İsmayıl Türk Mübariz Mənsimov haqqında: Erməni ilə ortaqlıq etmək Azərbaycanı satmaq deməkdir

İsmayıl Türk Mübariz Mənsimov haqqında: Erməni ilə ortaqlıq etmək Azərbaycanı satmaq deməkdirXəbər verdiyimiz kimi, Türkiyə mətbuatı Mübariz Mənsimovun erməni əsilli iş adamı ilə əlaqələri barədə iddialarla çıxış edib. Habererk.com saytının yazarı İsmayıl Türkün faktlar və sənədlərlə yazdığı məqalə Azərbaycan mətbuatında da ilk dəfə report.az saytında tərcümə olunaraq yayımlanıb. Bu yazını ölkə mətbuatında musavat.com da daxil olmaqla, 50-ə yaxın sayt yayımlayıb.

Amma bəlli bir qrup məqaləni yayımlayan digər saytları "unudaraq" "Yeni Müsavat" Media Qrupunu hədəfə gətirib və onun rəhbəri Rauf Arifoğlu tərəfindən bu yazının sifarişlə yazdırıldığını iddia edirlər. Bununla bağlı sosial mediada R.Arifoğluna və "Yeni Müsavat" Media Qrupuna qarşı irimiqyaslı bir kampaniya başlanıb.

Sonxeber.az xəbər verir ki, sözügedən məqalənin müəllifi İsmayıl Türk musavat.com-a müsahibəsində bu ittihamlara və araşdırması ilə bağlı məqamlara toxunub.
- İsmail bəy, məqaləniz Azərbaycanda böyük hay-küy yaratdı. O cümlədən bu yazını yayımlayan "Yeni Müsavat" Media Qrupunun üzərinə çox hücum etdilər. Bütün olanlardan xəbəriniz varmı?
- Bildiyim budur ki, bu yazını Rauf bəyin mənə yazdırdığı deyilir. Bunu bilirəm. Bu hücum və fikirlərin heç bir əsası olmadığını bildirmək istəyirəm.
-Ümumiyyətlə, bu yazının "Yeni Müsavat" Media Qrupu ilə hər hansı ilgisi varmı? Necə olub ki, bu yazını yazmısız?
-Öncəliklə onu deyim ki, bu xəbər iftira deyil, gerçəkdir. Dəlillərlə təqdim olunub. Mən də bir qəzetçi olaraq bilirəm ki, "Yeni Müsavat" Media Qrupunun Azərbaycanda bəlli bir kəsim üzərində təsiri var. Sizin bu yazını yaymanız xəbəri daha geniş auditoriyaya çatdırıb. Bu gerçəyin Azərbaycan xalqına çatmasından narahat olanlar da bunu Rauf bəyə yükləməyə çalışırlar.

-Bu yazının iftira olmadığını deyirsiz. Dəlilləriniz nə qədər güclüdür, əsaslıdır?
-Bu sənədləri Amerikadan bir türkçü dostum təqdim etdi. Azərbaycanın düşməni mənim düşmənimdir. Turan dünyasına hər hansı düşmən mənim dostum ola bilməz. Ermənilər bizə düşməndir. Qarabağdakı qardaşlarımıza etdikləri zülmləri heç kəs yadından çıxara bilməz.
Ermənilərlə ortaqlıq edib, böyük paralar qazanan, milliyyətcə də türk olmayan Mübarizin əməlləri məni narahat etdi. Azərbaycana olan sevgim, sayğım bu yazını yazmama səbəb oldu. Amma bizim saytda tanınmış televizyonçu Seyfullah Türksoy da Mübariz Mənsimovun xeyrinə yazı yazıb. Yəni, bizim bu məsələdə qərəzimiz yoxdur. Araşdırmanı araşdırma kimi dərc edirik, pozitiv bir köşə yazısını da köşə yazısı kimi.

