Gecə yarısı evə girdi, əvvəlcə qızını, sonra anasını... - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ HADİSƏ

Gecə yarısı evə girdi, əvvəlcə qızını, sonra anasını... - Azərbaycanda hər kəsi ŞOKA SALACAQ HADİSƏLənkəranda ana və qızını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əziz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xəbərinə görə, Əziz Əskərov Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində törətdiyi oğurluğa görə axtarışda olan dostu Niyaməddin Cəfərovun gizlənməsi üçün 17 iyun 2017-ci il tarixdə, saat 19 radələrində sonuncu ilə birgə Lənkəran rayonuna gəlib.

Dostu ilə birlikdə Lənkərana qaçdı

Onlar müvəqqəti olaraq Lənkəran rayonu, Üzümçülük qəsəbəsindəki kimsəsiz evdə yaşayıblar. Orada Əziz Əskərov yaşadığı müddətdə əvvəlcə özlərində olan pulu gündəlik şəkildə qidalanmalarına və digər ehtiyaclarının ödənilməsinə, habelə narkomaniya xəstəliyinə düçar olduğundan mütəmadi olaraq istifadə etmək üçün narkotik vasitələrin alınmasına xərclədikdən sonra pul vəsaiti qurtardığına görə göstərilənlərlə bağlı tələbatını ödəməyə imkanı olmayıb.

Ana və qızı öldürmək planı

Əziz Əskərov aparılmış istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin ona verdikləri məsləhət və məlumatlar əsasında Lənkəran rayonu, Liman şəhəri, Elman Bağırov küçəsindəki 32 saylı evdə yaşayan, əvvəllər tanımadığı İlahə Nəcəfova ilə anası Arifə Nəcəfovanın maddi cəhətdən imkanlarının yaxşı olması və həmin evdə nağd pul vəsaiti ola biləcəyi qənaətinə gəlib. O, tamah məqsədilə İlahə Nəcəfovaya və Arifə Nəcəfovaya məxsus evə basqın edib, onlara məxsus pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib.

Narkotik qəbul etdi, evə basqına getdi

Bu niyyətlə Əziz Əskərov 2017-ci ilin iyunun 20-dən 21-nə keçən gecə narkotik vasitə qəbul edib. Sonra o, gecə saat 01 radələrində narkotikin təsiri altında soyuq silah hesab olunan bıçaqla silahlanaraq ana və qızının yaşadığı evə gəlib.

Evə girən Əziz Əskərov İlahə Nəcəfovanın olduğu otağa daxil olub. Bu vaxt İlahə Nəcəfova qışqıraraq səs-küy salıb. Onun saldığı səs-küyə digər otaqda olan anası Arifə Nəcəfova gəlib.

Ana və qızının qanını tökdü

Arifə Nəcəfova onun hərəkətlərinin qarşısını almaq və evdən çıxarmaq üçün aktiv müqavimət göstərib. Əziz Əskərov isə zərərsizləşdirməkdən ötrü həmin anda İlahə Nəcəfova ilə Arifə Nəcəfovaya əlindəki bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Bu zaman anasının həyatı üçün yalvarıb və dönə-dönə aman diləyən İlahə Nəcəfovanın yalvarışına məhəl qoymayıb. Onların aldıqları xəsarətlərdən öləcəklərinə tam əmin olub, kənar şəxslərin gələcəyindən ehtiyat edərək hadisə yerini tərk edib.

Ana öldü, qızın isə həyatı xilas oldu

Bundan sonra oraya gələn şəxslərin köməyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılmış Arifə Nəcəfova göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən həmin gün saat 03 radələrində xəstəxanada ölüb. İlahə Nəcəfovaya isə ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əziz Əskərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

20 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Əskərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Əziz Əskərov vaxtında apelyasiya şikayəti verməyib. O, apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə vəsatət verib. Həmçinin vəsatətinin təmin edilməsini, şikayətinə adiyyatı üzrə baxılmasını, birinci instansiya məhkəməsi tərəfindən təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı Əziz Əskərovun vəsatəti təmin olunmayıb. Bu qərardan narazı qalan Əziz Əskərov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Əziz Əskərovun kasasiya şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2395   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021