"Daşınmaz əmlak bazarında qeydiyyatla bağlı nəzərə çarpan saxtakarlıqlar aşkar olunmayıb"-RƏY

"Daşınmaz əmlak bazarında qeydiyyatla bağlı nəzərə çarpan saxtakarlıqlar aşkar olunmayıb"-RƏYAzərbaycanda mənzil bazarının inkişafı ilə daşınmaz əmlak müqavilələrinin qeydiyyatı zamanı saxtakarlıq faktlarının aşkarlanması aktuallaşır. Doğrudur, qurum resurslarında vətəndaşlarımız haqqında əksər məlumatların cəmləşdiyi e-gov.az hökumət portalı yüksək səviyyədə qorunur, lakin ekspertlərin fikrincə, bu resurslar hələ də daşınmaz əmlakla bağlı müqavilələrin qanuniliyinə nəzarət vasitələrini həyata keçirə bilmir. Bu sahədə maraqlı təcrübə "Elektron Notariat" sisteminin və Vahid İnformasiya Sisteminin elektron reyestrlərinin tətbiq olunduğu Rusiya tərəfindən təklif edilə bilər ki. Bu sistemlər müqavilə və digər notariat fəaliyyətlərinin qanuniliyinə güclü nəzarət vasitəsinə çevrilib.
Rusiyada tətbiq olunan sistemin Azərbaycanda tətbiq üçün nə qədər uyğundur? Qonşu ölkədə və Azərbaycanda daşınmaz əmlakın qeydə alınması və sənədləşməsi sahəsində prosedurlar arasında paralellər necədir? Daşınmaz əmlak bazarımızda nə qədər tez-ez daşınmaz əmlak saxtakarlığı faktı ilə üzləşirik?

Mövzu ilə əmlak-eksperti Nüsrət İbrahimli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, 2000-ci ilin əvvəllərindnə biz saxtakarlıq faktlarının aşkarlanması ilə rastlaşırdıq. Rusiya ilə müqayisədə o hallar bizdə daha az nəzərə çarpıb.

Ekspert bildirib ki, 2002-ci ildən bu bazarda olduğu üçün onun təcrübəsində ötən illər ərzində belə hallar ilə cəmi üç dəfə qarşılaşıb:
"Rusiyada belə hallar müxtəlif illərdə kütləvi xarakter alıb. Amma bizdə bu sahədə nəzarət nisbətən güclüdür və təbii ki, zamanla daha da güclənəcək. Son illərdə bildiyiniz kimi Əmlak Məsələləri Dövlət Komitəsi, o cümlədən Ədliyyə Nazirliyi notariat xidmətləri həm vətəndaşlar, həm də öz aralarında elektron xidmətlərə keçiblər. Artıq vətəndaşların bir çox hallarda
Əmlak Məsələləri Dövlət Komitəsinə birbaşa müraciət etmələrinə ehtiyac yoxdur. Həmin çıxarışların, texniki pasportların, arayışların alınması və bir çox xidmətlərin hamısı ümumilikdə elektron səviyyəyə keçirilib ve elektron portalı üzərindən bu xidmət, həmçinin "ASAN" Xidmət vasitəsi ilə də xidmət göstərilir. Bizdə son illər bu daşınmaz əmlak bazarında qeydiyyatla bağlı nəzərə çarpan saxtakarlıqlar aşkar olunmayıb və burada risk də, demək olar ki, minimum səviyyədədir".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2145   Tarix: 09 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zədələnmiş pullar nə vaxt yararsız hesab olunur? - VİDEO

Nağd alış-veriş etdikdən və ya bankomatdan pul çıxardıqdan sonra zədələnmiş pulla qarşılaşa bilərik. Belə hallar ilə üzləşdikdə biz bu zədələnmiş əskinasdan nağd alışlar üçün istifadə etməyi düşünürük. Lakin əksər alış-veriş məntəqələri, supermaketlər məhsul ödənişi zamanı zədələnmiş yaxud cırılmış pullar

31 yanvar
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Əməkhaqqı artımı qiymətlərə təsir edəcək?

2023 cü ilin ilkin məlumatlarına əsasən, ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11.2 faiz artaraq 933 manat 80 qəpik təşkil edib. Bəs əməkhaqqı artımı qiymətlərə təsir edə bilərmi?. xəbər verir ki, bununla bağlı iqtisadçı Xalid Kərimli açıqlama verib. O bildirib ki, bu göstəric

8 fevral
.

Müalicəyə ehtiyacı olan Ülvinin atası: "Tək övladımızdır, borc almaqdan da utanırıq artıq" - FOTO

10 yaşlı Ülvinin sizin dəstəyinizə ehtiyacı var. Bu barədə -a onun atası Ayaz İbrahimxəlilov məlumat verib. O bildirib ki, övladı anadangəlmə beta-talassemiya xəstəliyindən əziyyət çəkir. "Ülvi artıq 10 ildir ki, beta-talassemiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz ilk gündən onu

13 mart
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Azərbaycanda bir sıra vergi bəyannamələrinin tərtib olunması qaydaları dəyişib

Bu ildən Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişikliklərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəzi bəyannamə və hesabatların, onların əlavələrinin formalarına, tərtib edilməsi Qaydalarına müvafiq dəyişiklikləri təsdiq edib. Bu barədə "Report"

3 fevral