"ABŞ Dövlət Departamenti ilə ABŞ-dakı erməni təşkilatları arasında gizli savaş gedir"-RƏY

"ABŞ Dövlət Departamenti ilə ABŞ-dakı erməni təşkilatları arasında gizli savaş gedir"-RƏYABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. ABŞ Kongresində erməni lobbisinin çox olduğu bir zamanda Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin keçirilməsi Azərbaycan ilə ABŞ arasında olan əlaqələrin möhkəm olmasından xəbər verir.

Bu barədə politoloq Mübariz Əhmədoğlu Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, ABŞ-ın Dağlıq Qarabağ məsələsində mövqeyi artıq çoxdandır obyektivləşib və beynəlxalq hüququn dəstəklənməsi istiqamətindədir:
"Əgər Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində hansısa bir dövlətin mövqeyi obyektivdirsə, beynəlxalq hüququ dəstəkləyirsə, bu həmin dövlətin ermənilərdən, ermənipərəstlikdən uzaqlaşması və müəyyən mənada Azərbaycana yaxınlaşması deməkdir.
Doğrudan da ABŞ Kongresində Azərbaycanpərəst, eyni zamanda Türkiyəpərəst kongresmenlər var. Təbii ki, onlar həmişə Dağlıq Qarabağ və qondarma "erməni soyqırımı" məsələsində də ədalətli və obyektiv mövqedə olublar və bu indi də elədir".

Politoloq qeyd edib ki, oxucuların çox az bildiyi məlumatlardan biri də ABŞ Dövlət Departamenti ilə ABŞ-dakı erməni təşkilatları arasında müharibənin getməsidir:
"Yəni, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ məsələsi ilə bağlı yenilənmiş model prinsipləri əsasında hazırlanmış variantı dəstəkləyir. Bilirsiniz ki, həmin yenilənmiş prinsipə görə Dağlıq Qarabağ müstəqil və Ermənistanın tərkibində ola bilməz. Bir müddətdən sonra Dağlıq Qarabağ azərbaycanlıları Dağlıq Qarabağa qayıtdıqdan sonra bu əhaliyə seçim hüququ verilə bilər ki, özlərinin gələcəyini müəyyənləşdirsinlər, əlbəttə ki, Azərbaycanın tərkibində. Yəni yenilənmiş model prinsipi bundan ibarətdir. Bu prinsipin ortalığa qoyduğunu rəsmi İrəvan, Dağlıq Qarabağdakı ermənilər o cümlədən dünya erməniləri qəbul etmək istəmir və etmir. Nəhayət uzun müddətdir ki, ABŞ ermənilərinin ABŞ Dövlət Departamentinə qarşı apardığı müharibədə ABŞ Dövlət Departamentindən cavab verdi ki, biz bu yenilənmiş prinsipi dəstəkləyəcəyik və yazda da ciddi bir nəticə əldə olunmalıdır.
Bunu deməkdə məqsədim odur ki, ölkə prezidenti cənab İlham Əliyevin və Azərbaycan Diplomatiyasının Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində apardıqları səmərəli və uğurlu iş həm Xocalı soyqrımının dünyada anılmasında, həm Dağlıq Qrabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yeni-yeni irəliləyişlərin olduğunu göstərir.
Ona görə də ABŞ Kongresində bundan sonra ermənilərin nə etməsindən asılı olmayaraq, orada artıq Dağlıq Qarabağ məsələsində Azərbaycanpərəst qüvvələr getdikcə daha güclənəcək və ermənilərin zəifliyini hiss edəcəyik".

Politoloq bildirib ki, Ermənilər martın 31-də Dağlıq Qrabağda qondarma seçkilərin keçirilməsində ABŞ Konqresmenlərindən bir qrupunun iştirak etməsinə çalışırlar:
"Amma ABŞ Konqresmenləri bundan imtina etdilər. Sadəcə onlar dedilər ki, biz ora köməkçilərimizi göndərəcəyik. İndi rəsmi Bakı, şəxsən Prezident Adminstrasiyası, o cümlədən bizim Xarici İşlər Nazirliyi elə edəcəklər ki, ABŞ konqresmenlərinin heç köməkçiləri də qondarma seçkiləri izləməyə gəlməyəcək".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1964   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

Prezident Qəbələyə gedib

Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını

9 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel
.

İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Bu barədə xəbər verir

17 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel