"Azəriqaz": İstixanalar ayrıca sənaye qaz xətti çəkməlidir

"Azəriqaz": İstixanalar ayrıca sənaye qaz xətti çəkməlidir"İstixana sahibi gəlir əldə edən sahibkarlıq subyektidir. O, daha çox gəlir əldə etmək istəyir və çalışır ki, qaz təchizatında fasilə olmasın. Çünki istixanalar əsasən, qış aylarında daha gərgin çalışır. Böyük miqyasda fəaliyyət göstərən istixanalar özlərinin ayrıca sənaye qaz xəttini çəkməlidir".

"Report"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov "TV Müsavat"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu xətt əhali abonentlərinin xəttinin üzərində olmur: "Əgər belə olsa, onlar istədikləri həcmdə qazı ala bilməzlər. Bunların bir-birinə bağlılığı zəifdir".

C.Səfərov deyib ki, bəzi həyətlərdə, xüsusən də Bakı kəndlərində belə hallar müşahidə olunur: "Bakı kəndlərindəki həyətlərdə xırda istixanalar var və onlar da qanunsuz olaraq əhali xətlərinə birləşirlər. Bu halda artıq qaz itkisi yaranır. Misal üçün, normalda bu qaz kəməri bir küçənin 50 abonentinə xidmət etməlidir, ancaq bura 5 yerdən qanunsuz qoşulma olduqda, o halda həmin 50 abonent qazı normal təzyiqdə ala bilmir. Qanunsuz qoşulma halları çoxdur. Abonentlər qonşusunun ona veriləcək qazın qanunsuz yolla mənimsəməsindən şikayətlənirlər. Bu qoşulmalar da pərakəndə olduğu üçün kənara və havaya xeyli həcmdə qaz atılır. Bu da itirilmiş qaz olduğundan "Azəriqaz"a da sərfəli deyil".

"Azəriqaz" rəsmisi bildirib ki, qurum kəmərdə qazın təzyiqinin normal şəkildə qalmasını və qaz təchizatını tələbata uyğun doldurmaq istəsə də, bu qaz başqasına görə yoxa çıxır: "Bununla bağlı mübarizədə də zəifliyimiz var. Çünki biz təkik və insanların həyətinə baxmaq səlahiyyətimiz yoxdur, insanların mülkiyyətinə müdaxilə edə bilmərik. Bu halda müvafiq qurumlar tərəfindən "Azəriqaz"a kömək lazımdır".

"Azəriqaz" rəsmisi abonentlərə belə hallara yol verməmələri üçün müraciət edib: "Tələbimiz odur ki, bu hallara yol verməsinlər. Qaz dövlətin və xalqımızın sərvətidir və onu belə sərf etmək olmaz. Rayonlarda və bölgələrdə belə hallar daha azdır".

O xatırladıb ki, 2019-cu ildə Azərbaycanda 42 mindən çox qanunsuz qoşulma halı aşkar edilib: "Bunun 2 199-u rayonlar və bölgələr üzrə, qalanı isə Bakı kəndlərinin payına düşüb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1935   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021