Xocalı şahidi ürəkləri dağladı: "Anam kürəyimizdə buz bağlayıb öldü" -FOTO

Xocalı şahidi ürəkləri dağladı: "Anam kürəyimizdə buz bağlayıb öldü" -FOTOXocalı hadisəsi elə dərin insanlıq faciəsidir ki, xatırlandıqca ürəyimizdə yeni yaralar açır.

Hadisənin canlı şahidləri sırasında Xocalı sakini Süleymanov Tofiq Yusif oğlu da olub. O vaxtı gənc yaşda olan Tofiq müəllim hadisəni belə xatırlayır:

"Həmin axsam mən orada olan canlı iştirakçı kimi deyə bilərəm ki, həmin işgəncələr gözümün önündən heç vaxt getməyəcək. Cammatın gecə ayağı yalın, başı açıq meşələrə dağılması yaddaşımdan silinməz. Hücumu planlayan erməni hərbi hissələri 25 fevral gecəsi axşamdan, hava qaralanda Xocalını mühasirəyə almışdılar. Bu zaman bizdə təşviş yarandı. Kəndin işığını kəsmişdilər. Texnikalar da işıqsız vəziyyətdə Xocalını mühasirəyə almışdırlar. Həmin gecə Xocalıya səssizlik, sükut çökmuşdu. Hamı nəsə baş verəcəyini gözləyirdi. Çünki, vəziyyət artıq çətinləşmişdi".

Hadisə şahidi bildirir ki, hərbi texnikalarla mühasirəyə alınan Xocalıda insanlar həddindən artıq təşviş içində idilər. Xocalı mühasirəyə alınsa da, qəribə o idi ki, onlar hələ atəş açmırdılar. Tofiq müəllim deyir ki, hamının qorxu içərisində nə olacağını düşündüyü bu zaman, təxminən saat gecə 11 radələrində ermənilər Xocalı aeroportunun yüksəklliyində Vedikənd deyilən ərazidə Xocalının başı üzərinə böyük bir fişəng buraxdılar. Bu onların parolu idi və bununla da hər şeyin başlanmasına işarə verdilər:

"Həmin vaxtda ermənlər tank və pulemyotlardan çox ciddi şəkildə Xocalıya hücuma keçdilər. Camaat nə edəcəyini bilmədi. Bizdə silah az idi. Çox adam ov tüfənglərindən istifadə edirdi".

Həmin vaxtı tələbə olduğunu deyən Tofiq Süleymanov 12 gün mühasirədə ac-susuz qaldığını bildirib. Ən dəhşətlisi isə, anasının donmuş meyitini qardaşı ilə birgə erməni əsirliyindən çıxarması ilə bağlıdır:

"12 gün mühasirədə qalmışam, anam orada şəhid oldu. Qardaşım anamı kürəyinə alıb Xocalı çayından keçirəndə ikisidə suyun içinə yıxıldılar. Suya batmışdı deyə, anamızı kürəyimizdə gəzdirirdik, anam kürəyimizdə buz bağlayıb öldü.
Biz onun meyitini çıxar bilmirdik. Bizə kənddən çıxmaq üçün yol vermirdilər. Haradan gedirdik, qarşımızı kəsib camaatı qırırdılar. Biz də bunu görüb qayıdıb gizlənirdik. Donmuş vəziyyətdə anamızın meyitini xilas etmək mümkün deyildi.
Anam fevralın 28-i rəhmətə getdi. İki-üç gün onun yanında qaldıq, amma onun meyitini xilas edə bilmədik. Çünki taqətsiz halda idik və heç bir köməyimiz yox idi. Biz onu kolun arasında qoyduq, öz paltomuzu çıxarıb üzərinə atdıq. Üzərini ağac şaxları ilə örtdük ki, bəlkə sonra gəlib tapa bilərik. Martın 8 -i günü xilas ola bildik. Biz kiçik dəstə olduğundan nəzərə çarpmırdıq, camaata verilən işgəncələri isə kənardan izləyə bilirdik. 12 gündə qardan başqa qidamız olmayıb".

Şəlalə Babayeva
Xocalı şahidi ürəkləri dağladı: "Anam kürəyimizdə buz bağlayıb öldü" -FOTOXocalı şahidi ürəkləri dağladı: "Anam kürəyimizdə buz bağlayıb öldü" -FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4350   Tarix: 26 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün onların peşə bayramıdır: "DTX, hüquq mühafizə orqanlarımız hər zaman terror məsələlərində çevik olublar" - Açıqlama

Azərbaycan milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürüb. Mövzu il

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Valideynlər qızlarına dişlərinə baxıb ər alırlar: Qeyri-adi bazar - ARAŞDIRMA + VİDEO

Hindistanın Madxubani şəhərində qeyri adi bazar 700 ildir ki fəaliyyət göstərir. Bazarın ilk təçkilatçısı Raca Xari Sinqx olub. Belə ki, bu bazarda meyvə tərəvəz, cürbəcür qidalar yox, kişi satılır. Daha doğrusu, qızlar öz valideynləri ilə bura gəlib özlərinə ər alırlar. Bu bizim üçün qeyri-adi və imkansı

28 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28 mart