Ekspert: "Azərbaycan Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir"

Ekspert: "Azərbaycan Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir""Cənub Qaz Dəhlizi layihəsinin Avropa ölkələri üçün geosiyasi əhəmiyyəti böyükdür".

Bunu "Report"a Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov bildirib.

O xatırladıb ki, Cənub Qaz Dəhlizi layihəsinin yekun fazasının bitməsinə az qalmış Avropa Komissiyası rəsmiləri bu layihə vasitəsilə nəql edilən təbii qazın həcminin artırılmasında maraqlı olduqlarını dilə gətiriblər.

"Ümumilikdə, Cənub Qaz Dəhlizi layihəsi Avropa İttifaqı ölkələrinin uzun illər yürütdüyü təbii qaz idxalının diversifikasiyası siyasətinin və Xəzər dənizi hövzəsində yerləşən enerji mənbələrinə girişin əldə edilməsi istiqamətində yürütdüyü uzunmüddətli siyasətin məhsuludur. Avropa ölkələri üçün bu layihənin geosiyasi əhəmiyyəti daha böyükdür. Uzun illərdir Avropanın enerji bazarında Rusiyanın enerji mənbələrindən artan asılılığı bu ölkənin təsirinin regionda güclənməsinə gətirib çıxarıb. Hazırda Avropa ölkələrinin (əsasən Şərqi və Mərkəzi Avropa) enerji idxalının 40%-i Rusiyanın payına düşür. Bu minvalla etibarlı alternativ enerji mənbələrinin hesabına enerji ehtiyacının ödənilməsi birbaşa olaraq Aİ-nin enerji təhlükəsizliyi siyasətinin bir parçasına çevrilib", - ekspert qeyd edib.

Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov:

"Azərbaycan özünün zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi ilə Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir".

O bildirib ki, bu səbəbdən Azərbaycan özünün zəngin enerji ehtiyatları və əlverişli coğrafi mövqeyi ilə Aİ-nin enerji siyasətinin diqqət mərkəzindədir. Bundan başqa, ekspert qeyd edib ki, Xəzər dənizi vasitəsilə ölkənin Türkmənistanla həmsərhəd olması yaxın gələcəkdə bu ölkənin də təbii qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına daşınmasına imkan yaradır (Trans-Xəzər boru kəməri). O məlumat verib ki, bu məsələnin Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 28 fevralda Bakıda keçiriləcək VI görüşü çərçivəsində də müzakirəsi nəzərdə tutulub.

F.Şahbazov xatırladıb ki, "Cənubi Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin 2020-ci ildə Cənub Qaz Dəhlizi layihəsinin tam icrası üçün 181 mln. ABŞ dolları dəyərində əlavə investisiya edəcəyi gözlənilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. "Şahdəniz-2" layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunmuş Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. Cənub Qaz Dəhlizinin böyük hissəsinin icrası yekunlaşıb. Artıq 2018-ci ilin iyunun sonundan Türkiyə TANAP vasitəsilə kommersiya qazı nəql olunur. Ötən il noyabrın 30-da TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin açılışı keçirilib. Cənub Qaz Dəhlizinin sonun cu komponenti olan TAP-ın 92%-i yekunlaşıb. Bu il TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqli nəzərdə tutulur.

"Cənub Qaz Dəhlizi" QSC ölkə Prezidentinin "Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında" 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. "Cənub Qaz Dəhlizi" QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1173   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Qəbiristanlıqdan oğurluq edildi - Keçmiş məhkumlar saxlanıldı

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən metal məhəccər və dəmir borular oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri, əvvəllər məhku

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel