə hərəkət etməlidir? Birbaşa həkimə müraciət etməlidir yoxsa…?

- Əgər şübhəli şəxs varsa, onsuz da həmin şəxs Gömrük sərhəd-keçid məntəqəsindən keçəndə aşkarlanacaq. Elə həmin anda da xəstəxanaya yerləşdirilib, müşahidə altında saxlanılacaq. Qeyd edim ki, elə xəstələrdə özlərinin yoluxması ilə bağlı şübhələr əvvəldən mövcud olur.

-Dezinfeksiya etmək üçün hansı xüsusi məhlullardan istifadə edilməlidir?

-Viruslar dezinfeksiyaedicilərə qarşı son dərəcədə həssasdır. Adi dezinfeksiya edən vasitələrdən istifadə edilə bilər. 50 faizli spirt, xloramin məhlulu, başqa dezinfesksiyaedicilər virusları tələf edir. Bu viruslar xarici mühit təsirlərinə son dərəcədə davamsızdırlar, 37 dərəcədə 10- 15 dəqiqəyə tələf olurlar. Sıx təmasda virusun keçmə ehtimalı artır. Ona görə də insanlar kütləvi yerlərdən uzaq olmalıdırlar.

- Əgər ölkəmiz belə bir təhlükə ilə qarşılaşarsa, Azərbaycan Səhiyyəsinin bunu qarşılamağa nə qədər gücü yetər?

-Ölkəmizdə belə bir təhlükənin qarşısını almaq üçün Səhiyyə sistemi, həmçinin, digər aidiyyatı orqanlar gücləndirilmiş iş rejimində işləyirlər. Bizim xəstələri qəbul eləməyə artıq şəraiti olan palatalarımız var. Hazırda Ağciyər Xəstəlikləri İnstitutunda belə palatalar mövcuddur. Belə xəstələr olarsa, həmin xəstələr adı gedən xəstəxanada yerləşdirilib, müalicəsi aparılacaqdır.
Bildirim ki, koronavirusa yoluxan insanların cəmi 16 faizində ağciyərlərin zədələnməsi müşahidə olunur, 3 faizi isə tələf olur. Yəni, mövcud koronavirus keçmiş yoluxucu xəstəliklər arasında ölüm faizi ən aşağı olandır.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10786   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə

20 aprel
.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel