"Bakıda vəzifə uğrunda gedən siyasi mübarizə Qarabağda milləti düşmənin qarşısında tək qoydu"- Elman Məmmədov Xocalıdan DANIŞDI

"Bakıda vəzifə uğrunda gedən siyasi mübarizə Qarabağda milləti düşmənin qarşısında tək qoydu"- Elman Məmmədov Xocalıdan DANIŞDIDeputat Elman Məmmədov Sonxeber.az-ın suallarını cavablandırıb.

-Elman Xocalı soyqırımından 28 il ötür. O dövrü necə xatırlayırsınız?

-Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı silahlı erməni quldurları, uzun müddət dünyanın müxtəlif ölkələrdə kök salmış terror təşkilatları və onlara hər zaman havadarlıq edən Sovetlər İttifaqqına məxsus olan 366-cı motaatıcı alayın bütün şəxsi heyyəti texnikası ilə birlikdə 1992-cı ilin fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərinə hücuma keçdilər. Əlbəttə, qüvvələr qeyri-bərabər olduğu üçün və hərbi qüvvələrimizin sayı yetərli qədər olmadığı üçün bir gecədə Xocalını yandırıb, dağıdıb, işğal etdilər. Qeyd edim ki, o dövrdə Xocalının müdafiəçiləri xocalılardan və Bakıdan gəlmiş 21 könüllüdən ibarət idi. O könüllülərdən 16-sı döyüşdə iştirak edirdi. Həmin hadisə nəticəsində Xocalıda yaşayan insanlara qarşı soyqırım törətdilər. Bir neçə saat ərzində Xocalının 613 dinc sakini ermənilər tərəfindən qətlə yetirildi. Onların heç biri hərbiçi deyildi. Sadəcə Xocalının mülki sakinləri idi. 63 körpə balamız, 106 qadın, 70-dən çox yaşlı insanımız şəhid oldu. Şəhidlərimizin üzərində erməni vəhşiləri vandalizm hərəkətləri edib, meyitlərdən də heyif çıxdılar. Bir sözlə, ermənilər həmin gün insanlığa yaraşmayan vəhşiliklər törətdilər. Bu təkcə xocalılara deyil, bütün Azərbaycan-türk xalqına və bəşəriətə qarşı amansılıqla törədilən soyqırım idi. Xocalı soyqırımının törədilməsindən 28 il keçir. 28 il ərzində Xocalı soyqırımın tanıdılması üçün ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən bu günə kimi xeyli işlər görülüb. Bu işlər arasında cənab prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusi vurğulamaq istərdim. Xocalı soyqırımın bütün dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın keçirdiyi "Xocalıya ədalət" kampaniyasının xüsusi rolu var. Həmçinin Milli Məclis, Xarici İşlər nazirliyi və dünyanın bir çox ölkəsində mövcud olan diaspor təşkilatlarımız, səfirliklərimiz, konsulluqlarımız tərəfindən də müəyyən işlər görülür. Onların fəaliyyətləri getdikcə genişlənir. Fevralın 22-də 2-ci Avropa Qarabağ mitinqi keçirildi. Bu mitinq də Xocalı soyqırımın 28 illiyinə həsr edilmişdi. Məqsəd Xocalı soyqırımını daha da tanıdılması və geniş auditoriyaya çatdırmaq idi. Düzdür, elədiklərimiz kifayyət deyil. Biz erməni vəhşiliyini dünyaya çatdırmaq üçün hələ çox işlər görməliyik. Cənab prezidentimiz hər zaman beynəlxalq aləmdə keçirilən tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağ və Xocalı soyqırımı məsələsinə toxunaraq ətraflı məlumat verir. Bir neçə gün öncə Münhen Təhlükəsizlik Konfransında cənab prezidentimiz işğalçı dövlətin baş nazirinə tutarlı cavab verdi.

-Elman bəy, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən debat zamanı Ermənistan baş naziri sabiq prezident Ayaz Müttəlibov demədiyi fikiri söyləyərək bidirdi ki, Xocalını soyqırımını ermənilər deyil, azərbaycanılar törədib.

-Görün ermənilər nə qədər tərbiyəsiz, əxlaqsız və həyasızdırlar ki, özlərinin törətdikləri cinayəti bizim üzərimizə atmaq istəyirlər. Onlar bu oyunu keçən əsrin əvvəllərində türklərin başına açmışdılar. Keçən əsrin əvvəllərində türklərə qarşı törətdikləri vəhşilikləri onlar qondarma erməni soyqırımına çevirdilər. Bir tarixi faktı qeyd etmək istəyirəm. Xocalı soyqırımından bir neçə gün keçəndən sonra, yəni martın 3-ü mənim iştirakımla Moskvada Azərbaycanın daimi nümayəndəliyində böyük mətbuat konfransı təşkil olundu. O mətbuat konfransına bütün əcnəbi jurnalistlər gəlmişdi. Eyni zamanda o mətbuat konfransında ermənilər də iştirak edirdi. Bir çox səfirliklərin nümayəndələri də orada idi. Ermənilər soyqırım törətdikdən sonra bütün dünyaya bəyan etdilər ki, öldürülənlər ermənilərdir. Erməniləri qətlə yetirən də azərbaycanlılardır. Sonradan bəlli oldu ki, Xocalıdan bir neçə gün öncə Rusiyadan və dünyanın bir çox ölkəsindən pulla xeyli sayda Xankəndinə jurnalist gətiriblər. Jurnalistlərə tapşırıq vermişdilər ki, biz neyləsək, siz yazacaqsınız ki, hücum edən və insanları öldürən azərbaycanlılardır. O jurnalistlərdən bir neçəsi bu faktı etiraf etmişdi. Jurnalistlər bildirdilər ki, bizim vicdanımız bu yalanı yazmağa imkan vermədi. Bütün bunlar tarixi faklardır. Paşinyan debatda ağzına gələni danışdı ki, guya Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov deyib ki, Xocalı soyqırımını mənim devirmək istəyənlər törədib. Cənab prezidentimiz dəqiq tarixi faktlarla bildirdi ki, Ayaz Mütəllibov sağdır, hazırda da Bakıda yaşayır. O, belə bir ifadə işlətməyib. Mən də Xocalının sakini, o vaxtki, rəhbərliyi kimi demək istəyirəm ki, Ayaz Müttəlibov elə bir söz deməyib. Amma o dövrdə Xocalı soyqırımının törədilməsində Ayaz Mütəllibovun prezident kimi kifayət qədər günahı var. Hər hansı qəzet ermənipərəst bir mövqedən nəsə yazıbsa və Ayaz Müttəlibova istinad edibsə bu düzgün deyil. Hər kəsə məlumdur ki, ermənilər Xocalıya hücum edib, orada insanlara qarşı soqırım törədiblər. Ən önəmlisi isə ermənilər vaxtıikən özlərini ifşa edən bəyanatlar, müsahibələr, açıqlamalar veriblər. Paşinyan Zori Balayanın yazdıqlarını, həmin vaxt orada iştirak edən livanlı jurnalistin yazdıqlarını açıb oxusun. Jurnalist yazır ki, biz çayı keçmək üçün meyitlərdən körpü düzəltdik. Türk qanına susayan, qatı cinayətkar Zori Balayanın yazdıqlarını oxusunlar. Erməni vandalları diri-diri 13 yaşlı türk uşağının dərsini soyub gözləyiblər ki, o neçə saata öləcək. Bundan əlavə Paşinyan Ermənistanın keçmiş prezidenti, Xocalı soyqırımı törədilən zaman komandir kimi iştirak edən və əli uşaqların, dinc sakinlərin qanına batmış Serj Sarksiyanın açıqlamalarını oxusun. Serj Sarksiyan müsahibəsi zamanı bildirmişdi ki, Xocalıya qədər azərbaycanlılar elə düşünürdü ki, biz dinc əhaliyə silah qaldırmarıq. Amma biz Xocalıda bu düşüncəni məhv etdik. Yəni, xocalıları qətlə yetirib, onlara qarşı soyqırım törətdik. Bu, ermənilərin etdikləri etiraflardır. Xocalı soyqırımından sonra azərbaycanlılardan başqa 30-a yaxın ölkənin cəmiyyətləri və jurnalistləri hadisə yerinə gedib çəkilişlər etmişdi. Həmin jurnalistlərin çəkdikləri şəkillər də erməni vandalizminin bir sübutudur. Ermənilər yalançı tarixə, əqidəyə sahib olan bir millətdir.

"Bakıda vəzifə uğrunda gedən siyasi mübarizə Qarabağda milləti düşmənin qarşısında tək qoydu"- Elman Məmmədov Xocalıdan DANIŞDI-Elman bəy, yəqinki Xocalı soyqırımı birdən-birə baş vermədi. Sizcə Xocalı soyqırımının baş verməsində o dövrdə Azərbaycanda hakimiyyətdə olan insanların da günahı varmı?

-Bəli, Xocalı soyqırımı birdən-birə baş vermədi. 1988-ci ilin fevral ayının 12-sindən Xocalı özünü müdafiə edirdi. O, dövrdə Əsgəranda ilk mitinq başladı. Fevralın 13-də Stepanakertdə keçirildi. Fevralın 12-dən xocalılar özlərinin müdafiəsinə başladı. Çünki Xocalının bütün ətrafı ermənilərə aid yaşayış məntəqələri idi. Əsgəran, Stepanakert və 20-ə yaxın erməni yaşayış məntəqələrinin içərisində Xocalı tək qalmışdı. 4 il Xocalı özünü müdafiə etdi. Ermənilərin Xocalıya ilk kütləvi hücumu 1988-ci ilin sentyabrın 18-də oldu. Bazar günü 10 mindən çox erməni Stepanakertdə meydanda qərar verdi ki, gedib Xocalını yandırıb, azərbaycanlıları oradan çıxaraq. Elə ordan Xocalı üzərinə hücuma gəldilər. Xocalılar nəyə gücləri çatırdısa ov tüfəngləri, balta, yaba, ağac və dəmir parçasını götürüb düşmənin qarşısına çıxdı. O zaman ermənilər axşam 27 meyit apardılar. Xocalılar belə qəhrəmanlıq göstərdilər. Bu barədə səhərisi gün erməni mətbuatı da yazdı. Düzdür, o zaman 6 evimizi yandırdılar, xeyli sayda yaralılarımız da oldu. Amma ölənimiz olmadı. Xocalı qadınları da kişilərimiz kimi mərdliklə döyüşdülər. Bu proses müntəzəm davam edirdi. Ağdamdan Şuşaya, Laçına gedən magistral yolu xocalılar işlədirdi. Ermənilər hər hansı maşınımızı vurub tuturdularsa, xocalılar da onlardan adam tutub dəyişdiridi. Ermənilər məcbur olub bizimlə hesablaşırdı. Ona görə də ermənilər xocalıları ortadan götürmək üçün qarşılarına məqsəd qoydular. 4 il ərzində biz respublika rəhbərliyinə vəziyyətimizi bildirirdik. Rəhbərlik hərdən gəlirdi. 4 ilin son 4 ayı yəni 1991-ci ilin noyabrın 1-dən Xocalı tam mühasirədə yaşadı. Bu müddət ərzində Xocalının rəhbəri kimi mən, ətrafımda olanlar, uşaqlar, qadınlar, ziyalılarımız, ağsaqqallar dəfələrlə respublika rəhbərliyinə müraciətlər göndərdik. Bildirirdik ki, təhlükə altındayıq, bizi xilas etmək üçün tədbirlər görün. Mən müxtəlif yollarla Ali Sovetin iclaslarına girib, öz sözümü deyirdim. Tələb edirdim ki, bizə kömək etsinlər. 4 ay bu proses davam etdi. Çoxsaylı telefon danışıqları oldu. Ağdamda olan respublika qərargahına gündə 8-10 dəfə zəng olunurdu. Danışan tək mən deyildim. Xocalı sakinləri də zəng edib, kömək istəyirdi. Bizə niyə kömək gəlmədi? Səbəb o dövrdə hakimiyyət uğrunda gedən qızğın mübarizə idi. Buna mübarizə demək olmazdı. Açıq-aydın müharibə, boğuşma gedirdi. Torpaq, millət yaddan çıxmışdı. Vəzifə uğrunda qırğın gedirdi. Bakıda vəzifə uğrunda gedən siyasi mübarizə Qarabağda milləti düşmənin qarşısında tək qoydu. Tək yalvaran biz deyildik. Dağlıq Qarabağda olan bütün kəndlərdə də vəziyyət eyni idi. Ermənilər Cəmilini yandırıb insanları oradan çıxardılar. Dekabrda gecə ilə Meşəlidə 27 nəfəri öldürüb, bütün kəndi yandırdılar. Yanvarda Daşaltı əməliyyatı baş verdi. Azərbaycan oğulları orada mühasirəyə alınıb öldürüldü. Ermənilər uzun müddət mühasirədə qalan Xocavənd rayonunun Qaradağlı kəndində fevralın 17-də bir neçə saat ərzində 100 nəfərə yaxın insanı öldürüb, onlarla insanı da əsir götürdülər. Bunlar xəbərdarlıq deyildimi? Bu soyqırımı ermənilər öz havadarlarının köməyi ilə törətdilər. Ancaq düşmənə fürsət vermək məsələsi də oldu. Düşmən səninlə müharibə edir ki, məqsədinə çatsın. Qarşı tərəfin məqsədinə çatmaması üçün müdafiə olunmaq lazımdır. Xocalı tək qalıb, bütün azərbaycanlılardan kömək gözləyirdi. Kömək edən yox idi. 4 ay idi ki, yollar bağlı idi. Şəhərin əhalisi pis gündə yaşayırdı. Elektrik enerjisi, qaz təchizatı, dərmanlar, lazımi həkimlər yox idi. Yaralı sakinlər təcili əməliyyat olunmalı idi. Ərzaq çatmırdı. Son 3 gündə mən çörək bişirmə zavodunun rəhbərini çağırıb soruşdum ki, nə qədər unumuz qalıb? Tapşırıq verdim ki, qapı-qapı gəzib qalan unu kilo-kilo insanlara paylasınlar ki, insanlar acından ölməsinlər. Respublika rəhbərliyi bunu bilmirdimi? Əlbəttə məlumatları var idi. Vətəninə, xalqına cavabdeh olan prezident və onun komandası hər şeydən xəbərdar idi. Ancaq bizə köməyə gələn olmadı. Əvəzində son 10-15 gündə bizə deyirdilər ki, möhkəm olun. Bu gün və yaxud da ən geci sabah gəlirik. Bu sabahlar bir-birini əvəz edirdi. Niyə gəlmədiklərini də soruşanda əməliyyatlarının pozulduğunu söyləyirdilər. Guya yeni əməliyyat hazırlayıb, gələcəklər. Sonuncu dəfə fevralın 24-də o vaxt yüksək vəzifədə təmsil olunan şəxs mənimlə telefonda danışıb bildirdi ki, Ağdama gəlmişəm. Sabah çayımızı Xocalıda içəcəyik. Camaat bayram etdi. Hamı sevinirdi ki, sabah onları xilas edəcəklər. Ancaq sabahkı gün Xocalının son günü oldu.

-Xocalı soyqırımına beynəlxalq aləmdə verilən dəyər sizi qane edirmi?

- Təəssüf ki, bu gün beynəlxalq hüququn heç bir gücü yoxdur. Əksinə, gücün beynəlxalq hüququ var. Dünya qayda-qanunlarla, beynəlxalq hüquqla deyil, zorla, güclə idarə olunur. Söz sahibi olan bir neçə büyük dövlətlər var. Onlara sərf edəndə istənilən qətnaməni qəbul edir və mürəkkəb qurumadan onu icra edirlər. BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı 4 qətnaməsi var. 27 ildir ki, bu qətnamələr icra olunmur. Onlar Ermənistanı torpaqlarımızı azad etməyə məcbur edə bilərlər. Sadəcə o qətnamələrin icrası böyük güclərin marağında deyil. Böyük güclər bu gün ATƏT-in Minsk Qrupunda da təmsil olunurlar. Dağlıq Qarabağ münaqişəsininn həll etmək məsuliyyəti onlara verilib. ATƏT-in Minsk Qurupunda təmsil olunan hər üç ölkə bilir ki, Azərbaycan işğala məruz qalıb, Ermənistan təcavüzkar, işğalçı dövlətdir. Həmin dövlətlər bizə sözdə bildirirlər ki, guya bizim yanımızdadırlar, ərazi bütövlüyümüzü də tanıyırlar. Ancaq əməldə işğalçı Ermənistanı müdafiə edilər. BMT və həmin Minsk dövlətlərdən də sual olunur ki, belə qan tökülməsinin əlehinə idinizsə niyə 1992-ci ildə bu cür soyqırımın baş verməsinə imkan verdiniz?Biz o zaman gücsüz idik. Dövlətçiliyimiz yox idi. Bəs onda niyə araya girib işğalçını dayandırmırdınız?Amma bu gün bizim qarşımıza problemin sülh yolla həll edilməsini şərt qoyurlar. Çünki bu gün onların qarşısında güclü Azərbaycan və düşməni darmadağın edən ordumuz var. Qorxurlar ki, ordumuz qədim İrəvan xanlığını da erməni işğalından azad etsin. Ona görə də onlar tutuquşu kimi ağız-ağıza verib deyirlər ki, müharibə etmək olmaz. Təbii ki, bu danışıqlar ermənilərə və həmin minsk dövlətilərinə xeyir edir. Amma bu danışıqlar Azərbaycan tərəfə ziyan vurur. Çünki doğulduğum, yaşadığım ev, əzizlərimin qəbirləri erməni tapdağı altındadır. Böyük güclər təəssüf ki, bu cür məsələlərə ədalətsiz mövqe göstərirlər. Görün onlar Yaxın Şərqdə nə oyunlar çıxarırlar. Sanki müsəlman dövlətlər onlar üçün poliqon, siyasi laboratoriyadır. Müsəlman ölkələrində onlar aralarındakı münasibətləri aydınlaşdırırlar. Cənubi Qafqazada da həmin dövlətlərin maraqları toqquşur. Ona görə də çox vaxt işğalçını müdafiə edirlər. Amerikanın 14-dən çox ştatı və 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb. Bir neçə beynəlxalq qurum ermənilərin törətdikləri vəhşilikləri təsdiq edir. Belə olan halda niyə bu 28 ildə Ermənistana qarşı hər hansı bir sanksiya tədbiq edib, onu cəzalandırmırlar.

