"İqtisadiyyatımızın əsas itirəcəyi İrandan idxal olan məhsullar olacaq"-RƏY

"İqtisadiyyatımızın əsas itirəcəyi İrandan idxal olan məhsullar olacaq"-RƏYBeynəlxalq birja indeksləri 6 trln ABŞ dollarına yaxın azalıb.
Koronavirus epidemiyasının təsiri ilə yanvarın 20-dən beynəlxalq birjalarda səhmlərin ümumi bazar dəyəri 5,7 trilyon ABŞ dolları və ya 6,4% azalaraq 83,425 trilyon ABŞ dollara enib.
Bu barədə "Bloomberg" xəbər verir.

Qeyd edək ki, bu rəqəm dünyanın üçüncü böyük iqtisadiyyatı olan Yaponiyanın milli gəlirinə bərabərdir.
Bu barədə iqtisadi-ekspert Akif Nəsirli SONXEBER.AZ-a açıqlama verib. O, bildirib ki, burada təkcə beynəlxalq birja indeksləri deyil, eyni zamanda neft qiymətlərində də azalmalar müşahidə olunur:

"Azərbaycan iqtisadiyyatına beynəlxalq birjalarda azalmaların birbaşa təsiri yoxdur amma dolayı təsirləri sözssüz ki, olacaq. Həmin birjada alış-veriş qiymətləri dünya bazarında bütün ticarət dövriyyəsinə təsir edir. Yəni, Azərbaycan daxili tələbatı idxaldan asılı olan ölkədir. Bu baxımdan hesab edirəm ki, idxal mallarının qiymətinin bir qədər artmasına səbəb olacaq. Beynəlxalq aləmdə, ümumiyyətlə inkişaf etmiş ölkələrdə bu indeksin təsiri daha güclüdür. Azərbaycan dünya iqtisadiyyatından bir qədər təcrid olunmuş formadadır, yəni tam inteqrasiya etməyib. Məsələn, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) həqiqi üzvü olan ölkələrə bu təsirlər birbaşadır amma Azərbaycana isə bir qədər dolayı təsirləri var. Bir daha qeyd edirəm ki, bu idxal mallarında qiymətlərin qalxması kimi Azərbaycana təsir edəcəkdir".
İqtisadçı-Ekspert koronavirusun Azərbaycan iqtisadiyyatına təsirlərindən danışanda sərhədlərimiz ilə birbaşa təmasda olan üç əsas tərəfdaş ölkənin İran, Gürcüstan və Rusiya olduğunu qeyd etdi:

"Bildiyiniz kimi artıq beynəlxalq mediada geniş şəkildə İranda olan vəziyyətin təhlükəli olması yazılır və qeyd olunur ki, İranla sərhədləri bağlamaq lazımdır. Digər tərəfdən bu günlərdə Gürcüstanda da bu virusa yoluxmuş adamların aşkarlandığı ortaya çıxıb. Azərbaycan üçün İran birbaşa idxal ölkəsi olsa da, Gürcüstan idxalda əsasən tranzit ölkədir. Əsasən Avropadan və digər ölkələrdən gələn məhsullar Gürcüstan üzərindən bizə idxal edilir. Yəni, Gürcüstan idxalın əsas tranzit ölkəsidir. İrandan gələn məhsullara tələbatın artması ilə ölkəmizdə həmin növdən olan məhsulların qiymətinin də qalxmasına səbəb olacaq. Əgər bunun ardınca Gürcüstanda da vəziyyət gərginləşsə və sərhədlərdə məhdudiyyət qoymaq lazım gələrsə onda Azərbaycan iqtisadiyyatın da vəziyyəti gərginləşəcək. Ölkə daxilində ciddi böhran yaşanması gözləniləndir".

Ekspert bu virusun Gürcüstanda yayılması məsələsinin belə intensivləşməyəcəyini bildirib:
"Çünki bu virus öz təbii təsirləri ilə yayılmır. Bu həm də informasiya müharibəsidir. Bunu ona görə deyirəm ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə koronavirusun aşkarlandığı 128 ölkə var. 128 ölkədən yalnız həyəcanlı xəbərlər Çindən və İrandan gəlir. Çin ilə İran isə dünyanın super gücləri ilə qarşı-qarşıya duran dövlətlərdir. Məsələn bu günə qədər ötən bir il ərzində Çin ilə Amerika arasında iqtisadi müharibə gedib. Qarşılıqlı sanksiyalar ,qarşılıqlı rüsumların qaldırılması, Amerika hərbi gəmisinin Çin sərhədlərinə yaxınlaşması və onu təhdid etməsi, yəni 2019-cu il ərzində bütün bunları müşahidə etmişik. Bunun ardınca Çindən koronavirusu xəbəri eşidildi. Daha sonra nüvə proqramı məsələsində Amerika ilə İranın qarşıdurmaları var. Əvvəl razılaşmaq istədilər sonradan razılaşma pozuldu və Amrika İran ilə münaqişə vəziyyətindədir. Amerika, Avropa ilə gərginliyi olan ölkələrdə bu koronavirusu yayılır. Hesab edirəm ki, Azərbaycan üçün dünyada nəfəslik kimi sayılan Gürcüstanda bu virusun yayılması ehtimalı yoxdur. Ona görə də Azərbaycanın bir qədər iqtisadiyyatının nəfəs yolu qalacaq. Ola bilsin ki, gələcəkdə Rusiyada da bu virus yayılsın. Çünki, Rusiya da həmin qəbildən olan ölkələrdəndir. Təsnifat aparsaq Şimali Koreya, Rusiya, İran və sairə bu ölkələr dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi və siyasi baxımdan razılaşmayan, onların qaydalarına uyğun hərəkət etməyən ölkələrdir. Belə ki, həmin ölkələr hədəfdədir. Hesab edirəm ki, bizim iqtisadiyyatımızın əsas itirəcəyi İrandan idxal olan məhsullar olacaq. Həmin məhsullar bir müddət bahalaşacaq və növbəti mərhələdə başqa ölkələrdən idxal artırılacaq və kompensasiya olunacaq. Amma Amerikanın İran və Çin ilə də problemi uzun sürməyəcək. Düşünürəm ki, qarşıdakı yaxın bir neçə həftədə o ölkələr ilə də problem aradan qalxacaq.

Yəni, elan olunacaq ki, artıq koronavirusun peyvəndi var, onu müalicə etmək də mümkündür və bunun təhlükəsiz olduğu anlaşılacaq. Bu da onunla bağlıdır ki, hər iki ölkə dünya birliyinin istədiyi danışıq masası arxasında oturacaq".

Ağazadə Fəridə


Sonxeber.az
İqtisadiyyat   Baxılıb: 2174   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Türkiyə və Azərbaycan arasında Güzəştli Ticarət Sazişi imzalanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana səfəri çərçivəsində iki ölkənin iş adamlarının uzun müddətdir ki, gözlədiyi Güzəştli Ticarət Sazişi imzalanacaq.. . Sonxeber.az-ın məlumatına görə, sabah Bakıda reallaşacaq Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Yığıncağınd

24 fevral

"Azərbaycanda alternativ enerji mənbələri kifayət qədərdir"-RƏY

Bərpa olunan enerji müqavilələri Azərbaycanın maraqları çərçivəsində dəqiqləşdirilir.. Bu gün Azərbaycanda əhalinin təbii qaz istehlakı 3 milyard kubmetr təşkil edir.. Bunu Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.. Onun sözlərinə görə, ölkədə ən böyük qaz istehlakçıs

19 fevral

"Çinin dünya iqtisadiyyatından təcridi qlobal böhrana səbəb ola bilər"-RƏY

Xəbər verdiyimiz kimi Çinin Vuhan şəhərində yaranan və bütün dünyada ciddi narahatlığa səbəb olan koronavirusu Çinin dünya ölkələri ilə olan iqtisadi əlaqəsinə də çox böyük mənfi təsir göstərməkdədir. Hazırda bir çox ölkələr Çin ilə iqtisadi əlaqələrini dayandırmaqdadır. . Belə ki, Çində yaranan koronaviru

4 fevral

"Bəzi banklar normal standartlara cavab vermədiyi üçün onları sığortalamaq risklidir"-RƏY

Azərbaycan Mərkəzi Bankı əhalinin əmanətlərinin sığortalanmasının yeni modelini hazırlayır. Bu barədə dünən keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.. . Əmanətlərin sığortalanmasının hansı modelinin Azərbaycan üçün daha məqsədəuyğun olar? . Dünya praktikasında bu cü

3 fevral

"Dünya bazarında qazın qiyməti qarşıdakı aylarda o qədər də ucuzlaşa bilməz"-RƏY

"Vygon Consulting"adlı rus şirkətinin məlumatlarına görə, 2020-ci il yazın sonu - yayın əvvəlində Avropada qaz qiymətləri ən aşağı səviyyəyə enəcək və yalnız payızın sonlarında artacaq. Həm anomal isti qış, həm də Ukrayna ərazisindən tranzit qaz tədarükünün dayandırılması təhlükəsi fonund

27 yanvar

Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir - TƏHLİL

Yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.. . Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyad

21 yanvar

Dünyanın diqqəti Davosda: İclasın ilk günündə ABŞ Prezidenti çıxış etdi- VİDEO

Bu gün 50-ci Davos İqtisadi Forumu işə başlayır. Sonxeber.az Real Tv-yə istinadən xəbər verir ki, iclasın ilk günündə ABŞ Prezidenti Donald Tramp çıxış edib.. . . . 14:25. . Davos Ümumdünya İqtisadi Forumu təkcə 50 illik yubileyini keçirdiyinə görə spesifik deyil, bu dəfə dünyanın iqtisadi qibləsi bütü

21 yanvar

"Azərbaycanın hədəfi regionda tranzit mərkəzə çevrilməkdir"-RƏY

2020-ci ildə Azərbaycanın MDB məkanında ticarət və yük daşınması sahəsində ən böyük artım dinamikasının Rusiya, Qazaxıstan və Gürcüstan istiqamətində təmin olunacağı gözlənilir. Artımın əsas faktorları Nursultanla Pekin arasında Azərbaycan və Gürcüstan ərazisindən keçən dəhlizlərə (Bakı-Tbilisi-Qar

21 yanvar

Davos İqtisadi Forumundan gözləntilər-ŞƏRH

Hər il olduğu kimi Davosda iqtisadi forum öz işinə başlayır. Müxtəlif dövlətlərin liderləri, nazirlər, siyasi və istisadi ekspertlər, o cümlədən dünyanın aparıcı şirkətlərinin rəhbərləri İsveçrənin kurort şəhərinə toplaşacaqlar.. Davosda əsas müzakirə mövzusu nə olacaq?. Regional münaqişələr və onları

21 yanvar