Mart ayına olan HAVA PROQNOZU açıqlandı

Mart ayına olan HAVA PROQNOZU açıqlandıMart ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur.

Ay ərzində ümumi temperatur rejiminin dəyişkən olmasına baxmayaraq, orta aylıq temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 5-8 dərəcə isti (gecələr 5-10, gündüzlər 9-14, bəzi günlərdə 16-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normaya yaxın olacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 20-27 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 9-14, bəzi günlərdə 18-20 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 22-44 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 15-18 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (42-52 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 5-10 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 19-21 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (19-48 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 16-19 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 23-90 mm) gözlənilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3811   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021