Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü

Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.

Sonxeber.az xəbər verir ki, həmin gecə ermənilər tərəfindən Xocalıda girov götürülən Dürdanə Ağayeva Trend-ə xocalıların başına gətirilən dəhşətlərdən danışıb. Dürdanə xanım Xocalının fədakar və sonadək iş başında olan rabitəçilərindən olub. O deyir ki, ilk dəfə ermənilər Xocalıya 1988-ci il sentyabrın 18-də silahlı hücum etdilər:

"Həmin vaxt Xocalıda toy məclisi var idi. Ermənilər xocalıların başının toya qarışdığını zənn edib şəhərə silahlı hücum etdilər. Xocalı kişiləri onda ermənilərin layiqli cavabını verdi və onlar geri çəkildilər. Həmin vaxtdan Xocalı mühasirədə saxlanılırdı. O gündən bizim faciələrimiz başladı. 4 il blokadada yaşadıq. Amma xocalılar torpağı qoyub qaçmadı. Xocalıda kişilər ailələrini şəhərdən çıxarmaq istədilər, amma heç bir qadın həyat yoldaşını, qardaşını orda qoyub qaçmadı. Qadınlar sona qədər şəhərdə ailələrinə dəstək oldu".

D.Ağayeva deyir ki, 1992-ci il fevralın 25-də gecə Xocalının işıqları söndürülür:

"O vaxt mənim 20 yaşım var idi. Xocalıda rabitəçi işləyirdim. Gecə Xocalı qəfil atəşə tutuldu. Bildirdilər ki, artıq Xocalı aeroportu ermənilər tərəfindən alınıb. Şəhər birdən-birə atəşə tutuldu, evdən çölə çıxmaq mümkün deyildi. Biz sürünə-sürünə küçələrə axışdıq. Güllələr sel kimi yağırdı. Ayaqüstə duran adamı vururdular. Sürünə-sürünə Xocalıda körpünün altına gəldik, hamı orada idi. Oradan biz meşə ilə Ağdama tərəf getmək istədik. Meşədə qarın içində ağaclardan tuta-tuta yeriyirdik. Qoca, cavan, uşaq, bütün xocalılar meşə ilə dağı aşmağa çalışdıq. Qadın gördüm, körpə balasını boğub öldürdü ki, ermənilər səs eşidib gəlməsin. Meşədə kol-kosdan və qardan yerimək mümkün deyildi. Kiminin ayağını don vurdu, kiminin əlini. Uşaq yemək istəyirdi, ana yerdən qarı götürüb yemək adı ilə uşağa verirdi".

Faciə şahidi deyir ki, zorla meşəlikdən dağı Ağdam rayonu tərəfə aşmaq istəyəndə qarşılarını əli avtomatlı ermənilər kəsib:

"Heç kimə baxmadan, qoca, uşaq, qadın bilmədən hamını gülləbaran elədilər. Mən ayağımdan yaralandım və huşumu itirdim. Ayılanda gördüklərimdən dəhşətə gəldim. Hər yer qan, hər tərəfim meyit idi. Yanımda bir hamilə qadın uzanmışdı, zarıyırdı. Qadının qarnında körpəsini güllələmişdilər. Bizdən bir-iki metr qarşıdan səs gəldi, əmr verdilər ki, qalxın ayağa. Bizi əllərimiz boynumuzun arxasında sıraya düzüb qadınları ayrı, kişiləri ayrı apardılar. Qadınları Əsgəran rayon Polis Şöbəsinə gətirdilər. Polis şöbəsinin qarşısında erməni qadınlar bizi daşlamağa, təhqir etməyə başladılar. Sonra bizi polis şöbəsinin zirzəmisinə saldılar. Qardaşım da mənimlə girov götürülmüşdü, onu məndən ayırdılar. Zirzəmidə 50-yə yaxın qadın, uşaq var idi. Qadınları təhqir edir, işgəncələr verirdilər. Bir gecə qız və qadınlara orada işgəncə verdilər".

Dürdanə Ağayeva bildirir ki, fevralın 27-də gecə qadınları benzin yanacağı ilə dəyişdilər:

"Onların yanacağı yox idi. Mən isə qapının arxasında gizləndim, qızlarla çıxmadım. Çünki anam yolda ölmüşdü, qardaşlarımdan xəbərim yox idi. Mən Azərbaycan tərəfə keçə bilməzdim. Qızları təhvil verəndən sonra məni tapdılar və qara günlərim də ondan sonra başladı. 8 gün mənə olmazın işgəncələr verdilər, buz kimi yerdə saxladılar. Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü. Karen palçıqlı ayaqqabısını ağzıma sürtüb mənə torpaq yedirtmək istəyirdi. Mənə çox dedilər ki, denən Qarabağ ermənilərindi, səni buraxacağıq, amma mən heç nə demədim və buna görə də 8 gün dəhşətli işgəncələrə məruz qaldım. Hər gün məni bir neçə dəfə döyürdülər, tələb edirdilər ki, Qarabağın ermənilərə məxsus olduğunu deyim".

Şahid qeyd edir ki, 8 gündən sonra mərhum Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə girovluqdan azad edilib:

"Əsirlikdə qadının gözü qarşısında iki oğlunun başını kəsdilər, 15 yaşlı bir oğlanın başını kəsib öldürdülər. Hamilə qadını körpəsi qarnında öldürdülər, qadının həyat yoldaşı havalandı. Tarixdə bu cür vəhşilik olmamışdı. Ermənilər bu cür vəhşilik törədiblər bizə qarşı. Gənc nəsil bu vəhşilikləri unutmamalıdır".

Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3631   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel