"Berlinə qələbə bayrağını 416-cı atıcı divizyanın döyüşçüləri sancıb"-Tarixçi-alim

"Berlinə qələbə bayrağını 416-cı atıcı divizyanın döyüşçüləri sancıb"-Tarixçi-alim1942-ci il martın 22-də İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında mühüm xidmətləri olan azərbaycanlı milli diviziyaların biri - 416-cı atıcı diviziyanın (Таqanroq diviziyası) şəxsi heyətinin hərbi andiçmə mərasimi keçirilmişdir. Bununla da əsasən azərbaycanlılardan ibarət bu hərbi birləşmənin qəhrəmanlıq yoluna qədəm qoyuldu.
416-cı atıcı diviziya Qafqazın müdafiəsi, SSRİ-nin Avropa hissəsinin və bir sıra Şərqi Avropa ölkələrinin azad edilməsi və nəhayət Berlinin alınmasında iştirak etmişdir. Məhz bu diviziyanın döyüşçüləri Berlinin Brandenburq qapısı üzərində Qələbə bayrağını ucaltdılar.

416-cı atıcı diviziyasının yaranması, xidmətləri haqqında tarixçi-alim Dilavər Əzmli Sonxeber.az-a danışıb. O, bildirib ki, İkinci Dünya müharibəsi dövründə yaradılan 416-cı atıcı (Taqanroq) diviziyanın və digər azərbaycanlılardan ibarət diviziyaların qəribə yaranma tarixləri var:

"Mənim əmim 416-cı diviziyada döyüşüb və almanlara əsir düşüb. Atam da həmin müharibədə iştirak etmişdir. Əmim deyirdi ki, o zaman biz rus dilini pis bilirdik. Biz bütün millətlərlə birgə hərbi hissələrdə təmsil olunurduq. O zaman da belə bir əmr var idi. Komandaya tabe olmayan əskərlər danışıqsız güllələnməliydilər. Biz də rus dilini bilmirdik. Mən az-baz baş çıxarırdım. Buna görə də istifadə edib çoxlu sayda bizim millətlərdən olanları güllələyirdilər. Məsələn, bir də görürdün ki, çay axır. Biz də susuzuq... Çaya yaxın gedən kimi bizi vururdular. Adını da qoyurdular ki, əmrdən çıxdı. Sən demə, çaydan ona görə su içmək olmazdı ki, çayı zəhərləyə bilərdilər. Bizə izah olunanda başa düşməmişdik. Bütün bunlarla bağlı biz o zaman Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırova yazdıq. Onun fəaliyyəti nəticəsində azərbaycanlılardan ibarət diviziyalar yarandı. Bu diviziyada Azərbaycanda yaşayan digərə millətlərin və xalqların da nümayəndələri təmsil olunurdu. Amma komanda heyəti əsasən azərbaycanlılardan ibarət idi. Başqa bir versiyanı isə atamdan eşitmişdim. Atam deyirdi ki, İkinci Dünya müharibəsi başlayanda Stalinin sərəncamı ilə Türk-Müsəlman xalqlarını Qazaxıstana və Sibirə köçürürəcəkdilər. Həmçinin azərbaycanlıları da köçürmək fikrində idilər. O zaman Mir Cəfər Bağırov cəbhəyə gəldi və bizlərlə söhbət etdi, ardınca azərbaycanlılardan ibarət diviziyalar yaratdı. Bu onun birbaşa əməyi idi. Bu diviziyalarda olan azərbaycanlılar elə qəhrəmanlıqlar göstərdilər ki, azərbaycanlıları Azərbaycandan köçürə bilmədilər. Sonradan İrəvan və ətrafından köçürülülənləri da Azərbaycanın Muğan ərazilərinə yerləşdirdilər. Yəni, Qazaxıstan və Sibirdən xilas olduq. Düzdü, repressiyalarda bunu etdilər, amma kütləvi köçürə bilmədilər. Əmim onu da deyirdi ki, mən almanlara əsir düşəndə 416-cı diviziyada qulluq etdiyimə görə xüsusi hörmətlə yanaşdılar. Çünki almanların müsəlmanalara və türklərə münasibəti çox müsbət idi.
Göründüyü kimi, bu cür informasiyalar mətbuatda az səslənibdir. Amma bir tarixdir. Bu mənada 416-cı diviziya yaranandan xüsusi əhəmiyyət kəsb edən məsələ ətrafında yaranmışdı və qısa müddətdə böyük qəhrəmanlıqlara imza atdı".

Tarixçi bildirib ki, bu diviziyanın rəsmi tarixi belədir:

"Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən 1942-ci ilin 22 fevral tarixdən Azərbaycan SSR-in Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılmışdır. 1054-cü və 1374-cü alay Ağdamda, 1373-cü alay Göyçayda, 1368-ci alay Sumqayıtda yaradılmışdır. Həmin ilin martın 22-də diviziyanın şəxsi heyəti hərbi andiçmə mərasimində iştirak edib. Döyüşə Qafqazda başlayan diviziya Taqanroqun azad edilməsində iştirak etdmiş, Cənub-şərq istiqamətində qəhrəmanlıqlar göstərmiş, Nikolayev və Odessanın azad edilməsində böyük rol oynamış, Kişinyovun azad edilməsində də qəhrəmanlıqla göstərmiş, ən böyük əməliyyatlardan olan Visla-Oder əməliyyatının əsas iştirakçılarından olmuş, Berlin döyüşlərində böyük şücaətlər göstərmiş və Qələbə bayrağını ilk dəfə Berlin qapılarına taxmışdır. Bununla bağlı aparılan tədqiqata əsasən, 1945-ci il aprelin 21-də Berlinin çox hissəsi Taqanrokun əlində idi. Əsas döyüşlərin getdiyi yerlər Reyxstaq ətrafı və Brandenburq darvazasının yanı idi. Brandenburq darvazası mayın 2-də faşistlərdən təmizlənəndən sonra Taqanroq diviziyasının döyüşçüləri Məmmədov, Əhmədzadə, Berejnoy, Andreyev, leytenant A.Məcidovun rəhbərliyi altında buraya Qələbə bayrağını sancdılar. Lakin marşal Jukov deyir ki, Qələbə bayrağını Berlinə rus əsgəri sancmalıdır və bunun üçün nə lazımdırsa, dərhal edilsin.

Bundan sonra ora hərbi müxbir, fotoqraf Yevgeni Xaldeyin getməsini əmr edirlər. Həmin bayraq sancılan yerə gələn rus zabiti azərbaycanlı hərbçiləri çağırır və hamının gözü qarşısında Məmmədovu güllələyir, digərlərini isə hədələyir. Bu zaman Taqanroq diviziyasına azərbaycanlının gülləndiyi barədə məlumat verilir. Bunu eşidən diviziyanın bir zabiti hadisə yerinə gəlib, Məmmədovu güllələyən rusun ayağı altına qumbara atır və onu partladır. Daha sonra həmin zabiti dərhal tutub, Sibirdə ən soyuq yerdə həbsxanaya atırlar".
Bundan sonra Jukovun arzusu reallaşır və rus əsgəri Aleksey Kovalyov Reyxstaq üzərində Qələbə bayrağını "ilk dəfə" sancır. Xaldey bir neçə cəhddən sonra bu anı çəkə bilir və məhz həmin fotonun yayılmasına izn verilir.

Marşal Jukov və Stalin bu yolla qəhrəman azərbaycanlıların qəhrəmanlıqlarını arxa plana atırlar. Onlar daha əvvəllər də bu siyasətlərini davam etdirdikləri üçün savaşda 600 minə qədər vətəndaşı döyüşən Azərbaycanın bir çox oğlu Sovet İttifaqı Qəhrəmanı adını ala bilmir".
Göründüyü kimi, SSRİ rəhbərliyi bu diviziyaya ögey münasibət bəsləmişdir. Amma haqq yerini tapdı. İndi bütün dünya bilir ki, Berlin divarlarına ilk Qələbə bayrağını məhz azərbaycanlı balası taxmışdır.

Qəribədir ki, bizim tarixçilər və mətbuat işçiləri də bu məsələdə susubdur. Ən azı tələbə zallarında bunu deyə bilərdilər. Biz də uzun müddət bir rus və gürcü balasının adı ilə fəxr etmişik. Hətta SSRİ zamanında çəkilən "Azadlıq" adlı çox seriyall filmə də onların adalarını salıblar. Amma onlar bizimkilərdən sonra bu işi görüblər. Həm də süni surətdə düəzldilmiş halda... Bir də incidiyim odur ki, indiyənə qədər Azərbaycanda bu diviziyanın həyat yolu haqqında bir dənə də olsun sanballı film çəkməyiblər. İndi də Moskava var? İndi də qoymurlar? Mənasız və iyrənc filmlərə pul tapılır, belə filmlərə tapılmır. İndi bu cür filmi yeni baxışla çəkmək olar və orada millətimizin gənclərinə rəşadət, vətənpərvərlik hisslərini aşılamaq olar. Çox-çox təəssüf!!! Buna da ölkə başçısı göstəriş verməlidir? Bu qədər də olmaz...Biz o insanlara borcluyuq"!!!

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3123   Tarix: 19 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel