Türkiyə səfiri Mübariz Mənsimovun həbsindən danışdı: — "Məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq"

Türkiyə səfiri Mübariz Mənsimovun həbsindən danışdı: — "Məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq"Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.

Səfir Erkan Özoral Demokrat.az-a eksklüziv açıqlamasında deyib ki, Mübariz Mənsimovun məhkəmə qərarı ilə Türkiyədə həbs edilməsi məsələsinə hörmətlə yanaşıb, prosesin yekun nəticəsini gözləmək lazımdır:

"Türkiyə hüquqi və demokratik dövlətdir. Mübariz Mənsimovla bağlı ədalətli qərarı yalnız məhkəmə verə bilər. Hazırda onunla bağlı işə məhkəmə baxır. Məhkəmənin qərarına hər hansı şərh verməyimiz düzgün olmazdı. Son qərarı məhkəmə verir. Cinayətkar olub olmadığına da bu prosesin sonunda yenə məhkəmə qərar verəcəkdir".

Səfir Mübariz Mənsimova görə narahat olan insanları, bu vəziyyətdən sui-istifadə etmək istəyənlərə qarşı diqqətli olmağa çağırıb.

Bu gün Bakıda bir qrup şəxsin Türkiyənin Azərbaycandakı səfirliyi önündə Mübariz Məsimova dəstək aksiyası keçirməsinə də toxunan Erkan Özoral qeyd edib ki, hər kəsin sərbəst fikir söyləmək haqqı var:

"Aksiya keçirənlər səfirliyə protokol təqdim ediblər. Onların öz tələbləri var. Biz buna normal baxırıq. Hər kəsin sərbəst fikir söyləmək haqqı var. Ancaq məsələnin ədalətli həllinə biz deyil, məhkəmə qərar verir. Əgər ortada bir cinayət varsa, bunun məhkəmə tərəfindən sübut olunması gərəkir. Ədalətli qərarı verən də məhkəmədir. Hər birimiz məhkəmənin qərarlarına hörmətlə yanaşmalıyıq".

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 9214   Tarix: 18 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021