Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıb

Ermənilərin dostları Mübariz Mənsimovun aktiv müdafiəsinə başlayıbÖzünü ermənilərin "düşməni" elan edən "Palmali Holding"in prezidenti Mübariz Mənsimovun həbsindən sonra ermənilərin və ya ermənipərəstlərin ona dəstəyi artmaqdadır. Bu spekulyasiya lideri illərdir ki, sosial şəbəkələrdə və mediada özü barədə bir imic formalaşdırmağa çalışırdı. İnsanlara ən çox inandırmaq istədiyi isə erməniləri "görən gözünün olmaması" ilə bağlı görüntü idi.

Hətta bu təbliğatları bəzən o qədər məcradan çıxırdı ki, onun danışdıqlarına qulaq asan insan qarşısındakının gerçək "Azərbaycan Rembo"su olduğunu düşünərdi.

Biz şişirdilmiş yalanlara maraqla qulaq asan insanlarıq. Bir az aldanmağa meyilli olanlar buna inanırlar. Amma az-çox təcrübəli və informasiyalı insanlar heç əvvəldən də Mübarizin goplarına inanmırdılar.

Vaxtilə Eldar Mahmudovdan ilham alan, sonradan ilham mənbəyini müxalifət liderlərinə dəyişən Mənsimov "erməni düşməni" obrazını yaratmaq üçün var-dövlətinin bir hissəsini mediaya səpələmişdi. Amma həbsindən sonra ilk olaraq gün işığına çıxan onun bu manipulyasiyası oldu.

"Palmali" şefinin şişirdilmiş nüfuzunun yerlə bir olmasına birinci addım onun müdafiəsinə qalxan qondarma "Talış-Muğan Respublikası"nın lideri Əlikram Hümbətovun bəyanatı oldu. O Əlikram ki separatçı əməllərinə görə üzün müddət həbs olunmuş, sonra prezident tərəfindən azad edilmiş, Azərbaycan vətəndaşlığına son verilmiş və ölkədən qovulmuşdu. Və bu Əlikram Hümbətov son bir neçə ildir ki, ermənilərin ən qatı müdafiəçisidir.

İstədiyi vaxt Yerevana səfər edir, orada ona ən yüksək səviyyədə diqqət və hörmət göstərilir. Əlikram isə Yerevanda oturub Azərbaycan əleyhinə heç erməninin də ağlına gəlməyən ittihamlar səsləndirir.

Qeyd etdiyimiz bütün bu "keyfiyyətlərə" malik olan Hümbətov M.Mənsimovun həbsinə ilk etiraz edən, onun müdafiəsinə qalxan şəxs olmaqla, bu saxta "erməni düşmənçiliyi"nin ilk pərdəsini qaldırmış oldu.

Bitdimi? Qətiyyən. Daha bir tanınmış şəxs, ermənilərin bir nömrəli müdafiəçilərindən biri də Mübariz üçün mübarizəyə başlayıb. Bu, jurnalist Amberin Zamandır. O, "Al-Monitor"da "Azərbaycanlı milyarderin həbsinin arxasında nə dayanır?" adlı bir yazı paylaşıb. Yazıdan bəzi qeydlər təqdim edəcəyik və əslində, bu müdafiə yazısında nə yazıldığından daha maraqlı olan məqam onun kim tərəfindən qələmə alınmasıdır. Amberin Zaman məqaləsində M.Mənsimov barədə ətraflı informasiya verir və təqdim etdiklərinin, demək olar ki, böyük əksəriyyəti dedi-qodulara və sosial şəbəkələrdə yayılan məlumatlara əsaslanıb.

Məsələn, hələ indiyə kimi ağlı başında olan heç kim M.Mənsimovun onun hakimiyyətə "bac-xərac" vermədiyi üçün həbs olunması versiyasını səsləndirməyib. Amma jurnalist xanım hesab edir ki, iş adamlarına FETÖ ittihamı ilə cinayət işi açmaq hakimiyyətin külli miqdarda pul əldə etmək yollarından biridir.

Bu məqalə ilə bağlı uzun-uzadı danışmağa ehtiyac yoxdur. Sadəcə, bir məqamı demək lazımdır ki, yazının əvvəlindən sonuna kimi oxuduqda hətta onu müdafiə edən yazıda belə Mənsimovun nə qədər sürüşkən mövqeli şəxs olduğu təəssüratı yaranır.

Bəs Amberin Zaman kimdir? Məncə, onun haqqında danışmağa dəyər.

Milliyyətini belə müəyyənləşdirmək çətin olan bir jurnalistdir. O, ata tərəfdən İran əsilli olan bir banqladeşli, ana tərəfindən isə gürcü, tatar və yörükdür. Nyu-Yorkda anadan olub.

Vaxtilə "Washington Post" və "The Daily Telegraph" qəzetlərinin Türkiyə müxbiri olub. 2007-ci ildən "Taraf" qəzetində, 2010-cu ildə "Habertürk"də köşə yazarı kimi çalışıb.

2016-cı ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri zamanı böyük qalmaqal yaratmışdı. O zaman Ərdoğan bu qadın barədə demişdi:

"Orada da gazeteci kılıklı bir militan çıkmış. Edepsiz bir kadın. "Müslüman ülkede bunu beklemek zor değil mi?" diyor. Haddini bil, haddini. Haddini bil! Eline vermişler bir kalem, gazete köşesinde yazıyorsun. Haddini bil, edepsiz kadın".

Amberin Zaman uzun müddət Ermənistanın paytaxtı Yerevanda da yaşayıb.

Elə həmin vaxtdan da ermənilərin aktiv təbliğatçısına çevrilən bu jurnalist 2017-ci ildə "zirvəni fəth etdi" və ABŞ-da qoyulan qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərək, türklərin qəzəbinə səbəb oldu. Həmçinin, ermənilərin "100 saniyə" layihəsinə qatılan jurnalist bu barədə bəzi təqdimatlar da həyata keçirdi.

Amberin Zaman təkcə ermənipərəst deyil, həm də terror təşkilatı olan PKK-nın sözçüsü kimi tanınır. Türkiyə əleyhinə olan bütün layihələrdə önəmli rolları ifa edən jurnalist PKK-nın ən qaynar qərargahlarından reportajlar hazırlayıb. Və təbii ki, bu reportajlar birmənalı olaraq terrorçuların təbliğatına hesablanmışdı.

İndi görək, bu xanım müxbirin "Vikipediya" səhifəsində nə yazılır:

"Amberin Zaman, "Al-Monitor"un xüsusi müxbiri. Türkiyəli jurnalist. Türkiyədə jurnalist kimi fəaliyyətə başlayan Zaman dünyanın müxtəlif qəzetlərində yazılarla çıxış edib. Onun yazıları Türkiyədəki azlıqların hüquqları ilə əlaqədardır.

... O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır və mütəmadi olaraq öz köşələrində erməni soyqırımını müzakirə edir. 2014-cü ildə Hrant Dink Vəqfinin erməni-türk barışığına həsr olunmuş konfransında iştirak edib. "Erməni soyqırımı"nı həqiqət kimi tanıyan Zaman Türkiyə hökumətinin ermənilərlə əlaqəli tarixi ilə barışmalı olduğunu düşünür".

O, Türkiyə hökumətinin 24 aprel 2014-cü ildə ermənilərə başsağlığı məktubuna belə reaksiya vermişdi:

"Türkiyənin "erməni soyqırımı"nı tanıyacağına, üzr istəyəcəyinə və qurbanlarına lazımi kompensasiya verəcəyinə inanan bir vətəndaş olaraq, bu gözləntilər baş verməsə də, dövlətin erməni qurbanlarına ilk yazılı məktubunu təqdir edirəm".

Bu yazıda Amberin Zamanın erməniləri təbliğ edib, türkləri aşağılayan xeyli sayda sitatlar da təqdim edə bilərdik. Onun bir türk düşməni olduğunu oxucuların diqqətinə çatdırmaq yazının əsas qayəsi deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, Əlikramdan sonra beynəlxalq səviyyədə tanınan və ermənilərin əsas müdafiəçisi olan daha bir şəxsin Mübariz Mənsimova "sevgisidir".

