BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? - AÇIQLAMA

BDU tələbəsinin ölümü: Məhkəmə tibbi ekspertizası nə gizlədir? - AÇIQLAMAAzərbaycanda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi istintaqı ləngidir.

Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) üç tələbəsinin zəhərlənməsi və onlardan birinin ölümü hadisəsini, hansı ki, artıq üzərindən 100 gün keçib - şərh edən məşhur vəkil Türkel Süleymanlı deyib.

Xatırladaq ki, noyabrın 21-də universitetin Yasamal rayonu, Mətbuat prospektində yerləşən yataqxanasında tələbələr Şəkər Xasmətova (1999-cu il təvəllüdlü), Dilrubə Quliyeva və Həmidə İbadova (1998-ci il təvəllüdlü) zəhərlənib.

Həkimlər Ş.Xasmətovanın yataqxanada öldüyünü müəyyən ediblər, digər iki qız isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib, bir neçə gündən sonra isə evə buraxılıblar.

Hüquq-mühafizə orqanları əvvəlcə tələbənin qida zəhərlənməsi nəticəsində öldüyünü ehtimal etdi. Lakin cəsədin patoloq anatomlar tərəfindən müayinəsindən sonra faktla bağlı yaradılan əməliyyat-istintaq qrupu qızların hələ də bilinməyən toksik maddə ilə zəhərləndiyi qənaətinə gəldi.

Dekabrın 4-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu barədə jurnalistlərə açıqlama verib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan, zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Zəhərlənmənin səbəblərini və digər halları aydınlaşdırmaq üçün müvafiq ekspertizalar təyin edilib.

100 gündən çox vaxt keçsə də, faktla bağlı məhkəmə tibbi ekspertizasının rəyi hələ hazır deyil.

Vəkilin sözlərinə görə, bu yolla məhkəmə tibbi ekspertləri nəinki cinayət-prosessual qanunvericiliyin tələblərini pozub, üstəlik üç dəfə, eyni zamanda istintaqın işini iflic edib, ən əsası isə zərərçəkmiş tərəfin hüquqlarını pozub.

"Onlar öz səriştəsizliklərini nümayiş etdirdilər. Biz bu vəziyyət barədə Səhiyyə Nazirliyinə, Vəkillər Kollegiyasına, Baş Prokurorluğa yazdıq. Bakı Şəhər Prokurorluğunun İstintaq Şöbəsinin müdiri Rəşad Mansurov bununla bağlı məni qəbul etdi. Bu aşkar qanun pozuntusudur, çünki kimyəvi ekspertiza üçün maksimum bir ay vaxt verilir. Kimyəvi ekspertiza ilə paralel olaraq həmçinin histoloji ekspertiza aparılır. Lakin hətta belə olan halda belə ekspertizaların aparılma müddəti bir ayı keçməməlidir", - deyə T.Süleymanlı bildirib.

Vəkil qeyd edib ki, bu rezonans doğuran işdə məhkəmə tibbi ekspertləri işin şəxsən baş prokurorun nəzarətində olmasına baxmayaraq, kobud səhlənkarlığa yol veriblər.

"Qız nə xəstəlikdən, nə də virusdan ölməyib. Ölümün təbii səbəbləri yoxdur. Ekspertlər bizi əmin etdilər ki, Azərbaycanda bu növ tədqiqatın aparılması üçün bütün imkanlar mövcuddur. O zaman nəticələr hanı, niyə yoxdur? Hətta Ş.Xasmətovanın atası toxuma və qan nümunələrinin ekspertiza üçün Moskvaya göndərilməsini təklif etsə də, birlikdə buna razılıq verilməyib. Ekspertlər vaxtı uzadıb, başımızı aldadırlar. Onlar zərərçəkmiş tərəfdən nə gizlədirlər? Onların bütün fəaliyyətləri səhlənkarlıq etdiklərini göstərir və bu çox şübhəlidir", - deyə vəkil bildirib.

Qeyd edək ki, ekspertizanın rəyi olmadan istintaq hadisə iştirakçılarının hərəkətlərinə lazımi qiymət verə bilməz. Ekspertiza aparıldığı müddətdə işlə bağlı araşdırma dayandırılır. Ş.Xasmətovanın ölüm işi ilə bağlı qeyri-müəyyən vəziyyət üç aydan çoxdur davam edir.

"Üç ay – müddətin üçqat pozulmasıdır. İstənilən tədqiqatçını bu cür işə görə rəhbərlik cəzalandırardı. Niyə heç kim ekspertlərdən soruşmur?", - deyə T. Süleymanlı haqlı olaraq sualla çıxış edib.


Sonxeber.az
Sosial   Baxılıb: 6900   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Baş infeksionist Azərbaycanda koronavirusun olmasından XƏBƏRSİZ İMİŞ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alınsa da Səhiyyə nazirliyinin baş infeksionisti Cəlal İsayev bundan xəbərsizdir.. . "Ölkə.Az"-a açıqlam verən baş infeksionist Cəlal İsayev Azərbaycand

28 fevral

Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edir.. . Operativ qərargahdan "Report"a verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İsla

28 fevral

Koronavirusa görə evlərə naməlum şəxslərin daxil olması ilə bağlı Bakı polisindən AÇIQLAMA

"Koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədar yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb".. . Bu barədə Oxu.Az-a Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayor

28 fevral

Biləsuvarda koronavirusa görə səyyar çadırlar quraşdırıldı

Biləsuvar keçid məntəqəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səyyar çadırlar quraşdırılıb.. . Bu barədə Oxu.Az-a koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlə

28 fevral

"Apteklərdən aldığımız adi maskalar qoruyucu vasitə sayılmır"- Millət vəkili koronavirusdan DANIŞDI:

Elm üçün çarəsi hələki naməlum qalan koronavirus təhlükəsi hər gün bir ölkəni öz cənginə almaqda davam edir. Dünyanın ən inkişaf etmiş və təhlükəsiz ölkələrində də artıq bu virus daşıyıcılarına rast gəlmək mümkündür. 2019-nCoV adlanan virus ilk olaraq dekabr ayında Çinin Uhan şəhərində aşkarlanıb v

28 fevral

Bakıda xaçapuri və simit istehsal edən müəssisədə antisanitar vəziyyət - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.. . AQTA xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, ev 64 ünvanında fəaliyyət göstərən fizik

28 fevral

Mart ayına olan HAVA PROQNOZU açıqlandı

Mart ayına olan hava proqnozu açıqlanıb.. . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sonxeber.az-a verilən məlumata görə, mart ayında hava şəraitində keçid dövrünə xas olan tez-tez dəyişiklik müşahidə olunur.. . Ay ərzində ümumi temperatur rejiminin dəyişkə

28 fevral

Ramiz Əliyevə yüksək VƏZİFƏ VERİLDİ

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasına yeni baş həkim təyin edib.. . TƏBİB rəhbərliyinin müvafiq əmri ilə pediatr Ramiz Əliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi təyin olunub.. . Xəbəri Neftçala Mərkəzi Rayon Xəstəxanasından təsdiqləyiblər.

28 fevral

Ekspert: "İşıqlar sönəndə yaxşı ki, BNA və DYP dərhal müdaxilə etdi"

Dünən Bakıda elektrik enerjisinin kəsilməsi ilə əlaqədar bəzi yollarda işıqforların fəaliyyətində fasilə yarandı. Fasilə yaranan zaman Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) əməkdaşları dərhal müdaxilə edərək sürücülərə yolayrıcını keçməkdə köməklik göstəriblər. . . Nəqliyyat üzr

28 fevral