"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏ

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏSosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun Sonxeber.az-a müsahibəsi:

-Söhbətimizə Azərbaycan-Ermənistan münasibətərinin son bir neçə ildə gedişinə nəzər salmaqla başlamaq istərdim.

-ATƏT-in Minsk qrupu danışıqlarda vasitəçi kimi bu münaqişənin həll olunması istiqamətində öz fəliyyətini göstərir, amma adıgedən qrupun regionlara səfəri və görüşləri təəssüflə qeyd edək ki, heç bir nəticə vermir. Tərəfləri konstruktiv dialoqlara dəvət edən vasitəçilər Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə razılaşırlar. ATƏT-in Minsk qrupunu son illər dövriyyəyə buraxdığı "substantiv danışıqlar" adlı termini var. Yəni, məntiqli danışıqlar. Burada danışıqlar zəncirvari, bir- birini ittiham və ya təkzib etmək, faktları təhlil etmək üzərində deyil, daha çox hansısa məsələlərdə hər hansı detallar razılaşdırılmaqla böyük sülhə doğru davam etdrilməsi tövsiyyə olunur. Ermənistanın daxilindəki hakimiyyət dəyişikliyi və Nikol Paşinyanın "məxməri inqilab" yolu ilə hakimiyyətə gəlməsindən sonra güman olunurdu ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən qədər pozitivllik göstərəcək. Çünki onun dırnaqarası "demokrat" imici var idi.

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏBuna görə də ondan öz xalqının rifahı üçün müəyyən konstruktiv həllə yönəlmiş variantı gözləmək olardı, lakin Nikol Paşinyanın ötən il də Xankəndinə səfəri zamanı səsləndirdiyi "Dağlıq Qarabağ Ermənistandır..." ifadəsi hər iki tərəfdə böyük polemika və müzakirələrə səbəb oldu. Bundan əlavə Aşqabadda MDB dövlət başçılarının iştirakı ilə keçirilən görüşdə Ermənistanda faşizmin dövlət siyasəti səviyyəsinə gəldiyi və faşizmin qəhrəmanlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin çıxışı oldu. Bu çıxış böyük bir rezonans doğurdu. Bundan əlavə, Prezidentin Münhendə çıxışı oldu. Bu görüş təsadüfi deyildi. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmamış bir münaqişədir. Azərbaycan BMT nin 51-ci maddəsinə görə işğal olunmuş ərazilərini geri qaytara bilər.

-Münhen görüşündə bir məqama diqqəti çəkmək istərdim. Bu görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan davamlı sülhə ehtiyac olduğunu və Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi yola ehtiyac olmadığını dilə gətirdi. Ehtiyac yaransa, torpaqlarımız uğrunda ölkəmiz üçün müharibənin qaçılmazlığını nəzərə alsaq, Paşinyan sizcə bu fikirləri nəyə əsaslanıb səsləndirdi?

-Paşinyanın bayaq qeyd etdiyim kimi, "demokrat" imici var. Bu ya kənardan elədir və yaxud da bu imici özü üçün formalaşdırmağa çalışır, lakin Ermənistanın daxili-ictimai siyasi vəziyyəti və baş verən siyası proseslərə baxanda onun heç də demokrat olmadığını açıq görürük. Ermənistanın daxilindəki bütün Kütləvi İnformasiya Vasitələri ya təzyiqlərə məruz qalır, ya da redaksiylara tapşırıqlar verilir, media azadlığı heç vəziyyətinə gətirilir. Bu gün Ermənistan rəhbərliyi kütləvi həbslər həyata keçirir.

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏ-Daxildə bu qədər çaxnaşma varkən, Paşınyanın kütləyə təsiri nədən qaynaqlanır?

- O, özünü "demokrat" kimi göstərməyə çalışır, amma biz onun təbiətini bilirik. Özünü göstərməsi bir başqa, faktiki reallıq başqadır. Paşinyan özünü sülhpərvər, münaqişənin sülhlə həll olunmasının tərəfdarı kimi təqdim edir. Azərbaycan yeri gələrsə hərbi yolla torpaqlarımızı qaytarmaq üçün müdaxilə etməkdən çəkinmir. Yenilənmiş Madrid prinsiplərində göstərilmiş məsələlər öz həllini tapmalıdır. Yəni, ərazilər boşaldılmalı, daha sonra Qarabağın statusu ilə bağlı məsələyə yenidən baxıla bilər. Ermənistan isə bu prinsiplərə əməl etmir, yəni nə əraziləri boşaldır, nə məcburi köçkünlərin köçürülməsi üçün şərait yaradır, nə də Dağlıq Qarabağın müqəddaratı ilə bağlı heç bir fikri yoxdur. Onların əsas mövqeyi məsələnin belə formada qalmasıdır. Azərbaycan tranzit imkanlarından gəlir əldə edir, ehtiyatlarını dünya bazarına çıxararaq mənfəət əldə edir, əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı islahatlar həyata keçirir. Ermənistanda isə biz bunların heç birini müşahidə etmirik. Ermənistanın ərzisinin böyük bir əksəriyyəti qapalı vəziyyətdədir. Belə bir vəziyyətdə hakimiyyətə gələn Paşinyan əvvəlcə daxili auditoriyaya hesablanmış populist çıxışlarla müəyyən reytinq qazansa da, bu gün onun bu reytinqi çox pis vəziyyətdədir.