-Bu il Donald Tramp Xocalı soyqırımını tanıyacaqmı?

- Məncə Donald Tramp yenə də soyqırım ifadəsini işlətməyəcək.

Aysel Yusifqızı
Foto: Leyla Mustafazadə
"Bakıda vəzifə uğrunda gedən siyasi mübarizə Qarabağda milləti düşmənin qarşısında tək qoydu"- Elman Məmmədov Xocalıdan DANIŞDI"Bakıda vəzifə uğrunda gedən siyasi mübarizə Qarabağda milləti düşmənin qarşısında tək qoydu"- Elman Məmmədov Xocalıdan DANIŞDI


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2468   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı

Bakıda uşaq evində intihara cəhd olub. -ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən 3 saylı uşaq evində qeydə alınıb. Orada qalan 16 yaşlı M.A. (ad şərtidir) qollarını doğrayıb. Uşaq evinin rəhbərliyi dərhal qıza ilkin tibbi yardım göstərib, sonra həki

16 aprel
.

Milyarder Fərhad Əhmədovun şirkəti yenə cərimələndi

Teymur Əhmədov adına "AzNar" QSC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 462.1-ci (Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icr

16 aprel
.

Doğma qızına 18+ videolar göstərirmiş...

Azərbaycanda daha bir dəhşətli cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 14 yaşına çatmamış öz doğma qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 1971-ci il təvəllüdlü Samir Məmmədova (ad-soya

15 aprel
.

Tanınmış həkim telefon nömrəsini satışa çıxardı - 26 min manat

Bakıda 2600 manata telefon nömrəsi satılır. xəbər verir ki, bu haqda saytında elan yerləşdirilib. Sosial şəbəkələrdə nömrənin qiyməti müzakirələrə səbəb olub. Araşdırmamız zamanı məlum olub ki, nömrənin sahibi tanınmış dermatoveneroloq-kosmetoloq Diana Məmmədovadır

16 aprel
.

Azərbaycanda baş redaktor və müxbir həbs edildi

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, " internet saytının baş redaktoru Ramin Qurbanov, özünü qəzetlərdən birinin müxbiri kimi təqdim edən Xəyyam Qurbanlı Daxili İşlər Nazirliyinə vətəndaşlardan daxil olan çoxsayl

16 aprel
.

Qazaxın 7 kəndi və Kərki Azərbaycana nə zaman qaytarılır? - AÇIQLAMA

Bu gün Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində Qazaxın 7 kəndi və Kərkinin qaytarılması vacib məsələlərdən biridir. Bu gün hər kəsi maraqlandıran sual Qazaxın 7 kəndi və Kərki nə zaman qaytarılacağıdır. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildiri

16 aprel
.

Gəncədə 37 yaşlı kişi itkin düşdü

Gəncədə 37 yaşlı kişi itkin düşüb. xəbər verir ki, bu barədə APA-ya onun ailə üzləri məlumat verib. Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusda

16 aprel
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən 48 saylı yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması və saat 09:30-dan Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılmas

15 aprel
.

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfə

16 aprel