"Azərbaycan iqtisadiyyatında ağır sənayenin inkişafına Ukrayna töhfə verə bilər"-RƏY

"Azərbaycan iqtisadiyyatında ağır sənayenin inkişafına Ukrayna töhfə verə bilər"-RƏYBu ildən Azərbaycan Ukraynaya qoyduğu sərmayə həcmini onqat artıraraq 1,5 - 2 milyard ABŞ dollarına çatdırmaq niyyətindədir.
Bu barədə "Ukrinform"a müsahibəsində bildirən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev sözgedən işlərin Azərbaycanın həmin ölkədəki ticarət evləri vasitəsilə görüləcəyini qeyd edib.
Azərbaycanın Ukraynaya birbaşa sərmayələrinin 2019-cu ildə 210 milyon ABŞ dollarına qarşı 2017-ci ildə 216 milyon ABŞ dolları həcmində olduğu diqqətə çatdırılıb.
Bütövlükdə isə adıçəkilən ölkəyə əcnəbi sərmayələrin həcmi 2018-ci ildə 2,4 milyard, 2019-cu ildə 2,5 milyard dollar səviyyəsində olub. Ukrayna İqtisadi İnkişaf, Ticarət, Kənd Təsərrüfatı naziri Timofiy Mılovanov fevral ayında bu ildə birbaşa əcnəbi sərmayələri 5 milyard ABŞ dolları səviyyəsində çatdırmağı hədəflədiklərini açıqlamışdı.
Azərbaycan səfiri həmçinin Ukraynada "çoxlu sayda" birgə müəssisə yaratmala bağlı yerli sahibkarlarla razılaşmalar əldə edildiyini də bildirib: "Burada sərmayə yatırmaq fikrindəyik. Bu yaxınlarda iqtisadiyyat nazirimizlə söhbətim olub. Tezliklə Ukrayna, Belarus, Moldova səfərinə yollanacaq. Azərbaycan prezidenti də bu regionda iqtisadi mövqelərimizi gücləndirmək barədə tapşırıq verib".
Azərbaycanın Ukraynadakı sərmayələrinin strateji əhəmiyyət daşıya biləcəyi ehtimalı da irəli sürülüb.
Azərbaycan, Gürcüstan və Türkiyə qarşılıqlı sərmayələrin "qızıl üçbucağ"ını yaradırlar və bu bloka Ukraynanın da qoşulması formalaşan bazarın həcmini və potensialını, təsir dairəsini xeyli artıracaq.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Ukrayna-Azərbaycan əlaqələri həmişə olub:
"Hətta Sovetlər dönəmində bu əlaqələr müəyyən mənada təsirə malik idi. Digər tərəfdən Azərbaycan ilə Ukrayna beynəlxalq birlikdə də olub.Həmçinin Ukrayna-Azərbaycan oxşar problemlər yaşayan ölkədir. Amma Ukrayna iqtisadiyyatı kifayət qədər çoxtərəfli, çoxşaxəlidir. Eyni zamanda Ukraynanın Azərbaycan iqtisadiyyatına da müəyyən ehtiyatları var. Çünki, Ukraynada qaz, neft ehtiyatları yoxdur. Onlar əsasən bu məhsulları Rusiyadan alır və bəzi hallarda da maraq toqquşmaları nəticəsində bu ticarət növü üzərində qarşıdurmalar, mübahisələr yaranır. Ona görə də Azərbaycan ilə Ukraynanın qarşılıqlı iqtisadiyyatlarına yatırım etməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində həm Ukrayna, həm də Azərbaycan üçün ciddi perspektivlər hədəfləyib. Azərbaycan Ukrayna iqtisadiyyatının inkişaf etmiş sahələrindən, Ukrayna da Azərbaycanın neft-qaz ehtiyatlarından gələcək layihələrdə yararlana bilər. Bu baxımdan ölkələrin qarşılıqlı sərmayə yatırıması dünya iqtisadiyyatının qloballaşmasına da müəyyən töhfələr verir. Ukraynada Azərbaycan üçün maraqlı olan maşınqayırma sənayesi, təyyarə istehsalı, hərbi sahələrdə və ümumiyyətlə ağır sənaye sahəsində ciddi əlaqələr qura bilər. Azərbaycan iqtisadiyyatında ağır sənayenin inkişafına Ukrayna töhfə verə bilər. Tutaq ki, təyyarə istehsalı üçün Azərbaycanda zavod qurmaq səviyyəsində deyil, bunlar ticarət əlaqələri qura bilər. Amma ağır sənayenin digər sahələrindən Ukrayna mütəxəsislərinin Azərbaycana gəlməsi və Azərbaycanda Ukrayna sahibkarlarının yatırım qoyub Ukraynada istehsal etdikləri məhsulu məhz Azərbaycada istehsalına başlaması səmərəli uğurlardır. Ümumiyyətlə, Ukrayna və Azərbaycan oxşar münasibətlərə, problemlərə, iqtisadiyyata malik olduqları üçün gələcəkdə bu sahədə qarşılıqlı əlaqələrin inkişafı ölkəyə ciddi töhfələr verə bilər".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3460   Tarix: 28 fevral 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021