"Biz millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq"-Şəmil Sadiq kurikulum sistemindən DANIŞDI

"Biz millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq"-Şəmil Sadiq kurikulum sistemindən DANIŞDISon vaxtlar cəmiyyətdə və KİV-də müzakirə olunan mövzulardan biri də kurikulumla bağlıdır. Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir. Bu gün dünyanın mütərəqqi təhsil modeli kimi kurikulum ölkəmizdə də uğurla tətbiq edilir.

Mövzu ilə bağlı Hədəf Liseyinin direktoru, f.ü.f.d.,dos. Şəmil Sadiq Sonxeber.az-a danışıb.
O, bildirib ki, son vaxtlar kurikulumla bağlı xeyli müzakirələr başlayıb:

"Əslində bu çox sevindirici haldır, şəxsən bir müəllim olaraq mən bundan məmnunam. Çünki tənqid olunmayacaq heç nə yoxdur, ola da bilməz. Poztiv tənqid həmişə işin xeyrinə olub. Bu cür açıq tənqidlərin olmasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür düşür. Çünki indiyə qədər təhsil mühitimizdə bu qədər demokratik şərait olmamışdı. İndi isə hər kəsə bu mövzuda öz ürək sözünü deyə bilmə imkanı yaradılıb. Əmin olun ki, 10 ildən çox bir müddətdə Kurikulum-Yeni təhsil sənədləri və fəlsəfəsi bu qədər açıq tənqid edilməmişdi. Əgər bu prosesi izləyib, doğru nəticələrə varılsa, əminəm ki, nəticə olaraq təhsilimiz qazanclı çıxar.
Bəzi müəllimlərimiz ümumilikdə təhsilin hansısa bir yönündən narazılığını ifadə etməsini də kurikulum adı ilə edir və hər bir günah kurikulumun üstündə qalır. Hətta bir az dərinə varsaq, maaşın azlığından da danışanda bunu kurikulumun problemi kimi görənlər var".

Şəmil Sadiq təhsil sistemimizdə müəyyən boşluqların olduğunu da qeyd edib:
"Bu boşluqlar kadrlardan başlamış, valideynlərimizə, dərsliklərimizə, qiymətləndirməmizə, qəbul imtahanlarımıza qədər uzanır. İnanın mənə, heç bir millət təhsil mövzusunda bu qədər həssas deyil. Lakin hər bir Azərbaycanlı bu mövzuda nəsə demək həvəsindədir. Kimi dindirsən, təhsildən şikayətçidir, halbuki bu hər kəsin yox, mütəxəssislərin rəy bildirməsi ilə düzələ bilər və məhz onların fikri önəmlidir. Lakin bu hal da yaxşıdır, bir daha onu göstərir ki, biz millət olaraq övladlarımızın təhsil almasında çox maraqlıyıq. Ona görə də hər birimiz bu mövzularda həssasıq.

Əlində, Kurkikulumun mahiyyətini dərk edənlər bunun əleyhinə ola bilməzlər. Çünki işini sevən, müəllimliyini dərk edən, millətini sevən, şagirdinə və işinə bağlı olan, dəyərlərini bilən və sahib çıxan müəllim üçün heç nə dəyişmir, istər ənənəvi, istərsə də yeni təlim metodları olsun. Nə qədər çətin olsa da, təhsil daima yeniliklərə açıq olmalı və geriliyə qarşı sinə gərməlidir. Sabahımızı milli-mənəvi dəyərlərə arxa duran, cəsarətli və fədakar müəllimlərimizlə xilas edə bilərik. Hər kəsin yanğısı və etirazı başa düşüləndir".
Şəmil Sadiq cəmiyyətdə və KİV-də gedən müzakirələrdən sonra gəldiyi nəticələrdən söz açıb:
"Mənim bir müəllim, bir pedaqoq kimi bu müzakirələrdən sonra gəldiyim müəyyən qənaətlər var, ona görə də ümumiləşdirib sadalamaq istərdim:
Pedaqoji fakültələrin tələbələrinin müəllim kimi formalaşması üçün müasir standartlarla ayaqlaşan bir təhsil verilməli, tələbələrin təhsilinin son iki kursunu məktəblərdə təcrübəçi kimi formalaşmasına geniş imkanlar yaradılmalıdır. Üniversitetlərimiz məktəblər üçün yüksək bilik və bacarığa sahib kadr yetişdirməli, tədris proqramlarını kökündən yeniləməlidir.
Qiymətləndirmə siyasətinə yenidən baxılmalı, ibtidai siniflərdə ümumiyyətlə qiymətləndirməni ləğv etmək, orta təhsildə ciddi şəkildə sadələşdirmək, tam orta təhsildə buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək və formatı Kurikulumun məzmununa tam uyğunlaşdırmaq lazımdır. Qiymətləndirmədəki formalizm müəllimi sözün əsl mənasında çox yorur.

11-ci sinif şagirdi həm buraxılışda, həm də qəbul imtahanında niyə eyni fəndən iki dəfə imtahana girməlidir? Buraxılış imtahanları nə üçün aprel ayının əvvəlində olmalıdır ki, ondan sonrakı bir ay məktəblərin iş sistemi pozulsun. Olmazmı ki, elə məktəb bitəndən sonra bir imtahan verməklə, həm attestat alınsı, həm də üniversitetlərə qəbul aparılsın? Artıq mərkəzləşdirilmiş imtahan sisteminə keçilməlidir.
Məktəblərimizdə pedaqoji sütunu təşkil etməli olan metodkabinetlərin işi ciddi şəkildə nəzarətə götürülməli, o vəzifələri ciddi pedaqoji təcrübəsi və bacarığı olan şəxslər gətirilməli, məktəb direktoru qədər önəmli vəzifə hesab edilərək yetişdirilməli, metodoloji yenilikləri onların vasitəsi ilə yerlərdəki müəllimlərə çatdırmalıyıq. Çünki hazırda metodkabinetlərin sadəcə adı var və işləmir. Hər metodbirləşmə sədri hər ay müəllimlərinə təlimlər verməli, pedaqoji mühiti sağlamlaşdırmalıdır həm təlim, həm də tərbiyə baxımından.
2019-cu ildə qəbul edilmiş Təhsil qanununu əsas tutaraq Kurikulum yenidən təkmilləşdirilməli, milli-mənəvi dəyərlərə aid standartların genişləndirilməli, STEAM yanaşmaları milli kurikuluma daxil edilməli və buna cavab verən dərsliklər hazırlanmalıdır.

Tədris planlarına yenidən baxılmalı, tədris yükünü azaltmalı, şəxsiyyət yönümlü insan yetişdirmək üçün məktəb-valideyn münasibətlərini şəffaflaşdırmalı, valideynin məktəbə inamını artırmalıyıq. Bunun üçün ciddi şəkildə maarifləndirici işlər aparılmalı, bu birliyi yaratmalıyıq.
Təhsil Nazirliyi yanında İctimai Şura ictimaiyyətin fikirlərini toplayıb vahid bir sənəd kimi Təhsil Nazirliynə təqdim edərək yardım etməlidir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2944   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021