Ordumuzun geyimi yerli istehsal hesabına təmin edilir – Polkovnik

Ordumuzun geyimi yerli istehsal hesabına təmin edilir – Polkovnik"Xidməti yerindən asılı olaraq Azərbaycan əsgəri mövsümi geyimlə lazımi qədər təmin olunur. Əsgərlərimizə qışda qış geyiminə uyğun isti geyim, yayda yay geyiminə uyğun geyim verilir".

Bunu Sonxeber.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, hazırda ordumuzun geyimi yerli istehsal hesabına təmin edilir:
"Xidməti yerindən asılı olaraq Azərbaycan əsgəri mövsümi geyimlə lazımi qədər təmin olunur. Əsgərlərimizə qışda qış geyiminə uyğun isti geyim, yayda yay geyiminə uyğun geyim verilir. Bu gün bu təminatlar müvafiq komissiyanın yoxlanışı ilə Azərbaycan istehsalı olan geyimlərlə ödənilir. Bütün tələbləri həmin komissiya nəzərə alır. Bunun əsasında da əsgər-zabit heyəti isti geyimlərlə, lazımi əşyalarla yerli istehsal hesabına təmin edilirlər".

Hərbi ekspert keyfiyyət və gigiyenik baxımdan əsas risklərin aradan götürüldüyünü, hərbçi təminatının müasir standartlara cavab verdiyini deyib:

"Azərbaycanın əşya xidmətində olan bütün təminat növlərini çox yüksək qiymətləndirirəm. Keyfiyyət və gigiyenik baxımdan əsas risklər aradan götürülüb və təminat tam müasir standartlara cavab verir. Bu gün Azərbaycan əsgərinin təminatı yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, hərbçilərin keçən illə müqayisədə soyuqdəymə ilə bağlı tibb müəssilərinə müraciəti 17 % azalıb. Bu da onu göstərir ki, bu gün Azərbaycan əsgəri isti geyimlidir, hər cür təminatlıdır. O təminat bütün tələblərə cavab verir. Azərbaycanın əsgəri uca dağlarda, çətin postlarda xidmət edir, ancaq bu gün onlar soyuqdan qorunurlar. Gigiyena, isti geyim, hamam və s. məsələlər bütün postlarda yüksək səviyyədədir. Əsgər valideynləri də rahatdırlar ki, onun oğlu tam təmin olunmuş şəraitdə öz xidmətini davam etdirir. Hazırda Azərbaycan əsgərinin təminatı ilə bağlı heç bir problem yoxdur".

Azadə Yolçu


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1559   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021