Koronavirus: pandemiya zamanı psixikanı necə qorumalı

Koronavirus: pandemiya zamanı psixikanı necə qorumalıArtıq bir neçə müddətdir ki, koronavirus pandemiyası ucbatından dünyada bir qeyri-müəyyənlik hökm sürür, yoluxmalarla bağlı xəbərlərin ardı-arası kəsilmir. Bu vəziyyət insanların, xüsusilə də psixi pozuntulardan əziyyət çəkən şəxslərin psixikasına təsir etməyə bilməz. Bunun qarşısını necə almaq olar?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı tövsiyələrini açıqlayıb, ekspertlər və sosial şəbəkə istifadəçiləri onları bəyənib.

Britaniyanın "AnxietyUK" assosiasiyasının əməkdaşı, həyəcan tutmalarında insanlara kömək edən Niki Lindberq vəziyyətə nəzarəti itirmək qorxusunun bir çox psixi pozuntulara, məsələn, həyəcan hissinin yaranmasına səbəb olduğunu deyir.

"Mind" xeyriyyə təşkilatının nümayəndəsi Rouzi Uiterli də eyni fikirdədir: "Nə baş verəcəyini bilməmək, gələcəklə bağlı qorxuya düşmək və hər an nəsə pis bir şey baş verəcəyini gözləmək insanları həyəcanlandırır. Koronavirusun yayılması belə bir situasiya yaradıb".

Ekspertlərin sözlərinə görə, psixi pozuntulardan əziyyət çəkən insanların bu günlərdə əlavə yardıma ehtiyacı var, ancaq istisnasız olaraq hamı sağlamlığının qeydinə qalmalıdır.

Mümkün qədər az xəbər oxuyun və ciddi mənbələr seçin
Koronavirusla bağlı xəbərlər Kent qraflığının sakini, iki uşaq atası, xeyli vaxtdır həyəcan hissiylə mübarizə aparan Nikin vəziyyətini daha da pisləşdirib. O, son günlər panika həmlələrindən əziyyət çəkir.

"Həyəcan hissinə qapılanda fikirlərimi idarə edə bilmirəm, mənə elə gəlir ki, tezliklə fəlakət baş verəcək" deyən Nik valideynlərinə və ailəsinin yüksək risk qrupuna aid digər üzvlərinə görə narahatlıq keçirir:

"Adətən, özümü piss hiss etməyə başlayan kimi bu ovqatı yaradan situasiyadan uzaqlaşıram, ancaq indi heç nəyə nəzarət edə bilmirəm".

İnternetdə və sosial şəbəkələrdə xəbər oxumamaq ona yaxşı təsir edir. Nik "AnxietyUK" təşkilatının onun kimi adamlara yardımını da effektli hesab edir.

Sizə pozitiv təsir etməyən informasiyaları oxumağa və ya onlara baxmağa sərf etdiyiniz vaxtı azaldın. Xəbərlərlə tanış olmaq üçün konkret bir vaxt seçin.

Mediada çox sayda yalan məlumat dərc edildiyini nəzərə alaraq informasiyanı rəsmi mənbələrdən - hökumətin və səhiyyə nazirliklərinin saytlarından əldə edin.

Sosial şəbəkələrdən uzaqlaşın və sizi həyəcanlandıran bütün mənbələri bloklayın

Mançesterli Alisonun 24 yaşı var. O, səhhətiylə bağlı ciddi narahatlıq keçirir və əmindir ki, koronavirus haqqında daha çox şey bilmək üçün xəbərləri mütəmadi izləməlidir. Ancaq Alison sosial şəbəkələrin panika yarada biləcəyindən də xəbərdardır:

"Bir ay əvvəl mən heştəqlər vasitəsilə informasiya axtaranda gördüm ki, şəbəkələr yoxlanılmamış "zibillə" doludur. Həyəcanlanmağa başladım, tam çıxılmazlıq hiss edib ağladım".

İndi o, mənbə seçimində daha ehtiyatlı davranır, koronavirusla bağlı həştəq xəbərlərini oxumur. Alison müvəqqəti olaraq sosial şəbəkələrdən və televizordan uzaqlaşıb, daha çox kitab oxumağa başlayıb.

