"Azərbaycanın qızıl valyuta ehtiyatı nağd pul kütləsindən çoxdur, devalvasiyadan söhbət gedə bilməz"-RƏY

"Azərbaycanın qızıl valyuta ehtiyatı nağd pul kütləsindən çoxdur, devalvasiyadan söhbət gedə bilməz"-RƏYDünyada baş verən proseslər dollardan da yan keçməyib. Belə ki, Azərbaycanda bir ABŞ dollarının məzənnəsi 1,7000 manat olub. Həmçinin dolların qalxması ilə əhali banklara axın etməyə başlayıb. Bu vəziyyət nə vaxta kimi davam edəcək və Azərbaycan iqtisadiyyatına hansı təsirləri var?

Bu barədə iqtisadçı-ekspert Elşad Məmmədov Sonxeber.az-a danışıb. O, bildirib ki, məsələyə iki aspektdən yanaşmağı düzgün hesab edir. Bu yanaşmalar qısa və uzunmüddətli olmaqla fərqlidir:

"Qısamüddətli baxış-nöqteyi nəzərdən yaxın həftələrdə, aylarda dollarla bağlı olan ajiotajın yaranmasına, inkişafına heç bir ehtiyac qalmayacaq. Çünki nəzərə almaq lazımdır ki, bizim iqtisadi potensialımız, iqtisadi rezervlərimiz var. Eyni zamanda bir gün ərzində dolların bazarda bahalaşması Azərbaycanın makro göstəricilərinə qısa müddət ərzində heç bir təsir göstərə bilməz. Bu məsələ onu deməyə əsas verir ki, bu psixoloji bir ajiotajdır və dollar ətrafında olan bu vahiməli proseslər, psixoloji amillərin olması əhalinin bank sektoruna inamının az olmasının göstəricisidir. Burada böyük məsuliyyət və problemlər bank sektorunda və onun idarə edilməsindədir. Əgər əhalidə Mərkəzi Bankın rəhbərinə lazımı səviyyədə etimad olsaydı, düşünürəm ki, Mərkəzi Bankın rəhbərliyinin bir bəyanatı ilə tam şəkildə bu problemin qarşısı alına bilərdi. Azərbaycanın qızıl valyuta ehtiyatları Azərbaycandakı nağd pul kütləsindən 5 dəfə çoxdur. Belə olan halda hansı devalivasiyadan söhbət gedə bilər?"

Ekspert vurğulayıb ki, bu qısamüddətli baxışdır:

"Uzun müddətli nöqteyi nəzərdən baxsaq, doğurdan da bank sektorunda ciddi şəkildə iqtisadi siyasət dəyişdirilməlidir. Əgər bu baş verməsə və Mərkəzi Bank valyuta siyasətinə, kapital hərəkətinə nəzarət etməsə, valyuta möhtəkirliyi ilə məşğul olan insanların fəaliyyətini məhdudlaşdırmasa, o zaman heç bir iqtisadi potensial, iqtisadi rezervlər bizim milli iqtisadiyyatımıza yardım etməyəcək və uzun müddətli perspektivə baxanda ciddi problemlər yarana bilər. Ona görə də yaxın aylarda valyuta bazarında hansısa problemlərin olacağını gözləmirəm. Amma bank sektorunda ciddi dəyişikliklər etmək lazımdır".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3198   Tarix: 13 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mikayıl Cabbarov: "Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir"

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb. "11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətl

11 fevral
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

"TikTok"da məşhurlaşan Adəmin atası həbs olundu

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-c

15 aprel
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Bəzi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməyəcək - Siyahıda DƏYİŞİKLİK

Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklik edib. APA-nın xəbərinə görə, əmtəə operatorları, nasos qurğularının maşinistləri, dəniz özüllərində, estakadalarda stasionar kranları

10 fevral
.

Azərbaycanda yağ niyə ucuzlaşmır?

Azərbaycana xarici ölkələrdən idxal olunan kərə yağlarının qiyməti ucuzlaşıb. Bəs bu dəyişiklik daxili bazardakı qiymətlərə hansı dərəcədə təsir edə bilər?. Məsələ ilə bağlı "Yeni Sabah"a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ucuzlaşma gözlənilsə də, bu müşahidə edilmir:. "Xaricdə

22 fevral