"Yanğınsöndürənlərin hadisə yerinə gecikməsində naşı sürücülərin rolu var" - ŞƏRH

"Yanğınsöndürənlərin hadisə yerinə gecikməsində naşı sürücülərin rolu var" - ŞƏRHMüşahidələr göstərir ki, bəzi avtonəqliyyat vasitələrinin sürücüləri hadisə yerinə tələsən yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol vermirlər.

"Уol hərəkəti haqqında Qanun"un 48-ci maddəsinə əsasən xüsusi təyinatlı nəqliyyat vasitələri üstün hərəkət rejiminə malikdirlər. Son vaxtlar Bakıda avtomobillərin sayının artması nəticəsində yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin işi getdikcə çətinləşir.

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən nəqliyyat ekperti Eldəniz Cəfərov bildirib ki, məsələnin həllində sürücülərin təcrübəsindən çox şey asılıdır:

"Yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verilməməsi problemi bütün böyük şəhərlərdə, o cümlədən Bakıda mövcuddur. Bakıda yollar o qədər də geniş, enli deyil. Ona görə avtomobillər sıx hərəkət edən zaman xüsusi təyinatlı nəqliyyat vasitələri maneələrə rast gəlir. Bu da onların hadisə yerinə gecikməsinə gətirib çıxarır.

Bəzi sürücülər də bu məsələyə laqeyd yanaşırlar. Elə hallar olur ki, sürücü həmin avtomobilə yolun necə verilməsini bilmir. Hətta təşvişə düşür. Burada sürücülərin təcrübəsindən də çox şey asılıdır. Təəssüflə qeyd edirəm ki, Bakı şəhərində sürücülərin bir qismi yol hərəkəti qaydalarından xəbərsizdir. Bəziləri avtomobil idarə etməkdə də çətinlik çəkir.

Ona görə fövqəladə vəziyyətlərdə avtomobillər onlara siqnal verdikdə, yol istədikdə həmin naşı sürücülər özləri çaşırlar. Bununla da daha böyük tıxaclara və hətta qəzaya səbəb ola bilirlər. Yanğınsöndürən və digər xüsusi təyinatlı nəqliyyat vasitələrinin hadisə yerinə gecikməsində naşı sürücülərin rolu var".

Ekspert vurğulayıb ki, yaranan problemlərin aradan qaldırılması üçün kütləvi informasiya vasitələrində xüsusi maarifləndirici videoçarxlar yayımlanmalıdır:

"Qanunda qeyd olunub ki, sürücülər xüsusi üstünlüyü olan avtomobillərə yol verməlidirlər. Əgər yol vermirlərsə, onlar 20 manatdan 40 manata qədər cərimə oluna bilərlər. Düşünürəm ki, yalnız cərimə ilə maarifləndirmə işi aparmaq çətin olacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1216   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel
.

Qubada qəzalı durumda olan elektrik dirəkləri nə zaman yenilənəcək? - RƏSMİ AÇIQLAMA + VİDEO

Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalı vəziyyətdədir. Bu barədə Bizim.media-ya kənd sakini Ramin İsmixanov məlumat verib. Bildirib ki, elektrik dirəkləri qəzalı və istifadəyə yararsızdır. Elektrik dirəklərindən biri də onun həyətində yerləşir. Külək olan kimi təhlükəl

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Bulaqlarda erməni saxtakarlığı: Naxış və nişan vuraraq... - VİDEO

Laçın şəhərində daha bir erməni saxtakarlığı üzə çıxıb. Belə ki, ermənilər işğal dövründə Laçın və ətrafında yerləşən bulaqlara naxış və nişan vuraraq özününküləşdirməyə çalışıblar. "Bu bulaqlara üzüm kimi şəkillər çəkərək özlərinin olduğunu göstərmək istəyiblər. Mənim 78 yaşım var, həmişə bu bulağ

25 aprel
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel