"Mərkəzi Bankın uçot dərəcəsini artırıb-azaltması iqtisadiyyata ciddi təsir etmir"-RƏY

"Mərkəzi Bankın uçot dərəcəsini artırıb-azaltması iqtisadiyyata ciddi təsir etmir"-RƏYBorc kapitalının dəyərini azaltmaq və iqtisadiyyatın kreditləşməsini artırmaq məqsədi ilə 2018-2019-cu illərdə bölgənin neft hasil edən ölkələrinin - Rusiya, Qazaxıstan, Azərbaycan Mərkəzi Banklarının pul siyasətində əsas tendensiya uçot dərəcəsinin azalması oldu. Bu gün neftin qiymətinin aşağı düşməsi ilə kredit bazarında həddən artıq təklif makroiqtisadi sabitliyə mənfi təsir göstərə bilər. Analoji şərtlərdə, 2016-2017-ci illərdə Azərbaycan Mərkəzi Bankı tədricən uçot dərəcəsini 3% -dən 15% -ə qaldırdı.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, uçot dərəcəsinin artırıb-azaldılması Azərbaycan iqtisadiyyatında ciddi təsirlərə malik deyil:
"Niyə? Ona görə ki, Azərbaycan Mərkəzi Bankı daxili kretditləşmədə donor rolunu oynaya bilmir. Bu gün Azərbaycandakı kredit portfelinin 70-80%-i depozitlər, yəni, vətəndaşların banklara yerləşdirdikləri əmanətlər hesabına formalaşır. Yalnız yaxşı halda 25-30% dövlətin donorluğu və ya xaricdən cəlb olunan kapital hesabına kreditləşmə gedir.
Ona görə də Azərbaycan hökuməti bu gün uçot dərəcəsini 1%-ə endirsin, yoxsa 15%-ə qaldırsın yəni, Azərbaycan hökuməti kredit vermirsə, bu uçot dərəcəsinin heç bir əhəmiyyəti yoxdur.
Həmçinin ekspert bildirib ki, Azərbaycan hökuməti uçot dərəcəsi alətindən istifadə etmək imkanına malik deyil:

Əgər müşahidə etsəniz görərsiniz ki, uçot dərəcələri 15% olanda, sahibkarlar Milli Bankın siyasətindən şikayətlənmirdi. Yəni, bu Azərbaycanda dördtəkərli arabanın beşinci təkərinə oxşayan bir şeydir. Amma dünyada bu çox ciddi iqtisadi alətdir.Ona görə ki, hökumət banklara kredit verir. Yəni, bankların donor rolunu oynaya bilir. O ölkələrdə ki, hökumət donor rolunu oynaya bilir, orada həmin hökumətin Mərkəzi Bankının uçot dərəcəsi işlək mexanizmə malikdir və iqtisadiyyata təsir edir. Azərbaycanda isə bunun iqtisadiyyada heç bir təsiri yoxdur".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4147   Tarix: 11 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Uşaqlarda qripin ilkin əlamətlərində nə etməli?

Uşaqlarda qripin ilkin әlamәtlәri qeyd olunduğu zaman bol maye qәbulu tәmin edilmәli, hәmçinin qidalanmasında sulu yemәklәrә üstünlük verilmәli, südәmәr körpәdirsә tez-tez әmizdirilmәlidir. Burun tәnәffüsünü açıq tutmaq üçün burun tәmizliyi vacibdir. Belә ki, hәyatının ilk aylarında olan körpәlәrdә fizioloj

2 iyun 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021