"Anam nəfəsi ilə donmuş bacımı isidirdi"- Xocalı faciəsinin şahidi

"Anam nəfəsi ilə donmuş bacımı isidirdi"- Xocalı faciəsinin şahidiXocalı soyqırımından 28 il ötür. Xocalı faciəsi Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərini işğal edərkən yerli əhaliyə qarşı törədilən soyqırımdır. Ermənilərin Xocalıda törətdiyi soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı faciəsi ilə bağlı Sonxeber.az-a danışan Xocalı faciəsinin canlı şahidi Aynur Abışova həmin günü gözyaşları ilə xatırladığını söyləyib: "Bu gün Xocalı soyqırımından 28 il ötür. O, dəhşətli gecəni bu günkü kimi xatırlayıram. Ermənilər Xocalıya hücum edən zaman yaşım çox az idi. Uşaq yaddaşı silinməz deyirlər. Həqiqətən də belədir. Gecə saat 11 olardı. Hamımız yatmışdıq. Birdən qapı döyüldü. Qonşumuz Yelmar dayı idi. Həmin gecə əmimgil bizdə qalmışdı. Qapını əmim açdı. Yelamar dayı əmimə dedi ki, ermənilər şəhəri mühasirəyə alıb. Hamı zirzəmidədir: "Uşaqları oyadıb bizim zirzəmiyə gəlin". Əmim hamını oyatdı. Anam bizi tez-tələsik geyindirib, zirzəmiyə apardı. 1 gün qonşunun zirzəmisində qaldıq. Atəş səsləri kəsmirdi. Bu atəş səsləri şəhərdə tez-tez eşidilirdi. Amma həmin günü fərqli idi. Biz zərzəmidə olanda ermənilər şəhərə girib qarət edir, qızları, gəlinləri öldürür, əsir aparırdılar. Səhərə yaxın bizə xəbər verdilər ki, ermənilər Xocalını işğal edib, camaatı qırırlar. Biz zirzəmidən çıxıb 5 mərtəbə deyilən yerə getdik. O bina hələ istifadəyə verilməmişdi. Ermənilər biləndəki insanlar var, binanı mühasirəyə aldılar. Bir gün döyüş getdi. Bizim döyüşçülər binanın 5-ci mərtəbəsində düşmənə qarşı vuruşurdu. Bir hadisə yaddımdan hələ də çıxmır. Bir nəfər döyüşçü bizim yanımıza düşüb, gəldi. Bizə dedi ki, ermənilər binaya girsə, əsir düşməyin deyə hamınızı özüm öldürəcəm. Əmim o binada yaralandı. Əmim oğlu düşmən gülləsinə tuş gələrək şəhid oldu. Axşama yaxın güllə səsi kəsildi. Ermənilərin gülləsi bitdiyinə görə kömək çağırmağa getmişdilər. Həmin an binanı tərk edib, meşəyə doğru getdik. Qar elə yağmışdı ki, yerimək mümükün deyildi. Biz bir dəstə meşəyə daxil olduq. Arxada qalanı heç kim gözləmirdi. Böyük bacımın 9 yaşı var idi. Balaca bacım isə bir yaşında idi. Anam ayaqqabılarımızı çıxartdı ki, camaatla ayaqlaşaq. 3 gün meşə ilə yol getdik. Qarqar adlanan çay var idi. O çayı ayaqyalın keçdiyimizə görə ayaqlarımız donmuşdu. Ayağım elə donmuşdu ki, elə bilirdim ki, ayağımda ayaqqabı var. Böyük bacım təmiz donmuşdu. Anam onu nəfəsi ilə isidirdi. Meyitlərin əlindən yerimək olmurdu. Ananın gözü önündə balası güllələnir və ya donub ölürdü. Uşaq olduğumuza görə nə baş verdiyini anlamırdıq. 3 gün ac, susuz, başaçıq şəkildə yol getdik. Balaca bacım acmışdı. "Çörək istəyirəm" deyə ağlayırdı. Anam qarı götürüb bacıma verdi. Bacım isə mən çörək istəyirəm deyib, qarı tulladı. Bunları xatırlamaq bu gün mənim üçün çox ağırdı. Anam əynindəki paltarı çıxarıb ayaqlarımıza sarıyırdı. Bir az yol getdikdən sonra cırılıb ayağımızdan çıxırdı. Düşmən gülləni yağış kimi yağdırırdı. Kimin sağ qalaması Allahın qismətinə qalmışdı. Anam bizi çox çətinliklə xilas edə bildi. Biz 3 gündən sonra Ağdama gəlib çıxdıq. Ağdam camaatı meşələrə səpələnmişdi. İnsanlara kömək edirdilər. Onlar bizə kömək edib, meşədən çıxardılar. Allah birdə bizim ölkəyə belə bir gün qismət etməsin".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3785   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

25 aprel