Təəssüf ki, hələ də sosial şəbəkələrdə bir sıra analiz qabiliyyəti aşağı olan soydaşlarımız bu "pul ovçusu"na səmimi olaraq inanır. İnanmaq bir yana qalsın, Mənsimovun mənfi cəhətlərini səsləndirənlər barədə ən ağır söyüşlər yazılır. Dilə gətirilən faktlara məntiqli arqumentlə cavab verə bilməyən "tərbiyəsizlər ordusu" üçün heç bir mənəvi meyarı olmadığı göz önündədir.

Buna inanmayanlar sadəcə sosial şəbəkəni izləsinlər. "Mübariz sevənlər"in bu qədər söyüşə və təhqirə meyilli olması, bütün sərhədləri aşan ifadələrlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının da lazımi addımları atması qaçılmaz hala gəlib.

Qanunvericilikdə sosial şəbəkələrdə təhqir və söyüşlərin məsuliyyət yaratdığını unudan bu idarəolunan qrupun qanun qarşısında cavab verməsi ehtiyacı yaranıb.

Dairəni gördünüzmü? Mənsimovu müdafiə edənlər kimlərdir? Türk xalqına daim düşmən mövqe sərgiləyənlər, ermənilərin aktiv tərəfdarları və yalnız söyüş söyməyi bacaran bir qrup. Bu, bizim gördüklərimizdir. Türkiyə prokurorluğunun apardığı araşdırmalar nəticəsində ortaya hansı həqiqətlər çıxacaq, bunu da yaxın zamanda görəcəyik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3932   Tarix: 25 mart 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Gəncədə 37 yaşlı kişi itkin düşdü

Gəncədə 37 yaşlı kişi itkin düşüb. xəbər verir ki, bu barədə APA-ya onun ailə üzləri məlumat verib. Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusda

16 aprel
.

TƏBİB sürücülərə müraciət etdi - "Yol ver, həyat qurtar!"

TƏBİB sürücülərə təcili yardım avtomobillərinə yol verməklə bağlı çağırış edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı videomüraciət hazırlanıb. Videomüraciətdə yollarda təcili yardım avtomobillərinə yol verməyin nə qədər zəruri və həyati əhəmiyyətli olması qeyd olunub

16 aprel
.

Qocalmamaq üçün milyonlar xərcləyir - Son nəticə təəccübləndirdi

Biohaker kimi tanınan, 46 yaşlı Brayen Conson 2018-ci ildən bəri nə qədər dəyişdiyini göstərən fotolar yayımlayaraq hər kəsi şoka salıb. xəbər verir ki, qocalmamaq üçün maraqlı üsullara əl atan və bununla da tez-tez dünya mətbuatında yer alan kaliforniyalı texnologiya maqnatı zəhmətinin bəhrəsini aldığın

16 aprel
.

Şəhid anası vəfat etdi

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olan Mais Məhərrəmlinin anası dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Mahirə xanım Naxçıvanda vəfat edib. Qeyd edək ki, MAHHXHQ Məhərrəmov Mais Füzuli oğlu 1982-ci ildə Şahbuz rayonunda anada

16 aprel
.

Bakıda 12 yaşında qaçırılaraq övlad sahibi olan Ülkərlə bağlı RƏSMİ AÇIQLAMA+YENİLƏNİB/VİDEO

Bakıda azyaşlı olarkən qaçırılaraq nikaha daxil edilən Ülkərlə bağlı məsələ nəzarətə götürülüb. Bunu -in sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sözçüsü Teymur Mərdanoğlu bildirib. O əlavə edib ki, artıq xanımla danışılıb və araşdırma aparılır. İctimaiyyətə ətrafl

16 aprel
.

Qeyri-etik paşlaşımlar edən "Semka" ləqəbli tiktoker həbs edildi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirlərlə 1994-cü il təvəllüdlü

16 aprel
.

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq

16 aprel
.

Azərbaycanda maaş və pensiyalar yenidən artırılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünya bazarında "Brent" markalı neftin qiyməti 23 oktyabr 2023-cü ildən bəri ilk dəfə 91 dolları ötüb. Neftin qiymətindəki artımlar davam edir. Bu artımlar fonunda ölkəyə daxil olan xarici valyutanın həcmi də artır. Neftin qiymətinin bahalaşması maaş və pesniyalara təsi

16 aprel
.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələ

16 aprel