Çıxış yollarından biri də sizi müzakirələrə cəlb edə biləcək bildirişləri qapatmaq, istəmədiyiniz mövzulardan yazan profilləri izləmədən çıxarmaqdır.

Sizi həyəcanlanmağa məcbur edən "WhatsApp" qruplarını, "Facebook" statuslarını və digər informasiya mənbələrini bloklayın.

Əllərinizi yuyun, amma şitini çıxarmayın


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 441   Tarix: 24 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hər gün süd içmək olmaz – Həkimdən XƏBƏRDARLIQ

Süd sağlam və qidalı bir məhsul hesab olunur. Ancaq həkimlər onun həddindən artıq istehlakının böyüklər üçün zərərli ola biləcəyini açıqlayıblar. xəbər verir ki, buna görə mütəxəssislər gündəlik süd içməyi və ya bu məhsulu çox miqdarda istehlak etməyi məsləhət görmürlər. Həkimlərin sözlərinə görə, sü

16 mart
.

Həkim şişkinliyin qeyri-müəyyən səbəbini açıqladı

Endokrinoloq Yekaterina Yanq şişkinliyin əsas səbəbi haqqında danışıb. "Rosbalt"a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu xoşagəlməz simptom çox vaxt bakterial çoxalma sindromunun əlamətidir. Nazik bağırsaqda patogen floranın həddindən artıq artması səbəbindən orqanizm qida maddələrini

25 fevral
.

Müalicəvi Masajın insan Sağlamlığına xeyirləri

Masaj Bütün bədənin başdan başa ən azı bir saat masaj edilməsi insanın immunitetini artırır, ürək qan damar sisteminin işini rahatlaşdırır, qaraciyərin filtr funksiyasını yaxşılaşdırır. Dərinin təravətli olmasına səbəb olur. Masaj olunan sahələrdə qan dövranı sürətlənir, qan dövranına mane olan hissəcikləri

24 mart
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Gecə 4 saatdan az yatanları nələr gözləyir?

İnsan sağlamlığı üçün normalda minimum 6, maksimum 9 saat yatmalıdır. -a istinadən xəbər verir ki, somnoloq Yelena Çareva ən fövqəladə hallarda belə sutkada 4 saat yuxunun vacibliyini bildirib. "Yuxu saatı yaşa görə dəyişir. Uşaqlar böyüklərdən, böyüklər isə yaşlı insanlardan daha çox yatır. Yuxunu

17 mart
.

Argentinada ölkənin yeganə xəbər agentliyi bağlanır

Argentinanın yeganə dövlət xəbər agentliyi "Telam" ölkə prezidenti Xavyer Mileyin təşəbbüsü ilə bağlanır. Bu barədə dövlət başçısı parlamentin iclasının açılışında bildirib. Mileyin sözlərinə görə, agentlik onun siyasi rəqiblərinin ideyalarının təbliği ilə məşğul olub. "Son onilliklərd

2 mart
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Özünüzü yaxşı hiss etmək üçün GÜNLÜK VƏRDİŞLƏR

Alimlərin uzun araşdırmalar nəticəsində bəzi vərdişlər məlum olub ki, bunlar gün ərzində özünüzü yaxşı hiss etməyə kömək edəcək. xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hipnoterapevt Robert Hayzi danışıb. Onun sözlərinə görə, əhvalınızı yaxşılaşdırmaq və gün ərzində sakit qalmaq üçün səhər məşqlər

2 mart
.

Udulmuş saqqız həqiqətən yeddi il mədədə qalır? - HƏKİM AÇIQLADI

Həkim Saymon Trevis udulmuş saqqızın həqiqətən yeddi il mədədə qalıb-qalmadığını açıqlayıb. xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bu fikir yanlışdır. Onun sözlərinə görə, amma saqqızın udulması mədədə bir sıra problemlərə səbəb olur:. "Saqqız körpə və uşaqların bağırsaqların

6 fevral