19 yaşlı azərbaycanlı küçənin ortasında güllələndi - Belçikada
Belçikanın Qərbi Flandriya əyalətində, Roselare şəhərində 19 yaşlı azərbaycanlı küçədə güllələnib.
Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə fevralın 26-da yerli De Standaard nəşrinə Kortreyk Prokurorluğundan məlumat veriblər.
Məlumata görə, fevralın 25-də saat 21 radələrində şəhərdə silahlı qarşıdurma baş verib, nəticədə 19 yaşlı azərbaycanlı güllə yarası alıb. Hadisə yerinə gələn xilasedicilər ona kömək edə bilməyiblər.
Polis qətli törətməkdə şübhəli bilinən 20 yaşlı şəxsi saxlayıb və fevralın 27-də dindirməyə başlayıb. Prokurorluq məhkəmədən həmin şəxsin həbs olunmasını istəyib. Hadisə yerində müstəntiqlər, habelə tibbi müayinə və odlu silahlar üzrə mütəxəssis çalışır. Öldürülən şəxsin meyitinin yarılacağı bildirilir.
Belçika nəşrinin yazdığına görə, gəncin ölümünün dəqiq səbəbləri hələlik məlum deyil. Prokurorluq istintaq aparıldığını əsas gətirərək azərbaycanlının qətlinin təfərrüatlarını açıqlamır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 2387 Tarix: 28 fevral 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaşİsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi
İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. -ə istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdak
18 aprel"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı
"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib
18 aprelKişi arvadını və qayınatasını öldürdü
Türkiyədə ailə qətliamı olub. xarici mediaya istinadən xəbər verir ki, 36 yaşlı kişi həyat yoldaşının ailəsinin evinə gedərək mübahisə başladıb. Mübahisə zamanı 35 yaşlı həyat yoldaşı və 63 yaşlı qayınatasını bıçaqlayaraq öldürüb. İkiqat qətl şübhəlisi olan kürəkən, hadisənin ardından polis qruplar
19 aprelVanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb. Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq. Vanqanın İran v
18 aprelZelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər
18 aprelPaşinyan yenə Tavuşa getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Voskepar (Əskipara) kəndinə gedib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı " yayıb. Paşinyan cari ildə artıq ikinci dəfədir sözügedən kəndə səfər edir. Xatırladaq ki, o, mart ayında Əskiparaya getmişdi
17 aprelTürkiyədə güclü zəlzələ oldu - FOTO
Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib
18 aprel