"Suriyada yeni mərhələ başlayır"-Politoloq türk əsgərlərinin şəhid olmasından DANIŞDI

"Suriyada yeni mərhələ başlayır"-Politoloq türk əsgərlərinin şəhid olmasından DANIŞDIXəbər verdiyimiz kimi Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

Bu barədə politoloq Məhəmməd Əsədullazadə Sonxeber.az-a Suriyada olan ən son vəziyyəti şərh edib. O, bildirib ki, Suriyada Türkiyə və Rusiyanın ortaq strateji əməkdaşlığı taktiki idi:
"İki ölkə arasında Astana və Soçi razılaşması Moskva tərəfindən pozulmuş oldu. Rusiya ABŞ -Türkiyə əlaqələrinin pozulması üçün bu günə kimi kifayət qədər çalışdı amma sonda meydanda Ankaranı tək buraxaraq Suriyadan çıxarmaq planını reallaşdırmaq üçün xeyli işlər gördü. İndi də İdlibdə bunu reallaşdırmağa çalışır.

Qeyd edim ki, ABŞ və İsrail yalnız Əsədə zərbələr endirməklə Türkiyəni bu meydanda tək buraxmayacaq. Artıq Türkiyə əvvəlki siyasətinə qaytımaq kursunu götürərək ənənəvi müttəfiqlərinə geri dönəcək.

Tarix boyu Rusiya-Türkiyə strateji ortaqlaqlığı mümkün olmayıb və baş verənlər bunun bariz nümunəsidir. Çünki Rusiya Türkiyəni öz imperiya maraqlarına və geosiyasətinə təhdid görür. İki ölkə Qara Dənizdə, Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə rəqibdirlər".

Politoloq Ankaranın Rusiya ilə iqtisadi və enerji əlaqələrini zəiflədəcəyini və Moskvadan asılılığını ləğv etməyə çalışacağını deyib:
Bu müddət ərzində prezident R.T.Ərdoğan kifayət qədər Türkiyəni Rusiyaya yaxınlaşırdı. Amma Rusiya Türkiyənin Liviyada və Suriyada heç bir maraq və təhlükəsizliyini nəzərə almadı. Ankara baş verənlərdən nəticə çıxaracaq və Rusiyanın bu siyasətini Suriyada cavabsız qoymayacaq.

Politoloq Rusiyanın İdlibdə M4 və M5 strateji marşutu ələ keçirməyə və İdlibdən Türkiyəni çıxarmağa çalışdığını bildirib:
"Tərəflər arasında diplomatik danışıqlar nəticəsiz bitir. Dünən Ankarada Rusiya heyəti ilə danışıqlar baş tutmadı və ardınca Rusiya Əsədin əli ilə Türkiyə hərbiçilərinə geniş hücum etdi. Həmçinin Putin çalışır ki, Ərdoğanla görüşədək bu magistral yollara nəzarəti ələ alsın və İdlibdə güclü mövqeyə sahiblənsin. Nəticədə masada Türkiyəni güzəştlərə məcbur etsin.
Ümumiyyətlə Əsəd Rusiyanın icazəsi olmadan belə bir hücuma risk etməzdi və İŞİD tərəfindən darmadağın edilən ordusunda bu kimi silahlar və güclü heyəti yoxdur.
Rusiya düşünür ki, bu hücumlar qarşısında Ankara geri çəkiləcək. Amma Türkiyə daha da irəli gedəcək. Suriyada yeni mərhələ başlayır və Rusiya-Türkiyə ortaq koordinasiyası sona çatdı. Yerini ABŞ və Türkiyə əməkdaşlığına verdi. Suriyada İsrail, ABŞ və Türkiyə ortaq əməliyyatlar keçirib, Rusiyaya ciddi problemlər yaradacaqlar.
Göründüyü kimi Rusiya Türkiyə əməkdaşlığı mövsümidir və tərəflərin birgə maraqları tarix boyu davamlı şəkildə ortaq olmayıb.
Liviyada, Qara Dənizdə və Suriyada Rusiya Türkiyə əməkdaşlığı mümkün deyil və Ankara öz müttəfiqlərinin dəstəyini almayınca Rusiya Ankaranın üzərinə gedəcək.
Regionda vəziyyət mürəkkəbləşir. Proses Əsədin devrilməsi ilə bitə bilər. Artıq Əsədə qarşı terrorçu qruplar deyil, eyni zamanda böyük dövlətlərin orduları hücuma keçə bilər. Rusiya Əsədə görə ABŞ, Türkiyə və İsrailə qarşı gələ bilməyəcək.
Onu da qeyd edim ki, Rusiya və İran min kilometrlərlə məsafədən gəlib Suriyada nə gəzirsə, Türkiyə öz mənəvi sərhədləri daxilində öz təhlükəsizliyini qoruyur və Suriyada kənar güc deyil".
"Suriyada yeni mərhələ başlayır"-Politoloq türk əsgərlərinin şəhid olmasından DANIŞDIFəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 4463   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı

Martın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

18 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrikdə deyilir:. "Möhtərəm Mehriban xanım,. Min illərdir ortaq adət-ənənəmiz olan, ümid, yenilənmə və həmrəylik bayramı Novruz münasibətil

22 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart