Virusların yayılmasında pulun da rolu var

Virusların yayılmasında pulun da rolu varYeni ilin başlaması ilə dünyanı həyəcanda saxlayan epidemik xəstəliklərin yayılmasında əldən ələ ötürülən nağd pulların da rolu var və onların təmizlik prosesinə cəlb edilməsi gündəmdədir. Sonxeber.az-ın məlumatına görə, Mastercard-ın rəhbərliyi ilə Oxford Universitetinin alimləri tərəfindən Avropanın 15 ölkəsində aparılan araşdırma nəticəsində nağd pulların üzərində yaşayan bakteriyalar aşkara çıxarılıb. Elmi sınaqlar pul əskinaslarının üzərində 26 mindən çox bakteriyanın olduğunu sübuta yetirib. Onların arasında tənəffüs və sidik yollarına infeksiyaya səbəb olan bakteriyalar da var.

Cüzdanınızda neçə min bakteriyanın yaşadığını bilirsinizmi?
Son zamanlar epidemik xəstəliklərin bütün dünyada narahatlıq yaratması, həmçinin virus, mikrob və bakteriyaların yayılmasında nağd pulun rolunun gündəmə gəlməsi ilə bəzi ölkələr nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi prosesinə başlayıb. 2013-cü ildə Mastercard və Oxford Universiteti tərəfindən həyata keçirilən araşdırmada isə Avropadakı ortalama bir əskinasın üzərində sağlamlığa zərər vermə potensialına sahib 26 min bakteriyanın mövcud olduğunu aşkarlanıb. Eyni araşdırmaya görə hətta ən yeni əskinasın üzərində belə orta hesabla 2400 bakteriya var və onlar tənəffüs və sidik yollarının infeksiyasına səbəb ola bilər. ABŞ-da aparılmış müstəqil bir araşdırmaya görə isə soyuqdəymə kimi bir xəstəliyə yoluxmuş birinin toxunduğu pulda viruslar 12 gün boyunca yaşayır.
Oxford Universitetinin Mühəndislik üzrə Professoru Aym Tompson araşdırmayla bağlı deyib: "Avropalıların pulun çirkli olduğu barədə fikirləri səbəbsiz deyil. Daha öncə həyata keçirilən çalışmalar, insanlarda xəstəliyə səbəb ola bilən və zərər vermək potensiyalına sahib Klebsiella və Enterobacter kimi bakteriya növlərinin yayıldığını müəyyən edib. Belə ki, İngiltərənin Baş Tibbi İşçisi və Səhiyyə Nazirliyinin Baş Elmi Məsləhətçisi Salli Deyvis də antibiotiklərə müqavimət göstərən bakteriya növlərinin getdikcə artan bir təhlükə yaratdığını bildirib. Pul əskinaslarına çox sayda insan əlinin dəydiyini nəzərə alsaq, antibiotiklərə müqavimət göstərən bakteriya növlərinin yayılmasında pulun rolunu araşdıran bir çalışma həyata keçirilməsi məntiqli olar."
Avropanın ən vasvası xalqı Türklərdir
Avropalılar arasında nağd pulun çirkli olmasına ən çox inanan qrup Türklərdir. Türk xalqının 86 faizi nağd pulun gigiyenik olmadığını düşünür, 40 faizi isə pula toxunduqdan sonra mütləq şəkildə əllərini yuyur. Bu faiz göstəricisi qadınlarda 45 faizə, yaşı 55-dən çox olanlarda isə 48 faizə çatır.
Türk xalqına görə, nağd pul ümumi tualetlər qədər çirklidir
Araşdırmaya qatılan Türk istehlakçılarının 88 faizi başqasının diş fırçasını istifadə etməyi və ümumi tualetləri "çirkli" olaraq qeyd edərkən, ikinci sırada 86 faizlə nağd pulla təmasda olmaq gəlir. Nağd pulun ardınca isə kağız dəsmal paylaşmaq, ictimai nəqliyyat vasitələri, qapı dəstəkləri, bilet kassaları və avtomat maşınlar gigiyenik olmayan obyektlər və şəraitlər olaraq adlandırılır. Pulun çirkli olmasına inam qadın istehlakçılar arasında 91 faizə çatır.
Nağd Pul Əvəzinə Kart İstifadəsi Daha Gigiyenikdir
Türk xalqının 99 faizi gigiyena şərtlərini yaxşılaşdırmaq üçün həyat tərzlərində dəyişikliklər etməyə hazır olduqlarını bildirir. Nağd pulun əvəzinə hansı alternativ ödəmə üsuluna üstünlük verəcəkləri soruşulan Türk istehlakçılar, Avropadakı digər istehlakçılardan fərqli olaraq öncəliyi təmassız kartlara verəcəklərini (66 faiz) deyir. Bununa ardınca 63 faizlə kredit kartı, 41 faizlə onlayn ödəmə və 26 faizlə mobil ödəmə gəlir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 6852   Tarix: 24 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiyada bankomatı partladıb içindəki pulları apardılar - VİDEO

Rusiyanın Omsk şəhərindəki "Sberbank"ın filiallarından birinin bankomatı partladılıb. Bu barədə RT məlumat yayıb. Hadisə zamanı bankomat partladılsa da, xəsarət alan olmayıb. Faktla bağlı "külli miqdarda oğurluğa cəhd" maddəsi ilə cinayət işi açılıb. Bildirilir ki, bankomatı partlada

17 aprel
.

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə

18 aprel
.

32 şagird toyuq ətindən zəhərləndi

32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib

19 aprel
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. -ə istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdak

18 aprel
.

Telefon yanıb sahibini öldürdü

Rusiyanın Perm şəhərində mobil telefon evdə yanğına səbəb olub. yerli KİV-ə istinadla xəbər verir ki, Raboçe-Krestyanskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində mobil telefon kortəbii alışıb. Nəticədə 72 yaşlı kişi xəsarət alıb. O, daha sonra xəstəxanada dünyasını dəyişib. "İlki

17 aprel
.

Rəsmi sənədləri saxtalaşdırma: Həkim saxta arayış düzəldib, tətilə getdi

Saxta arayış alıb tətilə gedən fizioterapevtin 15 il həbs edilməsi tələb olunub. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Belə ki, Prokurorluq 4 günlük sağlamlıq arayışı alaraq tətilə gedən 37 yaşlı fizioterapevtə 15 ilə qədər həbs cəzası istənilib. Ağır Cinayətlə

17 aprel
.

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb. Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq. Vanqanın İran v

18 aprel
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18 aprel