Türkiyənin Azərbaycandakı səfirindən viza ilə bağlı MÜHÜM AÇIQLAMA

Türkiyənin Azərbaycandakı səfirindən viza ilə bağlı MÜHÜM AÇIQLAMATürkiyənin Azərbaycandakı səfiri Özoral, 30 günlük vizasız gediş-gəliş müddəti haqqında danışarkən, "məhdudiyyətlər həm Azərbaycanda, həm də Türkiyədə vətəndaşların şikayətlərinə və bəzi ziyanlara səbəb olurdu" deyə bildirib.

Sonxeber.az-ın məlumatına görə Türkiyənin Azərbaycandakı səfiri Erkan Ozoral, Türkiyə ilə Azərbaycan arasındakı vizasız gediş-gəliş müddətinin 30 gündən 90 günə qədər uzadıldığını bildirib.

Səfir Özoral, fevralın 25-də Bakıda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında müzakirə olunan məsələləri və imzalanan müqavilələri AA müxbiri üçün dəyərləndirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana çox əhəmiyyətli səfər etdiyini və azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iclasında iştirak etdiyini bildirən Özoral, iclasda ikitərəfli əlaqələrin bütün istiqamətlərində müzakirələrin olduğunu deyib.
Görüşdən sonra 13 saziş və 1 birgə bəyannamənin imzalandığını qeyd edən Erkan Özoral, bu müqavilələr arasında Güzəştli Ticarət Sazişi, Vizalardan azad olma Sazişi və Naxçıvana gedən dəmir yollarının inşası haqqında razılaşmanın əsas olduğunu qeyd edib.

Türkiyə və Azərbaycanın ticarətdə qarşılıqlı olaraq gömrük vergisi tətbiq edildiyini və bu vəziyyətin bəzi sektorlarda Türk və Azərbaycan məhsullarının rəqabət gücünün azalmasına səbəb olduğunu deyən səfir Özoral, bu mənfi vəziyyətin sona çatması üçün Güzəştli Ticarət müqaviləsinin imzalandığını deyib.

"Bu müqavilənin ticarət əlaqələrimizə əhəmiyyətli bir töhfə olacağını gözləyirik" deyən səfir Özoral, müqavilənin tezliklə təsdiqlənəcəyini və qüvvəyə minəcəyini söyləyib.
Yığıncaqda imzalanan Qars-Naxçıvan Dəmiryolu Xətti Layihəsi üçün Anlaşma Memorandumunu da dəyərləndirən Erkan Özoral aşağıdakı məlumatları verib.
"Bakı-Tbilisi-Qars Dəmiryolu Layihəsi başladığı günlərdən bəri bu, həqiqətən də gündəmimizdə idi. Qarsdan Naxçıvana bir dəmir yolunun genişləndirilməsi və bununla əlaqədar işlərin sürətləndirilməsi qərara alındı. Bu əlaqələri şaxələndirmək məqsədi daşıyır. "

Eyni zamanda Özoral, iclasda İğdırdan Naxçıvana təbii qaz boru kəmərinin inşasının da müzakirə olunduğunu da deyib.

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5868   Tarix: 27 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Tacikistan prezidenti Azərbaycana səfər edəcək

Tacikistan prezidenti Emoməli Rəhmon bu il mayın üçüncü ongünlüyündə Azərbaycana dövlət səfəri etməyi planlaşdırır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramov və Tacikistan XİN rəhbəri Sirociddin Muxriddin arasında keçirilən görüşdən sonra Tacikistan XİN məlumat yayıb. Qey

12 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel