Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bəyanat yayıb.
Bu barədə Türkiyə XİN-in rəsmi saytında qeyd olunub.
Bəyanatda Türkiyənin Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını qınadığı açıqlanıb:
"Ermənistan tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycana məxsus Dağlıq Qarabağın Xocalı şəhərində baş verən hücumda 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla, 613 günahsız şəxs qətlə yetirilib. 1000 nəfərdən çox insan Ermənistan qüvvələri tərəfindən əsir alınıb. İtkin düşən şəxslərin vəziyyəti bu günə qədər məlum deyil".
Açıqlamada bu, insanlıqdan kənar hadisə olaraq qiymətləndirilib:
"Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, öz ölkələrində köçkün olaraq yaşamaqdadırlar. Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu soyqırımını və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını şiddətlə qınayırıq".
"Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları soyqırımının acısını dərindən paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına bir daha başsağlığı veririk", - deyə açıqlamada bildirilib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1134 Tarix: 26 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşFransa NATO-dan çıxacaq?
Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind
29 martKişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb
Vyetnamda bir kişinin mədəsindən 30 santimetrlik diri ilan balığı çıxarılıb. xarici mediaya istinadən xəbər verir ki, Vyetnamda bir kişi şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin apardığı müayinələr nəticəsində kişinin qarnında ilan balığı olduğu müəyyən edilib. Əməliyya
27 martBu ölkədə meymunlar şəhəri işğal etdi, əməliyyat keçirildi
Taylandda meymunlar şəhəri "işğal" edib. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Taylandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhərə enməsi xaos yaradıb. Vəziyyət o həddə çatıb ki, meymunlar yemək tapmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanları
28 martBayden Putini yenə "qəssab" adlandırdı
ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini növbəti dəfə təhqir edərək yenə "qəssab" adlandırıb. "Qafqazinfo" "Kommersant"a istinadən xəbər verir ki, Bayden bu barədə Şimali Karolinada seçicilər qarşısında çıxış edərkən danışıb. O, çıxışında varlı vətəndaşla
27 mart"Crocus" terrorçuları barədə YENİ FAKTLAR: Bir ay əvvəl...
Moskvada "Crocus City Hall" konsert zalında terror aktını törədənlərin məskunlaşdığı yataqxana bağlanıb. -in xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Təqsirləndirilən şəxslər dindirilmə zamanı etiraf ediblər ki, onlar paytaxtın şimalında yerləşən bu binada terror aktında
27 martDilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı
Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara
28 martKakaonun qiyməti rekord vurdu
Kakao dənələrinin birja qiymətləri ticarət tarixində ilk dəfə olaraq bir ton üçün 10 min dolları ötüb. Gün ərzində Qitələrarası Birjada (ICE) bir ton kakaonun qiyməti 10 080 dollara çatıb. Bu növ məhsulun qiymət artımı illik müqayisədə 134% olub. Mütəxəssislər hesab edirlər ki, qiymət dinamikasını dünyanı
27 martPEGIDA lideri Qurani-Kərimi yerdə sürüdü
Hollandiyada irqçi PEGIDA qrupunun lideri Edvin Vaqensveld Qurani-Kərimə qarşı çirkin hücum həyata keçirib. xarici çediaya istinadən xəbər verir ki, o, Qurani-Kərimə zəncir taxaraq yerdə sürüyüb. Hadisə Hollandiyanın Arnhem şəhərində "Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı" (PEGIDA
28 mart