Bakıda üç qadın kişini döyüb ikinci mərtəbədən atdı

Bakıda üç qadın kişini döyüb ikinci mərtəbədən atdıBakıda qonşular arasında dava baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunun "Kubinka" deyilən ərazisində qeydə alınıb.

Davada 1987-ci il təvəllüdlü Rəhmanov Əlibala Azad oğlu və onun xalası oğlu ağır bədən xəsarətləri alıblar.

Belə ki, yaşadığı mənzil plana düşdüyü üçün əşyalarını götürməyə gələn şəxslərlə qonşular arasında mübahisə düşüb. Sonda mübahisə dava ilə nəticələnib.

Üçü qadın olmaqla dörd nəfər R. Əlibalanın baş nahiyəsinə üzərində mismarlar olan taxta parçası ilə zərbələr endiriblər və sonra onu ikinci mərtəbədən yerə atıblar.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinədən sonra ona başının kəsilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub, reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Bakıda üç qadın kişini döyüb ikinci mərtəbədən atdı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7698   Tarix: 20 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Ana və oğul bayram tonqalına düşdülər - AZƏRBAYCANDA DƏHŞƏT

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.. . Hadisə Ağalıkənd kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Kamran Vasif oğlu Əsgərov qaladığı bayram tonqalına düşüb. Bu zaman onu ocaqdan uzaqlaşdırmaq istəyən anası, 1971-ci il təvəllüdlü Fərqanə Ağanəcəf qızı Azadov

19 mart

Azərbaycanda dəhşət: Dörd uşaq atası özünü güllələdi

Ucarda dörd uşaq atası intihar edib.. . Sonxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Əlikənd kəndində qeydə alınıb. Kənd sakini, 1958-ci il təvəllüdlü Zaməddin Əhəd oğlu Məmmədov ov tüfəngi ilə özünü güllələyib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

19 mart

Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA- Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, dünən axşam saat 19:30-da Nizami rayonu Heydər Əliyev prospektində "Toyota" markalı, 99 UO 105 dövlət qeydiyyat nişanlı minik avtomobili qaçaraq yolu keçməyə çalışan 24 yaşlı oğlanı vurub

19 mart

Bakıda 48 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib.. . Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Dağlıq küçəsində baş verib. Həmin küçədə ev 24, mənzil 17-də yaşayan 1972-ci il təvəllüdlü Bujdelyev Viktor Vladimiroviç çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib və orada ölüb.

19 mart

Azərbaycanda kişi icarəyə götürdüyü çay evində ölü tapıldı

Neftçala rayonunda çay evində kişi meyiti aşkarlanıb.. . Oxu.Az xəbər verir ki, meyit martın 17-si saat 11:30 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsində yerləşən H.Cavid adına "Mədəniyyət və İstirahət parkı"ndakı çay evində tapılıb.. . 1963-cü il təvəllüdlü Mirzəyev Abduləzim Qabil oğl

19 mart

Azərbaycanda sahildə matrosun meyiti tapıldı

Lənkəran rayonunda dəniz sahilində kişi meyiti aşkarlanıb.. . Report-un xəbərinə görə, martın 18-də "Xəzər Balıq" MMC-yə məxsus "Mirməhəmməd" adlı gəminin matrosu işləmiş rayon sakini, 1960-cı il təvəllüdlü Həsən Həsənovun meyiti şirkətin direktor müavini Azər Əskərov tərəfindən dəni

19 mart

Azərbaycanda vəzifəli şəxsə AĞIR İTKİ

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasovaya ağır itki üz verib.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, V.Abbasovanın anası Tirana xanım vəfat edib.. . Şəhər rəhbərliyi icra başçının müavininə ağır itki ilə əlaqədar başsağlığı verib..

19 mart

Azərbaycanda hamilə qadın bətnindəki körpəsi ilə birlikdə öldü

Bakıda hamilə qadın ürək çatışmazlığından ölüb.. . Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında baş verib.. . Gəncə şəhər sakini, 22 həftəlik hamilə olan 1989-cu il təvəllüdlü Ş.Mustafayevaya "mitral qabağın protezinin trombozu"

19 mart

Bakıda evdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. . . "Qafqazinfo" xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

18 mart