-Anladığım qədər ilə bu yazı Türkiyədə böyük əks-səda oyatmadı...
-Bizim saytı daha çox türk milliyyətçiləri oxuyur. Habererk.com saytı Oda TV kimidir. Milliyyətçilər üzərində təsirlidir. Müxalif cizgidədir. Özümüzü də daim inkişaf etdiririk. Bizim sayt ölkədə hüquq-mühafizə sisteminin də yaxından izlədiyi, ciddiyə aldığı bir saytdır. İndi Mübariz Mənsimovun həbsdə olması isə bu barədə yazılan bütün yazıların səs-küy doğurmasına səbəb olur. Onun adamları hər zaman bu sayaq məsələləri pulla həll edir, səs-küyün böyüməməsinə çalışırdılar.
-Rauf Arifoğlunun Sizə bu yazını yazdırdığını iddia edənlər var. Ümumiyyətlə, belə bir şey mümkündürmü? Tanıyırsızmı onu?
- Onunla 15 il öncə ortaq dostumuz vasitəsilə tanış olmuşuq. Atilla Kaya ortaq tanışımızdır. Onun vasitəsilə bir məsələni soruşmaq istəmişdim. Uzun zaman öncə telefonla aramışam və danışmışam onunla. Bəlkə də özü indi xatırlamaz bunu. Bir dəfə də prezident İlham Əliyevin dəvəti ilə GAP Qəzetçilər Birliyi olaraq gəlmişdik. Bəyaz TV-dən Latif Şimşek də vardı heyətdə. Millət vəkili Qənirə Paşayeva bizi müşayiət etdi, görüşləri həyata keçirdi. 5 gün qalmışdıq Azərbaycanda. Yəni, Azərbaycanla bağlı əlaqələrim bundan artıq deyil. O ki qaldı, bizim bu yazını guya Rauf bəyin sifarişi ilə yazmamıza, bu, əsla mümkün deyil. Bizə heç kim nə pulla, nə siyasi xətirlə xəbər yazdıra bilməz və ya həmin yazını saytdan çıxartdıra bilməz. Biz bunun bədəllərini ödəmiş bir qəzetçiyik. Yapdıqlarım yapacaqlarımın təminatçısıdır. Mənim kim olduğumu bilmək istəyənlər gedib google-da axtarış versinlər, necə yazar olduğum, bu günə qədər necə şərəfli bir yol keçdiyimi görə bilərlər. Mən qaynaqlarımı bildirməm, amma Amerikadan əldə etdiyim sağlam dəlillər əsasında bir yazı yazmışam. Bir erməni ilə ortaq olması, onun Azərbaycanın və Qarabağın ruhuna xəyanət etdiyini göstərir. Lütfən yazını yazanı və onu yayanları ittiham edənlər məsələyə bir də bu tərəfdən baxsınlar. Erməni ilə ortaqlıq etmək Azərbaycanı satmaq deməkdir, onun ruhuna xəyanət etmək deməkdir.

-Mübariz Mənsimovla bağlı araşdırmalarınız davam edəcəkmi?
-Amerikadan yeni sənədlər gələn kimi də onları yayımlayacağıq. Qəzetçilik bunu tələb edir. Yazdığım yazılar istiqamətində yeni hansısa məlumat gələn kimi onu paylaşacam.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3091   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia

"Rusiyanın 2024-cü ildə Ermənistanla bağlı əsas hədəfi hakimiyyət çevrilişi etmək və öz komandasını iqtidara gətirməkdir". xəbər verir ki, bu barədə erməni politoloq Edqar Arakelyan deyib. Onun iddiasına görə, Rusiyanın Ermənistanda hakimiyyətə qarşı addımları qarşıdakı bir həftə ərzində aktivləşəcək

29 mart
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

29 mart
.

Tufan Axundov vəfat etdi

Tufan Axundov vəfat etdi. AMEA-nın Arxeologiya və Antrologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. Qaynarinfo-nun məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatlar

29 mart
.

Ucarda məktəb binasında yanğın olub

Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 kvadratmetr sahədə və 1 ədəd taxtada

29 mart
.

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb. -a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib v

29 mart
.

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir. APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-c

29 mart