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏ-Münhen görüşündə Paşinyan bir neçə məqam vurğuladı. Nəzərə çarpan Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun "Arqumenti i faktı" qəzetinə verdiyi müsahibə ilə bağlıdır.

- Prezident İlham Əliyev Münhendəki görüşdə bununla bağlı Paşinyana tutarlı arqumentlə cavab verdi. O, bildirdi ki, "Arqumenti i faktı" qəzetinə heç bir hüquqi və siyasi qiymət verilə bilməz. Həqiqətən də Rusiya Kütləvi İnformasiya Vasitələrində çoxsaylı erməni və ermənipərəst qüvvələr fəaliyyət göstərir. Prezident görüşdə Ayaz Mütəllibovun sağ olduğunu, Azərbaycanda yaşadığını vurğuladı. Ayaz Mütəllibov da verdiyi açıqlamada belə bir fikir ilə çıxış etmədiyini təsdiqlədi. Münhen görüşündə Paşinyanın belə bir məsələni qabartmasından onun nə qədər hiyləgər, təxribatçı olduğu, məsələni başqa məcraya yönəltmək istədiyi göründü. Azərbaycan BMT-nin üzvü olanda Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi idi. Beynəlxalq hüquq, BMT-nin qətnamələri, Avropa Şurasının, ATƏT-in münaqişəni pisləyən qətanamə və qərarları bu gün Azərbaycanın xeyrinədir.
Görüşdə Böyük Tiqrana istinad etmək ermənilərin utopik düşüncə tərzindən, beyinlərnin bu fikirlə zəbt olunmasından xəbər verir. Hadisələrin gedişindən Paşinyanı hakimiyyətə gətirən xalqın elə onu hakimiyyətdən də devirəcəyini proqnozlaşdırıram.

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏ- Xocalı soyqırımı bu gün Azərbaycan xarici siyasətinin bir istiqaməti kimi dəyərləndirilir. Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel, 2010- cu il qərarından başqa bir çox beynəlxalq təşkilatlar hüquqi çərçivədə Xocalıda mülki əhaliyə cinayətin törədilməsini fərqli şəkildə tanıyır. Fikrinizcə, Münhendəki görüşdən sonra digər beynəlxalq təşkilatlar bunu necə dəyərləndirəcək?

-Azərbaycanda hər il 26 fevral tarixi Xocalı qətliamının anım günü kimi qeyd edilir və "Ana harayı" abidəsinə yürüş təşkil olunur. Eyni zamanda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də qəbullar keçirilir. Günlə bağlı maarifləndirici-təbliğat materialları paylanılır, çəkilmiş filmlər nümayiş olunur və dünya ictimaiyyətinə bununla bağlı məlumatlar çatdırılır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fondun sayəsinə dünya ictimaiyyəti Xocalı ilə bağlı daha çox məlumatlanıblar. Bizim Xocalıda baş verən hadisələri həmin vaxtı dünyaya çatdırmaq üçün imkanlarımız yox idi. Həmin dövrdə informasiya resurslarımız kifayət qədər deyildi, Xocalıda baş verən həqiqətləri dünya gündəmində qaldırmaq, hər kəsə göstərmək imkanlarımız çox məhdud idi. Bunu bu gün biz edə bilirik.

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏ- Yaxın günlərdə Berlində azərbaycanlıların iştirakı ilə Xocalıya aid böyük bir aksiya keçirildi. Bu aksiya düşünürəm digərlərindən fərqləndi. İnsanlar daha çox aktiv idi, sanki Münhendəki çıxış onlara yeni ruh vermişdi.

-Ümimiyyətlə, dünya siyasətində heç bir hərbi savaş diplomatik uğur qazanılmadan həyata keçirilmir. Məsələn, Osmanlı tarixində elə savaşlar olub ki, diplomatik zəmində möhkəmlənmədiyi üçün hərbi müstəvidə qazanılan qələbə artıq danışıq masasında geri götürülüb, ərazilər geri qaytarılıb. Əsas məsələ diplomatiyadan keçir. Bu gün beynəlxalq münasibətlərin diktə etdiyi qaydalar bundan ibarətdir. Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və hətta mənəvi qələbəni gətirib çıxarır. Prezidentimizin Münhendəki çıxışı həm siyasi, həm də mənəvi qələbə idi.
Burda Paşinyanın çıxışını izləyən bütün siyasətçilər, analitiklər tənqid atəşinə tutdular.

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏ-Prezidentin bu yaxınlarda İtaliyaya da rəsmi səfəri təşkil olundu. İtaliya bu görüşlə Azərbaycanı rəsmi strateji tərəfdaşı elan etdi. Bu görüşlə bağlı nələri qeyd edə bilərsiniz?

-Cənab Prezidentin İtaliyaya rəsmi səfəri bir çox məsələlərlə əlamətdar oldu. Prezidentin səfərinə ikitərəfli münasibətlər kontekstində baxanda, bunu çox yüksək səviyyəli dövlət səfəri kimi qeyd edə bilərik. Çünki, cənab Prezident həm İtaliya prezidenti, həm Roma şəhərinin meri, həm Nazirlər şurasının sədri, eyni zamanda İtliyada fəaliyyət göstərən böyük maliyyə koorperasiyalarıın rəhbərləri ilə də görüşdü. Bu görüş Azərbaycan üçün böyük imkanlar açır. Çünki, İtaliya həm Avropa Birliyinin, həm NATO- nun, həm də "Böyük səkkizlik"in üzvüdür. Çoxölçülü strteji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı birgə bəyannamədə İtaliya ilə Azərbaycan arasında strateji, siyasi, iqtisadi, hərbi məsələlər qeyd olundu. Həmin bəynnaməyə görə İtaliya ilə Azərbaycan bir-birininn ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını, suverenliyini qətiyyətli şəkildə dəstəkləyir.

"Diplomatik qazanılan qələbə ardınca siyasi, iqtisadi, hərbi və mənəvi qələbəni gətirir" -Politoloqla MÜSAHİBƏ-Aparılan görüş və danışıqlar bundan sonra dünya ictimai-siyasi arenasında digər dövlətlər tərəfindən necə qiymətləndiriləcək? Avropanın ən iri, ən sözünü demiş digər hansı dövləti tam olaraq Azərbaycanın diplomatik münasibətini, çıxışını İtaliya kimi dəstəkləyəcək?

-Mənə elə gəlir ki, Münhen debatı konteksindən yanaşanda qeyd edə bilərik ki, bu xəttin davam etdirilməsi tələb olunur. Artıq Xarici İşlər nazirləri Cenevrədə ilin əvvəlində görüşüblər. Qeyd edim ki, ilin əvvəlində keçirilən görüşlər tədbirlər planının təsdiqlənməsi və ya müzakirəsi ilə bağlı olan görüşlərdir. Dövlət rəhbərləri səviyyəsində olan Münhendəki görüş artıq Azərbaycan diplomatiyasının daha inamlı olmasını deməyə gətirib çıxarır.

Dağlıq Qarabağ münaqişəsinin 3 həmsədri var: ABŞ, Fransa və Rusiya. Əslində bu dövlətlərin özlərinin maraqları bir çox məsələlərdə uzlaşmır. Dağlıq Qarabağ da həmsədr olan tərəflərin müxtəlif maraqlardan çıxış etməsinin və onların bu münaqişədə həmsədr olması Azərbycan üçün dezavantaj ola bilər. Xoşbəxtlikdən bu məsələnin həll olunmasında hər üç tərəfin mövqeyi aydındır. Madrid prinsipləri onu göstərir ki, burda işğal olunmuş ərazilər boşaldılmalı və məcburi köçkünlərin yerlərinə qayıtması üçün şərait yardılmalıdır. Ötən il silsilə görüşlər keçirildi və burada da hər hansı bir tərəf özünün vasitəçi kimi daha böyük mövqeyini irəli çəkməyə çalışdı. Mənə elə gəlir ki, Münhendəki görüşdən və İtaliya ilə imzalanan sənəddən sonra Azərbaycana baxış dəyişib.

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1601   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Xocalıda qalıqları tapılan şəhidin oğlu: "Atam bizi çıxardı, özü orada qalıb döyüşdü" - VİDEO

Xocalı soyqırımı zamanı qətlə yetirilən və bir müddət əvvəl rayon ərazisində aşkarlanan kütləvi məzarlıqda qalıqları tapılan şəhid Akif Mahmudov dəfn edilib. Mərhum Ceyranbatan qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Xocalı sakinləri iştirak ediblər

27 mart
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

28 mart
.

Müəllimlərin maaşı ARTIRILIR? - AÇIQLAMA

Repetitorların sayının artması artıq təhsil sistemində əsas problemlərdən birinə çevrilib. Valideynlərin bir çoxu deyir ki, övladını repetitor yanına göndərməsə, onun universitetə qəbul olmağı çətindir. Bu gün repetitorların sayının azaldılması istiqamətində verilən təkliflərdən biri müəllimlərin maaşlarını

28 mart
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

"Sözügedən verilişlərin vaxtının qısaldıması heç nəyi dəyişmir" - Media eksperti

Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramını, Elgiz Əkbər və Pərvanə Tahirqızının təqdimatında efirə gedən "Elgizlə izlə", . Zümrüd Bədəlovanın "Xəbər-ətər və Zaur Baxşəliyev "Bizimləsən" verilişinin yayım saatının azaldılıb. Məsələ ilə bağl

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart