Xocalı faciəsinin qurbanı: "Soydaşlarımızın əlləri, ayaqları kəsilmişdi, 80 meyiti bir maşına yığdım"

Xocalı faciəsinin qurbanı: "Soydaşlarımızın əlləri, ayaqları kəsilmişdi, 80 meyiti bir maşına yığdım""Xocalı faciəsindən 28 il keçib. Amma inanın ki, bizim üçün bu faciənin ağrıları hec keçmir. O uşaqların səsləri dünənki kimi qulağımdadı. Mənim böyük qardaşım həmin gecə atışmalarda həlak oldu. Onun həyat yoldaşını da ermənilər qətlə yetirdilər. Onlardan geriyə bizə beş yetim körpə qaldı. O uşaqlar bu hadisəni, həyatlarında buraxdığı izi hələ də unuda bilmirlər".

Bunu Oxu.Az-a dəhşətli faciənin qurbanlarından olan Xocalı sakini Məhərrəmov Murad Cəmil oğlu danışıb.

Onun ailəsi də bu faciənin qurbanıdır. Ailədə 5 uşaq olublar. Faciənin yaşandığı gün ailənin böyük oğlu ermənilər tərəfindən qətlə yetirilib:

"Zirzəmilərdə xəbərsiz qalan 50-dən çox adamdan xəbərimiz olmadı"

"Bu barədə danışmaq mənim üçün çox ağırdır. Xocalı qətliamından 28 il keçib. Amma o hadisələrin bizə vurduğu yaralar sağalmır. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər bizi mühasirəyə aldı. Həmin vaxt nə baş verdiyini başa düşmədik. Xocalı faciəsinə qədər də kəndləri fasilələrlə atəşə tuturdular. Hər axşam qadınlar, qocalar, uşaqları qorumaq üçün gizli zirzəmilərə yığırdıq. Amma gözləmirdik ki, həmin gecə belə hücuma keçərlər.

Əslində daha əvvəlcədən eşidirdik ki, fevralın 28-də ermənilər Xocalıya hücum edə bilər. Amma gözləmirdik. Ermənilər qadın, kişi, uşaq fərq qoymadan hər kəsi güllələdilər. Atışma başlayan kimi ilk olaraq zirzəmidə olan qadınları, uşaqları kənddən çıxarmağa çalışdıq. Biz onları çıxarıb arxa yol ilə aparmaq istəyirdik. Amma təəssüf ki, buna nail ola bilmədik. Onlar yarı yolda ermənilər tərəfindən qətlə yetirildilər".

Müsahibim deyir ki, Ağdam-Şuşa yolunun yaxınlığında qurulan pusquda böyük qardaşını itirib:

"Qardaşım beş uşağını bizə tapşırdı və güllə qarşısına çıxdı"

"Bir gün əvvəl anamgili, qardaşımın uşaqlarını Ağdama aparmışdıq. Onlar həmin gecə kənddə deyildi. Biz əvvəl Xankəndində yaşamışıq. Oradan Şuşaya, daha sonra da Xocalıya gəlmişdik. Həmin gecə döyüşlərdə qardaşım Vaqif Məhərrəmov və onun həyat yoldaşı həlak oldular. O biri qardaşım isə 8 güllə yarası alaraq ağır yaralandı. O vaxt subay idim. Böyük qardaşıma yalvardım ki, özünü qoru, uşaqların var. O məni eşitmədi. Onun beş yadigarını bacımla mən böyütmüşük. Bacım qardaşımın uşaqlarına analıq edib".

Murad Məhhərəmov deyir ki, öldürülən soydaşlarımızın meyitlərini maşına yığanlardan biri də o olub:

"Meyitlərin əlləri, ayaqları kəsilmiş, qan içində idi. 80 meyiti bir maşına yığmışdıq"

"İnsanlar gözlərimin qarşısında işgəncələrlə öldürüldü. Onlar qışqıraraq qaçmağa çalışırdılar. Körpələri qorumaq üçün böyüklər özlərini güllə qabağına sipər edirdilər. 50-yə yaxın soydaşımız elə zirzəmilərdə qaldı, onların aqibətindən xəbərimiz olmadı. Neçə ailə evin içərisində diri-diri yandırıldı. Evlərə raket atırdılar. O gecə barədə danışmaq, yaşadıqlarımızı təsvir etmək çox çətindir. Həmin ərəfədə mən Cəfər Təpəsi deyilən postda idim. Hər kəs insanların kənddən çıxarılması üçün çalışırdı. Lakin buna nail ola bilmədik".

"O biri qardaşım 8 güllə yarası aldı. Anam və atam bu ağır dərdə dayana bilməyib vəfat etdilər"

Xocalı faciəsinin ağır yükü çox keçmir ki, onun valideynlərini də əlindən alır:

"Anam və atam həmin gün kənddə deyildilər. Amma qardaşımın, qohumlarımızın faciəli ölümləri onları o qədər sarsıtmışdı ki, bu dərdə dözə bilmədilər. Hadisədən qısa bir zaman sonra onlar vəfat etdilər.

Mən və qardaşım ağır yaralandıq. Bu gün də həmin yaralar bizə o gecənin dəhşətini xatırladır. Elə ailələr var idi ki, ölən yaxınlarının meyitlərini belə oradan götürə bilmədilər. Arzu edirəm ki, topraqlarımızı geri qaytaraq. Azərbaycan bir daha belə acı tarix yaşamasın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1113   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel