Gənc oğlan yeznəsinin başına oyun açdı: yataq otağına girib... – Azərbaycanda DƏHŞƏT

Gənc oğlan yeznəsinin başına oyun açdı: yataq otağına girib... – Azərbaycanda DƏHŞƏTTovuz rayonunda bacısının ərini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Vüqar Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, 3 oktyabr 2018-ci il tarixdə, saat 23 radələrində Elbrus Ələkbərov sərxoş vəziyyətdə arvadı Ülviyyə Ələkbərova ilə mübahisə edib.

O, arvadını növbəti dəfə döyüb, onun ünvanına nalayiq sözlər işlədib, ibadət etməsini təhqir edib.

Bunu eşidən Ülviyyə Ələkbərovanın qardaşı Vüqar Əkbərov oktyabrın 4-də, gecə saat 2 radələrində anası Mətanət Əkbərovanın yaşadığı Tovuz rayonu Qovlar şəhəri, Azadlıq küçəsindəki nömrəsiz evə gəlib.

Bu zaman bacısı Ülviyyə də ərinin əlində çıxaraq ora gəlib. Vüqar Əkbərov bacısından yeznəsinin hərəkətləri barədə xəbərdar olub. Vüqar onu cəzalandırıb, qisas almaq qərarına gəlib.

Vüqar Əkbərov bacısının evdə qalmış uşaqlarını gətirmək adı ilə anasının evindən çıxıb və idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Elbrus Ələkbərovun yaşadığı evə gedib. Həmin vaxt yataq otağındakı çarpayıda olan bacısı uşaqları Leyla və Hikmət Ələkbərovları evdən çıxarıb, öz avtomaşınına əyləşdirib.

Daha sonra o, yeznəsini diri-diri yandırmaq qərarına gəlib. Avtomaşının yük yerindəki iki litr həcmli plastmas qabdakı benzini götürüb və yenidən yataq otağına qayıdıb.

Vüqar Əkbərov qabdakı benzini həmin vaxt çarpayının üstündə oturan Elbrus Ələkbərovun başına, sifətinə, sonra isə döşəməyə tökərək alışqanla od vurub, hadisə yerindən qaçıb.

Elbrus Ələkbərovun qışqırıq səsinə köməyə gələn, onunla eyni həyətdə yaşayan qardaşı Eldəniz və arvadı Cəmalə alovu söndürüblər.

Elbrus döş qəfəsinin ön və arxa səthlərinin, qarın nahiyəsinin, bel nahiyəsindən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüqar Əkbərov barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Əkbərov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Vüqar Əkbərov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə tövsif edilməsini istəyib.

Vüqar Əkbərovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Vüqar Əkbərovun şikayəti təmin edilməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2579   Tarix: 03 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Azərbaycanda ailə qətliamı: Nə baş verib? - TƏFƏRRÜAT

Azərbaycanda həyat yoldaşını və qayınatasını qətlə yetirən kişi sonda özünü də öldürüb. "Xəzər TV"yə istinadən xəbər verir ki, dəhşətli hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində baş verib. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Məhərrəmov ov tüfəngi ilə həya

22 avqust 2021