"İranla bağlanan müqavilə Azərbaycanın maraqlarına cavab verir"-RƏY

"İranla bağlanan müqavilə Azərbaycanın maraqlarına cavab verir"-RƏYFevralın 26-da Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin birgə işçi qrupunun Tehran şəhərində ikinci iclası keçirilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Fuad Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iranlı həmkarları ilə hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda birgə işçi qrupun iclasının yekun protokolu imzalanıb.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, İranla Azərbaycan arasında ötən gün hərbi-texniki əməkdaşlıq müqaviləsinin bağlanması əsasən Azərbaycanın maraqlarına cavab verir:
"Çünki Ermənistanın İranla bu sahədə əməkdaşlığının qarşısını ala bilərik. Qeyd edim ki, enerji, nəqliyyat və hərbi-texniki sahədə İranın Ermənistanla əməkdaşlığı əgər inkişaf edərsə, bu ölkəmizə qarşı yönələ bilərdi. Hazırda İran Ermənistan üçün əsas nəfəslik olsa da, strateji sahələr üzrə əməkdaşlıq Azərbaycanla edilir. İranla bağlanan hərbi texniki müqavilə sadəcə bir sənəddir və bu sahədə əməkdaşlıq fonunda İranı öz hərbi sənayemizə cəlb etmək yolverilməzdir".
Politoloq qeyd edib ki, Azərbaycanın əsas hərbi-texniki trərəfdaşı İsrail və Türkiyədir:
"Bu ölkələrlərlə müştərək hərbi əməkdaşlıq və istehsal sahəmiz var. Rusiya və digər ölkələrlə sadəcə hərbi ticari əlaqələr yüksək səviyyədədir".
Politoloq qeyd edib ki, ümumiyyətlə bir sıra məsələlərə görə İran Azərbayacanın hərbi imkanlarının inkişaf etməsində maraqlı deyil:
"Eyni zamanda İranın müasir silah texnolgiyası yoxdur. Ona görədə bu ölkədən silah alınması səmərəli hesab etmək olmaz. İlk növbədə ABŞ-ın ölkəmizə qarşı mənfi siyasəti formalşa bilər".

Qeyd edim ki, bu gün İran şirkətləri işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərir və separtaçılarla sıx əlaqələri var. Silah sənayemizə İranın cəlb olunması bu sahədə sirlərin Ermənistana ötürülməsində ikinci dövləti cəlb etmiş olarıq. Rusiya ilə müəyyən səbəblərə görə silah ticarəti edirik. Rusiya bizə satdığı silahları paritet şəkildə Ermənistana pulsuz verir. Sabah bunu İranda edə bilər. Sadəcə hərbi texniki əməkdaşlıq müqaviləsini səthi şəkildə davam etdirməliyik".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3067   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA

Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl

8 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021