"Instagram"da hansı idmançımızın daha çox izləyicisi var? - SİYAHI
Sosial media insanların mətbuat olmadan fikirlərini, etdiyi işləri, planlarını çatdıra biləcəyi bir məkandır.
Azərbaycanda da idmançılar sosial şəbəkələrin xidmətlərindən maksimum şəkildə faydalanmağa çalışır. İdmançılarımız daha çox "Instagram"da fəaldır. Göy rəngli "tuş" isə bu idmançıların, doğrudan da, həmin "Instagram" hesablarının onlara aid olduğunu göstərir.
Sonxeber.az Oxu.Az -a istinadən "Instagram" hesabları olan idmançılarımızın hazırkı durumda təqibçilərinin sayını araşdırıb.
İlk sırada karateçimiz Rafael Ağayev gedir. Əslində, kikboksçumuz Eduard Məmmədov 225 982 təqibçi ilə üçüncü sırada olsa da, tanınmış idmançımız hələ də göy "tuş" almağa ehtiyac duymayıb.
Bu statusda olan idmançılarımızdan ABŞ-da çıxış edən futbolçumuz Rüfət Dadaşovu isə cəmi 2887 adam izləyir.
1. Rafael Ağayev (karate) – 303 626
2. Zabit Səmədov (kikboksinq) – 250 910
3. Hacı Əliyev (güləş) – 82 120
4. Tofiq Musayev (MMA) – 63 727
5. Qara Qarayev (futbol) – 50 810
6. Mahir Emreli (futbol) – 45 712
7. Renat Dadaşov (futbol) – 44 224
8. Rüstəm Orucov (cüdo) – 42 080
9. Rəşad Sadıqov (futbol) – 14 775
10. Rüfət Dadaşov (futbol) – 2 887
Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş