"Burada məsələ bir gənc insanın niyə canına qıymasıdır"-Psixoloq gündəmdəki intihardan DANIŞDI

"Burada məsələ bir gənc insanın niyə canına qıymasıdır"-Psixoloq gündəmdəki intihardan DANIŞDIXəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı Bulvarında dəhşətli hadisə baş verib.
Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb.
İlkin araşdırmalar zamanı məlum olub ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər. Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə N.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.

Məsələ ilə bağlı Psixoloq Vəfa Əkbər Sonxeber.az-a danışıb. O, bildirib ki, insanın imtahanlarda yüksək bal toplaması və yaxud hansısa bir təbəqədə olması özünə qəsd etməməsinin göstəricisi deyil, yəni emosional məsələdir:

"Bu İQ deyil, EQ səviyyəsinin göstəricisidir. Orada artıq zəif və həssas məsələlər var. Həmin vaxt o insan sadəcə öz qəlbinin və daxili aləminin səsini hayqırmaq istəyib. Burada problem bu gəncin özünü niyə dənizə atması yox, bir gənc insanın niyə canına qıymasıdır. Əgər qız orada tək olsaydı, deyərdik ki, qarşılıqsız sevgi var və sairə. Amma iki sevgilinin bu addımı atması artıq bu ailələri, orta nəsli düşündürməlidir ki, qərarlara hörmətlə yanaşmaq, övladlardan gözləntiləri həddindən artıq yüksək tutmamaq lazımdır. Söhbət o gözləntilərdən gedir ki, sırf o uşaqlar ona tabe olacaqdır. Burada məsələ o insanın özünün dənizə atmasından çox, bir gənc insanın niyə canın qıymasıdır. Bu da ondan ibarətdir ki, artıq o canının sevdiklərinin gözündə dəyərinin olmaması düşüncəsinin yaradılmasıdır. Əksər hallarda bu şəxsi ərazimizə daxil ola bilən ilkin insanlar, valideynlərimiz və bacı-qardaşlarımızdır".

Psixoloq qeyd edib ki, insan ailə problemləri yaşasa da, onların fikirləri ilə razı olmasa belə həmişə o insanlardan dəstək görmək istəyir:
"O insanların dəstəyi əslində onun sevgisinin daxili təsdiqidir. Əgər bir insan lazımlı olmadığı düşüncəsinə gətirilib çıxarılırsa, yəni sənin istəklərin önəmli deyil, əsas bizim üçün bizim istəklərimizdir və sən bizim artıq alətimizsən düşüncəsi yaradıla bilirsə, həmin insan özünün yaşam mahiyyətini itirir. Hətta, əks cins tərəfindən sevilmiş olsa belə, o yenə də mahiyyətini itirmiş zənn edir və bir növ doğmalarını cəzalandırmaq istəyir".

Psixoloq bildirib ki, bəlkə də bu birbaşa özünə qəsd etmək deyilmiş, sadəcə güvənibdir ki, yanında sevgilisi var və o xilas olunacaq:
"Nəticə etibarı ilə də bu onun canı bahasına başa gəlmiş oldu. Gənclərimiz bilməlidir ki, insan heç bir problemə görə canına qəsd etməməlidir. Bu EQ səviyyəsi zəif olan insanlardır ki, əksər hallarda emosionallıqları çoxdur. Onlar özlərinə nəzarət edə bilmir və onun qurbanına çevrilirlər. Əslində insan dəyərlərini birinci öz çevrəsində formalaşdırmalıdır. Özü üçün özü dəyərli olmalıdır. İnsan nəyin bahasına olursa olsun, çarəsiz vəziyyətdədirsə, bunun üçün mütləq şəkildə peşəkar dəstək almalıdır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8862   Tarix: 25 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021