Azərbaycanda alternativ enerjidən istifadə əhali üçün sərfəli olarmı? - RƏY - VİDEOSORĞU

Azərbaycanda alternativ enerjidən istifadə əhali üçün sərfəli olarmı? - RƏY - VİDEOSORĞUBir sıra dünya ölkələri təbiətin çirklənməsinin qarşısının alınması, həm də qiymətli yanacağa qənaət edilməsi məqsədilə alternativ enerji növlərindən istifadə edirlər. Danimarka, Almaniya, Latviya, İspaniya və başqa ölkələrdə əhali ev təsərrüfatlarında, bağlarda, kənd yerlərində və digər məkanlarda alternativ enerji növlərindən istifadə edir. Ölkəmizdə isə əhalinin şəxsi istehlakı məqsədilə alternativ enerjidən istifadə etməsinə, demək olar ki, rast gəlinmir.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov "Report"a verdiyi açıqlamada bunun səbəblərini izah edib:

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov:

"Bizdə elektrik enerjisi və ya qazın dəyəri digər ölkələrə nisbətən ucuz olduğuna görə, insanların alternativ enerji mənbələrindən yararlanmağına iqtisadi baxımdan bir o qədər ehtiyac yaranmır".

"Bizim enerji daşıyıcılarımızın qiyməti ucuzdur. Bizdə elektrik enerjisi və ya qazın dəyəri digər ölkələrə nisbətən ucuz olduğuna görə insanların alternativ enerji mənbələrindən yararlanmağına iqtisadi baxımdan bir o qədər ehtiyac yaranmır. Digər tərəfdən, bizdə o avadanlıqların quraşdırılması bahadır. Vətəndaşın o qədər vəsait cəlb edib evlərinin üstündən 2-3 min manatlıq bir avadanlıq quraşdırmağa gücü çatmır. Günəş paneli, günəş kollektorları və digər qurğuların quraşdırılması adam sayından asılı olaraq 2-3 min, hətta 5 min manata qədər vəsait tələb edir. Digər ölkələrdə bu sahədə dövlətin subsidiya mexanizmləri var, ona görə də insanlar alternativ enerji qurğularını quraşdırırlar. Azərbaycanda belə bir dəstək mexanizmi olmadığına və kreditlərin qiymətinin yüksək olmasına görə insanlara belə texnologiyalara vəsait qoymaq baha başa gəlir. Buna görə də maraqlı olmur. Birinci növbədə bu istiqamətdə iqtisadi maraq yaranmalıdır. Almaniya və bəzi başqa Avropa ölkələrində vətəndaş alternativ enerji istehsal edən avadanlıq quraşdıranda hökümət ona hər kilovata görə 600-700 avro həcmində dəstək verir. Nəticədə vətəndaş avadanlığın qiymətinin 20-30%-ni ödəmiş olur. Qanunvericiliyə uyğun olaraq, insanlar özləri alternativ enerji istehsal edib dövlətə də sata bilər. Hazırda bizdə bəzi şirkətlər var ki, həm özlərinin enerji təchizatını təmin edir, həm də artıq qalan enerjini dövlətə satırlar".

"Report" alternativ enerjidən istifadə ilə bağlı paytaxt sakinlərinin münasibətini öyrənib. Sakinlərin əksəriyyəti alternativ enerjidən istifadənin təqdirəlayiq hal olduğunu, lakin bu barədə kifayət qədər maarifləndirmə işlərinin aparılmadığını bildiriblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1572   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel